25/08/2026
Əziz izləyicilərimiz!
Sizi 16–17 oktyabr 2026-cı il tarixlərində “İNJURİA” Hüquq Platforması, Almaniyanın Martin Lüter Universiteti, Türkiyənin Tibb Hüququ İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan–Türk–Alman Tibb Hüququ Simpoziumunun spikerləri ilə tanış edirik.
Vəkil Sahra Düzgün Tucel
Türkiyə
Simpoziumda “Heteroloji süni mayalanma və surroqat analıqda qohumluq və vətəndaşlıq problemi” mövzusunda spiker qismində çıxış edəcək.
Tibb hüququnun daim inkişaf edən və yeni çağırışlarla zəngin sahəsində dünya tendensiyaları, aktual hüquqi məsələlər və tibbi-hüquqi praktika ilə bağlı tanınmış hüquqşünasların, vəkillərin və həkimlərin mövqeyi ilə maraqlanırsınızsa, sizi Simpoziumda iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edirik.
Bilik, təcrübə və beynəlxalq əməkdaşlığın bir araya gəldiyi XVII Simpoziumda görüşmək ümidi ilə!