AzEuroJust

AzEuroJust Ədliyyə sahəsində əməkdaşlıq http://www.facebook.com/groups/136132803148224/

24/11/2011

Azərbaycan Respublikası məhkəmə-hüquq sisteminin məsul əməkdaşları Tağı Eynullayev və Erkin Əlixanovdan ibarət tərkibdə nümayəndə heyəti cari ilin 30 oktyabr – 03 noyabr tarixləri arasında Fransanın Bordo şəhərində Beynəlxalq Ədliyyə Tədrisi Təşkilatının (İOJT) və Fransa Respublikası Milli Ədliyyə M...

13/11/2011

“AzEuroJust” İdarə Heyətinin sədri, cənab Tağı Eynullayev və sədr müavini, cənab Erkin Əlixanovdan ibarət tərkibdə nümayəndə heyəti cari ilin 10.30-03.11 tarixlərində Fransanın Bordo şəhərində Beynəlxalq Ədliyyə Tədrisi Təşkilatının (“İOJT”) və Fransa Respublikası Milli Ədliyyə Məktəbinin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir.
Həmin tədbir “İOJT”-nin 5-ci konfransı olmaqla “Qloballaşan dünyada ədliyyə tədrisi: etimadı və sabitliyi bərpa etməyə doğru” mövzusuna həsr edilmişdir. Tədbirdə “İOJT”-nin birləşdiyi 60 ölkədən 95 ədliyyə tədrisi qurumunun 300 nümayəndəsi iştirak etmişdir. Fransa Respublikası Kassasiya Məhkəməsinin sədri, cənab Vansan Lamandanın giriş sözü ilə açılmış tədbirin, ümumilikdə, 3 plenar iclasıında, 17 dəyirma masada və 4 işçi qrupunda 70-dək çıxışlar edilmişdir.
Azərbaycan tərəfinin xahişinə “İOJT”-nin və Fransa Milli Ədliyyə Məktəbi rəhbərliyinin müsbət rəyi nəticəsində Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliyi üzrə Komissiyasının (CEPEJ) sədri, cənab Con Steysi, Niqerin keçmiş Ədliyyə naziri, cənab Abdulae Cibo-Amadu və Beynəlxalq Cinayət Məhkəməsinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəisi, cənab Amadi Ba ilə yanaşı Azərbaycanın təmsilçısı “AzEuroJust” İdarə Heyətinin sədri, cənab Tağı Eynullayevə də söz verilmişdir.
Cənab Tağı Eynullayev “Hakimlərin formalaşdırılmasının Azərbaycan təcrübəsi: əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda çıxış etmişdir. Natiq Azərbaycanın hüquq və məhkəmə sistemi barədə ətraflı məlumat vermiş, hazırda keçirilən islahatlardan söz açmış və eyni zamanda, hakim və prokurorların diqqətini Azərbaycan-Erməstan Dağlıq Qarabaq münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına cəlb etmişdir.
Həmçinin, imkandan istifadə edilərək beynəlxalq hüquq ictimaiyyətinə “AzEuroJust” təşkilatı təqdim edilmiş, onun məqsədləri və vəzifələri haqqında qısa məlumat verilmişdir. Tədbir iştırakçıları Azərbaycanın tətbiq etdiyi hakimlərin tədrisi modelinə maraqla yanaşmış, bu sahədə aparıcı ölkələrin nümayəndələri bizim ölkənin Ədliyyə Akademiyası və “AzEuroJust” ilə əməkdaşlağa hazır olduqlarını xüsusilə vurğulamışlar.
Konfrans noyabr ayının 3-də Fransa Respublikasının Ədliyyə Naziri, cənab Mişel Mersyenin, Fransa Respublikasının Kassasiya Məhkəməsi yanında Baş Prokuror, cənab Jan-Klod Marinın, Fransa Respublikası Milli Ədliyyə Akademiyasının Direktoru, cənab Jan-Fransua Toninin və “İOJT”-nin yeni seçilmiş sədri, İsrailin Ali Məhkəməsinin sədr müavini, cənab Eliezer Rivlinin son nitqləri ilə bağlı elan olunmuşdur.

02/10/2011

COMMUNICATION FROM THE COMMISSION TO THE EUROPEAN PARLIAMENT, THE COUNCIL, THE EUROPEAN ECONOMIC AND SOCIAL COMMITTEE AND THE COMMITTEE OF THE REGIONS
On Cooperation in the Area of Justice and Home Affairs within the Eastern Partnership

01/10/2011

Həmin tədbir münasibətilə nəşr olunmuş jurnalda "AzEuroJust"un Sədrinin "Avropa prokurorluğuna doğru: Azərbaycan və Fransa prokurorluqları arasında müqayisəli təhlil" adı altında məqaləsi dərc edilmişdir.

"AzEuroJust"un Sədri Avropa Birliyi Hakim və Prokurorların Assosiyasının, Fransa Respublikası Ədliyyə Nazirliyinin və Mi...
01/10/2011

"AzEuroJust"un Sədri Avropa Birliyi Hakim və Prokurorların Assosiyasının, Fransa Respublikası Ədliyyə Nazirliyinin və Milli Magistratlar Məktəbinin (ENM) təşkil etdikləri IV seminarında iştirak etmişdir

IVème Colloque de l'Association des magistrats de l'Union européenne

30/09/2011

“AzEuroJust” İctimai Birliyin yaradılması

05 sentyabr 2011-ci ildə, Fransa Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə “Représentation de la Justice Azerbaïdjanaise à l’Union Européenne” (“AzEuroJust”) adı altında qeyri-hökumət təşkilatı rəsmi dövlət qeydiyyatına alınmışdır.
Həmin təşkilatın əsas məqsədləri Azərbaycan Respublikasının hüquq və məhkəmə sistemini Avropada tanınması üçün fəaliyyət göstərmək, Avropa Birliyi ölkələri ilə cinayət və mülki hüquqda əməkdaşlığa töhfə vermək, Azərbaycanın və Avropa Birliyi ölkələrinin məhkəmə orqanları arasında qarşılıqlı təmasların dərinləşməsi, institusional əlaqələrin müəyyən olunması istiqamətində çalışmaq, müvafiq ölkələrlə bağlı müqayisəli hüquqi araşdırmaları keçirmək və bu baxımdan, müəyyən qanunvericilik aktlarının layihələrini hazırlamaqdır.
“İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Bülletini”nin direktoru Tağı Bahadur oğlu Eynullayev ümumi yığıncağın qərarı ilə “AzEuroJust”un sədri seçilmişdir.

Adresse

Paris

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque AzEuroJust publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager