Elnur Majidli

Appeler Itinéraire Site Web Contacter l'entreprise

Elnur Majidli Juriste en droit public et international, avec expérience au Conseil de l’Europe, dans le secteur associatif et institutionnel.

Spécialisé en conseil juridique, conformité, procédures administratives et affaires publiques, en France et à l’international. I am a legal professional specializing in public law, administrative law, and international law, with over twelve years of experience across public institutions, international organizations, NGOs, and the private sector. My background combines legal advisory, regulatory compliance, and institutional relations, developed in multicultural and high-responsibility environments. I have worked with organizations such as the Council of Europe, civil society institutions, and legal structures in Europe and abroad, where I contributed to legal analysis, drafting, procedural compliance, and strategic support. My experience also includes institutional communication and media, giving me a strong understanding of public affairs and stakeholder engagement. Organized, analytical, and adaptable, I value teamwork, clarity, and impact. I am motivated by roles that connect law with public interest, governance, and real-world problem solving.

🇦🇿🇫🇷 Два года спустя: что изменилось в отношениях Франции с Азербайджаном?После периода серьёзной дипломатической напряж...
14/10/2026

🇦🇿🇫🇷 Два года спустя: что изменилось в отношениях Франции с Азербайджаном?

После периода серьёзной дипломатической напряжённости в отношениях Парижа и Баку появляются признаки постепенного восстановления диалога. Но означает ли это начало нового этапа сотрудничества или речь идёт лишь о временном сближении интересов?

В своей новой аналитической статье для «Нового Мусавата» я рассматриваю ключевые вопросы:

🔹 Что заставляет Париж пересматривать подход к Азербайджану?

🔹 Какую роль в нормализации отношений играет дело Мартина Райана?

🔹 Почему сотрудничество Азербайджана с НАТО и программа ITPP имеют стратегическое значение?

🔹 Как позиция Турции влияет на французско-азербайджанские отношения?

🔹 Какую роль может сыграть азербайджанская диаспора во Франции?

У Франции и Азербайджана могут быть разногласия, но геополитическая реальность требует диалога, основанного на взаимном уважении, суверенитете и прагматизме.

Строить стены легко. Возводить мосты гораздо сложнее. Однако эффективность дипломатии определяется не высотой возведённых стен, а прочностью построенных мостов.

📰 Моя новая статья на русском языке:

https://musavat.com/news/dva-goda-spustya-chto-izmenilos-v-otnosheniyah-francii-s-azerbajdzhanom_1294558.html

Буду рад вашим мнениям и комментариям.

#Азербайджан #Франция #Дипломатия #Геополитика #МеждународныеОтношения

В декабре 2024 года я написал статью под названием «Выходка госпожи посла Франции в Баку». Поводом для нее стала публикация тогдашнего посла Франции в Азербайджане А...

“Arxamızda ‘dayı’ olmayıb, yanımızda Türkiyə olub”Son günlər Azərbaycan–Türkiyə münasibətləri ətrafında yaradılan süni i...
04/10/2026

“Arxamızda ‘dayı’ olmayıb, yanımızda Türkiyə olub”

Son günlər Azərbaycan–Türkiyə münasibətləri ətrafında yaradılan süni informasiya fonu məni bu yazını qələmə almağa vadar etdi.

Azərbaycanla Türkiyə arasındakı münasibətlər nə bir futbol oyununun hesabı ilə başlayıb, nə də sosial şəbəkələrdə dövriyyəyə buraxılan bir neçə manipulyativ başlıqla dəyişəcək qədər zəifdir.

Bu münasibətlərin arxasında tarix, dövlət maraqları, strateji tərəfdaşlıq, qarşılıqlı etimad və ən ağır günlərdə sınanmış həmrəylik dayanır.

44 günlük Vətən müharibəsində Azərbaycanın arxasında hansısa “dayı” yox idi. Amma yanında Türkiyə var idi.

Bu fərq çox önəmlidir.

