Saatlı rayonu Ə. Nuriyev adına Seyidlər kənd ümumi orta məktəb

Saatlı rayonu Ə. Nuriyev adına Seyidlər kənd ümumi orta məktəb Mil-Muğan Regional Təhsil İdarəsi Saatlı rayonu Ə. Nuriyev adına Seyidlər kənd ümumi orta ümumtəhsil məktəbinin rəsmi səhifəsi

08/06/2026

📢Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən yeni təmayül tədris modelinin tətbiq edildiyi təhsil müəssisələrinə 2026–2027-ci tədris ili üzrə şagird qəbulu elan edilir.

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu başlayır. Layihəyə X və XI sinif şagirdləri müraciət edə bilərlər.

Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.

Aşağıdakı ümumi təhsil müəssisələrində X siniflər üzrə şagird qəbulu elan edilir və məktəb adlarının yanında qeydiyyat üçün müvafiq linklər yerləşdirilib:

▶️Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/e/1FAIpQLScvP5CihaMDTEXWL7wM869vUCA7RNxxBjlsKrJzXyL3aqgWyA/viewform?usp=publish-editor

▶️İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/uw6E57xmaqnXV5EPA

▶️Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
https://docs.google.com/forms/d/e/1FAIpQLSfwyK3GVPc7C1Y6j27eBYjdkl0Xpf3WKqBjEcCce6sTBxXa6A/viewform?usp=header

▶️Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/e/1FAIpQLSftg05yX5xr1hvfnvuzC8_d9ztkdADuekpCVtpIhfPItwjpOA/viewform?usp=header

▶️Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/1amdhafyBohodmFf2PiSje8GSYgVRPwyZBNU5pRGXfCY/edit

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

▶️Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
🟢Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
🟢Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
🟢Səriştəli müəllim kollektivi;
🟢Aylıq sınaq imtahanlarının təşkili;
🟢Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

▶️Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🟢Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Məktəbdə nümunəvi və interaktiv "Ustad dərs"təşkil olunmuşdur.Ustad dərs tədrisin keyfiyyətinin yüksəldilməsi və qabaqcı...
14/05/2026

Məktəbdə nümunəvi və interaktiv "Ustad dərs"təşkil olunmuşdur.Ustad dərs tədrisin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl təcrübənin paylaşılması baxımından faydalı olmuşdur.

10 May-Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü münasibətilə məktəbimizdə tədbir keçirildi.Ulu Öndəri...
10/05/2026

10 May-Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü münasibətilə məktəbimizdə tədbir keçirildi.Ulu Öndərin zəngin irsi və Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr bir daha şagirdlərə çatdırıldı.

Məktəbdə valideyn konfransı keçirildi.Konfransı məktəbin direktoru Mahir Hüseynov açaraq konfransın məqsədi haqqında məl...
30/04/2026

Məktəbdə valideyn konfransı keçirildi.
Konfransı məktəbin direktoru Mahir Hüseynov açaraq konfransın məqsədi haqqında məlumat verdi.Konfransda aşağıdakı mövzular ətrafında müzakirələr aparıldı:
1.Məktəbdə zorakılığın qarşısının alınması.
2.Təhsilin keyfiyyəti ilə bağlı məsələlər.
3.Valideyn-Məktəb əməkdaşlığı və ünsiyyətin düzgün təşkili.

"Mübariz,iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq".İnsan həyatında idmanın rolu,idmanla məşğul olmağın fayd...
06/03/2026

"Mübariz,iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq".İnsan həyatında idmanın rolu,idmanla məşğul olmağın faydaları mövzusunda tədbir keçirildi.

Məktəbdə sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbiri keçirildi.
06/03/2026

Məktəbdə sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbiri keçirildi.

"Şən startlar"estafet yarışı keçirildi.
06/03/2026

"Şən startlar"estafet yarışı keçirildi.

Məktəbdə "İdman həftəsi"nə uyğun olaraq səhər gimnastikası təşkil olunmuş və idman haqqında mövzularla şagirdlər tanış o...
03/03/2026

Məktəbdə "İdman həftəsi"nə uyğun olaraq səhər gimnastikası təşkil olunmuş və idman haqqında mövzularla şagirdlər tanış olmuşdular.

Fiziki tərbiyə fənni üzrə nəticələri zəif olan şagirdlərin müəllimləri ilə dəyirmi masa təşkil olunmuşdur.Dəyirmi masada...
03/03/2026

Fiziki tərbiyə fənni üzrə nəticələri zəif olan şagirdlərin müəllimləri ilə dəyirmi masa təşkil olunmuşdur.Dəyirmi masada məktəbin direktoru,UBTR-i və müəllimlər iştirak etdilər.

Xocalı soyqırımının 34 cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
26/02/2026

Xocalı soyqırımının 34 cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Address

Seyidler Kendi
Saatlı

Website

Alerts

Be the first to know and let us send you an email when Saatlı rayonu Ə. Nuriyev adına Seyidlər kənd ümumi orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saatlı rayonu Ə. Nuriyev adına Seyidlər kənd ümumi orta məktəb:

Shortcuts

Share