28/07/2026
Dəyərli qardaşım Musa müəllim!
Səni ad günün münasibətilə ürəkdən təbrik edirəm. Uca Allah sənə möhkəm can sağlığı, uzun ömür, ruzi-bərəkət və hər iki dünyada xoşbəxtlik nəsib etsin. Ailənlə birlikdə həmişə sevinc, əmin-amanlıq və firavanlıq içində yaşa. Elminlə, əxlaqınla və xeyirxahlığınla daim hörmət qazanasan. Bütün arzuların gerçəkləşsin, yeni yaşın sənə daha böyük uğurlar və gözəl günlər gətirsin.
Ad günün mübarək olsun, əziz qardaşım!