Yeni Müsavatda dərc olunan yeni yazımda Azərbaycan–Türkiyə münasibətlərinin bugünkü vəziyyətinə, son dövrdə yaradılan informasiya manipulyasiyalarına, regional proseslərə, İran və Rusiya faktorlarına və iki ölkə arasındakı strateji bağların mahiyyətinə daha geniş prizmadan baxmağa çalışmışam.

📌 “Arxamızda ‘dayı’ olmayıb, yanımızda Türkiyə olub”

https://musavat.com/news/arxamizda-dayi-olmayib-yanimizda-turkiye-olub_1294030.html

Oxuyun, fikirlərinizi bölüşün.

Je voulais partager avec vous mon nouvel article publié dans Le Club de Mediapart« L’égalité et la légalité : quand l’im...
14/09/2026

Je voulais partager avec vous mon nouvel article publié dans Le Club de Mediapart

« L’égalité et la légalité : quand l’immigration met la République à l’épreuve ».

J’y aborde les questions d’immigration, d’égalité de traitement, de légalité administrative et de discrimination en France, avec un regard à la fois juridique et journalistique.

Si le sujet vous intéresse, je serais très heureux d’avoir vos avis, critiques et réactions. N’hésitez pas également à le partager autour de vous.

🔗 https://blogs.mediapart.fr/majidli/blog/140926/l-egalite-et-la-legalite-quand-l-immigration-met-la-republique-l-epreuve

Merci à vous et bonne lecture !

La France proclame l’égalité et exige des étrangers le respect de la légalité. Mais l’administration respecte-t-elle toujours les règles qu’elle leur impose ? Entre dysfonctionnements de l’ANEF, disc…

Azərbaycan futbolunun “Sabah”ı parlaq görünürMən “Qarabağ” azarkeşiyəm. “Qarabağ”ın uğurları, Azərbaycan futbolunda yara...
10/09/2026

Azərbaycan futbolunun “Sabah”ı parlaq görünür

Mən “Qarabağ” azarkeşiyəm. “Qarabağ”ın uğurları, Azərbaycan futbolunda yaratdığı böyük dönüş və Avropa meydanlarında yazdığı tarix haqqında indiyədək xeyli yazmışam. “Qarabağ” uzun illər Azərbaycan futbolunun Avropadakı əsas yükünü öz çiyinlərində daşıyıb, bizə unudulmaz qələbələr və böyük qürur hissi yaşadıb.

Lakin futbolda bəzən yenilənmək, yeni komanda qurmaq və gələcək uğurlar naminə qısa fasilə götürmək lazım gəlir. “Qarabağ”ın təxminən 12 illik fasiləsiz uğur yolundan sonra heyətini yenidən formalaşdırdığı və bu mövsüm Avropada gözlənilən nəticəni göstərə bilmədiyi bir vaxtda Azərbaycan futbolunun bayrağını “Sabah” təhvil aldı.

“Sabah” UEFA Çempionlar Liqasının əsas — liqa mərhələsinə yüksəlməklə artıq tarix yazıb. O, “Qarabağ”dan sonra buna nail olan ikinci Azərbaycan klubu kimi ölkə futbolunun tarixinə düşüb.

Burada “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas üçün xüsusi bir mötərizə açmaq lazımdır. O, xarakterli, zəhmətkeş, enerjili, nisbətən gənc, lakin futbol düşüncəsi etibarilə müdrik bir mütəxəssisdir. Komandasına yalnız taktiki sistem deyil, qalibiyyət ruhu, özünəinam və böyük rəqiblər qarşısında çəkinmədən oynamaq xarakteri də qazandırıb. “Sabah”ın bu tarixi yüksəlişində onun zəhmətinin, düzgün qərarlarının və komandaya aşıladığı mübarizə əzminin böyük payı var. Dambrauskas sübut etdi ki, böyük nəticələr yalnız böyük büdcə ilə deyil, düzgün strategiya, intizam, zəhmət və inamla da qazanılır.

Bu gecə “Sabah” dünyanın ən məşhur futbol məbədlərindən biri olan “Old Trafford”da “Manchester United”lə qarşılaşacaq.

Əlbəttə, asan oyun olmayacaq. Qarşıda böyük tarixə, nəhəng büdcəyə və dünya şöhrətli futbolçulara malik bir rəqib dayanır. Amma futbolun gözəlliyi də bundadır: meydanda rəqibin adı, keçmiş titulları və büdcəsi deyil, həmin 90 dəqiqə ərzində göstərilən iradə, xarakter və mübarizə əzmi həlledici olur.

Kimin hansı klubun azarkeşi olmasından asılı olmayaraq, bu gecə hər bir azərbaycanlının ürəyi “Sabah”la döyünəcək. Çünki bu qarşılaşmada meydanda yalnız bir klub deyil, Azərbaycan futbolu və Azərbaycan adı təmsil olunacaq.

Nəticə necə olursa-olsun, “Sabah” artıq böyük uğura imza atıb. İndi əsas məsələ qorxmadan oynamaq, sona qədər mübarizə aparmaq və “Old Trafford”da Azərbaycan futboluna layiq bir iz buraxmaqdır.

Azərbaycanda klub futbolunun inkişafı, sağlam rəqabət mühitinin yaranması və bir deyil, bir neçə klubumuzun Avropa səviyyəsində söz sahibinə çevrilməsi son dərəcə vacibdir. “Sabah”ın bugünkü uğuru “Qarabağ”ın illər ərzində açdığı Avropa yolunun davamı və bütövlükdə Azərbaycan futbolunun qazancıdır.

Bu gecə “Sabah” Azərbaycan adını dünyaya bir daha tanıdacaq və ucaldacaq.

Uğurlar, “Sabah”! Bu gecə bütün Azərbaycan sizinlədir!

Azərbaycan futbolunun “Sabah”ı həqiqətən parlaq görünür! 🇦🇿⚽️

Yeni araşdırma yazım “Yeni Müsavat”da yayımlandı.Paris İrəvana “Rafale” verirmi? – “Şayiə”nin arxasındakı gerçək silahla...
21/08/2026

Yeni araşdırma yazım “Yeni Müsavat”da yayımlandı.

Paris İrəvana “Rafale” verirmi? – “Şayiə”nin arxasındakı gerçək silahlanma

Son üç ildə Fransanın Ermənistana “Rafale” döyüş təyyarələri verəcəyi barədə xəbərlər dəfələrlə yayılıb. Hətta bir müddət əvvəl təyyarələrin Macarıstan üzərindən Ermənistana aparılması barədə məlumatlar ortaya çıxmışdı.

Məsələni mümkün qədər rəsmi sənədlər və açıq mənbələr əsasında araşdırdım.

Hazırda Ermənistanın “Rafale” aldığına dair təsdiqlənmiş müqavilə yoxdur. “Dassault Aviation”un sifariş kitabında Ermənistanın adı yoxdur, pilot hazırlığı, maliyyələşdirmə və ya təhvil proqramı barədə də rəsmi məlumat açıqlanmayıb.

Amma məsələnin daha ciddi tərəfi başqadır.

Fransa artıq Ermənistana radar, zirehli maşın, artilleriya və digər hərbi texnologiyalar verir, Ermənistan ordusunun modernləşdirilməsində iştirak edir. Yəni “Rafale” xəbəri bu gün fakt olmasa da, Paris–İrəvan hərbi əməkdaşlığının getdiyi istiqamət diqqətlə izlənilməlidir.

Yazıda Macarıstan izini, Fransa–Ermənistan hərbi müqavilələrini, “Dassault Aviation”un məlumatlarını, Ermənistanın belə təyyarələri almaq imkanlarını və Azərbaycanın JF-17 Block III qırıcıları fonunda mümkün hərbi balansı ayrıca araşdırmışam.

“Rafale” bu gün Ermənistanda yoxdur. Amma Paris onun gələcəkdə enə bilməsi üçün siyasi və hərbi uçuş-enmə zolağını artıq hazırlayır.

Yazını aşağıdakı linkdən oxuya bilərsiniz.👇

https://musavat.com/news/paris-irevana-rafale-verirmi-sayie-nin-arxasindaki-gercek-silahlanma_1283653.html

Dünyanı idarə etmək istəyənlərin sayı çoxdur.Başqalarının necə yaşamalı olduğunu deyənlərin sayı ondan da çoxdur.Amma öz...
19/08/2026

Dünyanı idarə etmək istəyənlərin sayı çoxdur.

Başqalarının necə yaşamalı olduğunu deyənlərin sayı ondan da çoxdur.

Amma öz dilini, qəzəbini, nəfsini, ehtirasını, qorxusunu və tamahını idarə edə bilənlərin sayı həmişə az olub.

Bu dəfə siyasətdən deyil, insanın bəlkə də ən çətin mübarizəsindən — özü ilə mübarizəsindən yazdım.

“İradənin idarəsi”

Başqalarını idarə etmək insana güc verir. Özünü idarə etmək isə insanı şəxsiyyət kimi formalaşdırır.

Oxuyun. Fikirlərinizi bilmək maraqlı olar.

Yeni Müsavat qəzetində dərc olunan yeni yazım👇

https://musavat.com/news/iradenin-idaresi_1283161.html

🇦🇿🇷🇺 Azərbaycan–Rusiya gərginliyi: 17–19 avqust xronologiyasıAvqustun 17-də Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşl...
19/08/2026

🇦🇿🇷🇺 Azərbaycan–Rusiya gərginliyi: 17–19 avqust xronologiyası

Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə cinayət təqibinə başladığını açıqlayıb.

Onlar təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində qiyabi həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili üçün tədbirlər görüldüyünü bildirib.

İstintaqa görə, həmin şəxslər iyulun 14-də və avqustun 13-də yayımlanan «Чистота понимания» verilişlərində Azərbaycanın konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı çağırışlar səsləndirib, ayrı-ayrı şəxslərə qarşı zorakılığı təşviq edib və milli ədavəti qızışdırıblar.

Avqustun 18-də Azərbaycan XİN Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimovu çağıraraq Rusiya informasiya məkanında Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı yayılan “təxribatçı, təhqiramiz və təhdidedici” fikirlərə etirazını bildirib.

XİN avqustun 7-də “Sputnik” radiosunda, avqustun 13-də «Чистота понимания» layihəsində və avqustun 16-da “Spas” telekanalında yayımlanan materialları ayrıca qeyd edib. Azərbaycan rəhbərliyinə və vətəndaşlarına qarşı fiziki zorakılıq çağırışları qəbuledilməz sayılıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həmin şərhçilərin anti-Azərbaycan fikirlərinin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyini bildirib. O, eyni zamanda Azərbaycan mediasında Rusiya əleyhinə çıxışlardan danışaraq informasiya mühitinin sağlamlaşdırılması üçün dialoq təklif edib.

Aleksey Çadayev isə nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa verdiyini açıqlayıb. İstefanın Bakının addımları ilə birbaşa səbəb-nəticə əlaqəsi təsdiqlənməsə də, zamanlama Azərbaycanın hüquqi və diplomatik təzyiqinin ilk görünən siyasi nəticəsi kimi qiymətləndirilə bilər.

Bakı artıq ayrı-ayrı şərhçilərin çıxışlarıyla bağlı “şəxsi fikir” izahını kifayət saymadığını göstərərək problemi eyni vaxtda hüquqi, diplomatik və siyasi müstəviyə çıxarıb.

Qarabağda, yeni açılmış ödənişli Zəfər yolu ilə Cəbrayıl istiqamətində hərəkət edərkən Fransada istifadə etdiyim telefon...
13/08/2026

Qarabağda, yeni açılmış ödənişli Zəfər yolu ilə Cəbrayıl istiqamətində hərəkət edərkən Fransada istifadə etdiyim telefon nömrəsi İran mobil şəbəkəsinə qoşulmuşdu.

Free Mobile sonradan bunu mənə iki dəfə yazılı şəkildə təsdiqlədi, telefon İran antenasına qoşulub, 4,545 MB internet trafiki istifadə olunub və bunun üçün 44,08 avro hesablanıb.

Məsələnin maraqlı tərəfi isə 44 avro deyil, telefonun yol biyunca təxminən 15 dəqiqə İran şəbəkəsində qalmasıdır.

Daha sonra İran sərhədinə daha yaxın olan Böyük Mərcanlı kəndində təxminən bir saat olduğumuz halda telefon Azərbaycan şəbəkəsində idi.

Niyə məhz Zəfər yolunun müəyyən hissəsində İran şəbəkəsi? Bu hansı operatorun antenasıdır? Harada yerləşir və Azərbaycan ərazisinin nə qədər daxilini əhatə edir?

Məsələyə təkcə rouminq problemi kimi yox, telekommunikasiya və informasiya təhlükəsizliyi baxımından yanaşmağa çalışmışam.

“Yeni Müsavat”da dərc olunan yazım👇

https://musavat.com/news/zefer-yolunda-iran-antenasi_1281815.html

Neftdən sonra dünyanın yeni strateji resursu nə olacaq?Ermənistan 2027-ci ilin sonuna qədər 70 mindən çox NVIDIA Blackwe...
12/08/2026

Neftdən sonra dünyanın yeni strateji resursu nə olacaq?

Ermənistan 2027-ci ilin sonuna qədər 70 mindən çox NVIDIA Blackwell və Rubin GPU-su və 300 meqavatlıq süni intellekt infrastrukturu qurmağı planlaşdırır.

Məsələyə “Ermənistan nə edir?” prizmasından deyil, “Azərbaycan nə etməlidir?” sualı ilə yanaşmağa çalışdım.

Azərbaycanın enerji resursları, kapitalı, Xəzər və Mərkəzi Asiyaya çıxışı, Türkiyə üzərindən Avropaya uzanan coğrafiyası var. Bu üstünlükləri böyük AI və hesablama infrastrukturu yaratmağa çevirmək mümkündür.

Ermənistan 70 min gətirirsə, Azərbaycan niyə 100 min gətirməsin?

Çünki gələcəyin neft quyuları bəlkə də artıq yalnız torpağın altında deyil, data-mərkəzlərin içindədir.

“Yeni Müsavat”da yeni yazım:

https://musavat.com/news/neftden-sonra-yeni-strateji-resurs-ermenistan-70-min-nvidia-prosessoru-getirir-biz-ne-edirik_1281806.html

Ceyhun Bayramovun Kiyev səfərinə yalnız Azərbaycan–Ukrayna münasibətləri çərçivəsindən baxmaq məncə, kifayət deyil.Bir n...
09/08/2026

Ceyhun Bayramovun Kiyev səfərinə yalnız Azərbaycan–Ukrayna münasibətləri çərçivəsindən baxmaq məncə, kifayət deyil.

Bir neçə həftə əvvəl Moskvada Sergey Lavrovla görüşən Azərbaycan xarici işlər naziri bu dəfə Kiyevdə Volodimir Zelenski ilə görüşür, Ukraynanın ərazi bütövlüyünə dəstəyi ifadə edir, təhlükəsizlik və müdafiə əməkdaşlığını müzakirə edir.

Burada ziddiyyət varmı?

Məncə, yox.

Əksinə, bu, son illərdə Azərbaycanın xarici siyasətində baş verən mühüm dəyişikliyin göstəricisidir.

Bakı artıq “Rusiya, yoxsa Qərb?”, “Moskva, yoxsa Kiyev?” seçimi qarşısında qalan paytaxt deyil. Azərbaycan öz milli maraqlarından çıxış edərək Rusiya ilə münasibətlərini qoruyur, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, Türkiyə ilə müttəfiqliyini gücləndirir və Avropa ilə əməkdaşlığını genişləndirir.

Bunun adı artıq sadəcə balans siyasəti deyil.

Strateji avtonomiyadır.

Bu barədə yeni yazım Yeni Müsavat Qəzetində yayınlanıb. Link şərhdə👇

Adresse

Paris

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Elnur Majidli publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Elnur Majidli:

Raccourcis

Partager