Gəncə Regional Vəkil Bürosu

Gəncə Regional Vəkil Bürosu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gəncə Regional Vəkil Bürosu, Legal Service, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 49, Gandza.

E L A N ! 22 avqust 2026-cı il tarixində saat 11.00-dan 16.00-dək Gəncə Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Gə...
19/08/2026

E L A N !
22 avqust 2026-cı il tarixində saat 11.00-dan 16.00-dək Gəncə Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Gəncə şəhərində və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə, həmçinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına ödənişsiz hüquqi yardım göstəriləcəkdir.
Hüquqi yardım Büronun inzibati binasında təşkil olunacaq.
Ünvan: Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 49

02/08/2026

Azərbaycanın hüquq ictimaiyyətinə və vəkilliyinə ağır itki üz verib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Heydər oğlu Kərimov 2026-cı il avqustun 2-də ömrünün 84-cü ilində vəfat edib.

İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan SSR Prokurorluğu orqanlarında başlayıb və hüquq-mühafizə sistemində uzun illər məsul vəzifələrdə çalışıb.

1966–1978-ci illərdə Bakı şəhərinin Oktyabr (indiki Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər üzrə müstəntiq vəzifələrində fəaliyyət göstərib. 1978–1987-ci illərdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon prokuroru, daha sonra isə Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi olub.

1987–2012-ci illərdə məhkəmə hakimiyyəti sistemində fəaliyyətini davam etdirən İkram Kərimov Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrini layiqincə icra edib.

O, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub, uzun illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.

2017-ci il aprelin 14-dən etibarən Azərbaycan Respublikasının Bank Ombudsmanı vəzifəsini icra edib.

İkram Kərimov 2019-cu ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. Həmin il Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə yaradılmış Ağsaqqallar Şurasının sədri təyin edilərək ömrünün sonunadək bu vəzifəni böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirib. Onun zəngin hüquqi bilik və təcrübəsi, gənc hüquqşünasların və vəkillərin peşəkar inkişafına verdiyi töhfələr Kollegiyanın fəaliyyətində xüsusi yer tutub.

Peşəkar fəaliyyəti dövründə SSRİ Baş Prokuroru tərəfindən baş ədliyyə müşaviri xüsusi rütbəsinə, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən isə I ixtisas dərəcəli hakim rütbəsinə layiq görülüb.

Üstü açılmamış qəsdən adamöldürmə cinayətlərinin istintaqı sahəsində qazandığı uğurlar hüquq ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Onun istintaq təcrübəsi dəfələrlə SSRİ və respublika miqyasında yayılıb, adı prokurorluğun "Ən yaxşı müstəntiqi" Fəxri Kitabına daxil edilib. Barəsində ittifaq miqyasında kitab nəşr olunub, hüquq jurnallarında oçerklər dərc edilib. Müxtəlif elmi və publisistik məqalələrin müəllifi olan İkram Kərimov uzun illər hüquqi fikir tarixinin inkişafına da töhfə verib.

O, "Şərəf nişanı" ordeni, "Tərəqqi" və "Əmək veteranı" medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub, "Əməkdar hüquqşünası" fəxri adına layiq görülüb. Peşə fəaliyyətində qazandığı nailiyyətlərə görə SSRİ Baş Prokuroru, Azərbaycan Respublikasının Baş prokuroru, Ədliyyə naziri və Məhkəmə-Hüquq Şurası tərəfindən dəfələrlə təşəkkür və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin İkram Kərimov bir neçə çağırış Əzizbəyov (Xəzər) rayonu və Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. SSRİ Prokurorluğu və SSRİ Ədliyyə Nazirliyinin rəhbər işçilərinin ixtisasartırma institutlarında təhsil alıb, 1995-ci ildən etibarən ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının qanunvericilik bazasının hazırlanmasında yaxından iştirak edib, ABŞ, Avropa və Asiya ölkələrində keçirilən beynəlxalq tədbirlərdə, eləcə də Avropa Şurasında Azərbaycanı layiqincə təmsil edib.

2022-ci il aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

İkram Kərimov ömrünü hüququn aliliyinə, ədalət mühakiməsinin inkişafına, hüquqşünas nəslinin yetişdirilməsinə və Azərbaycan vəkilliyinin inkişafına həsr etmiş görkəmli hüquqşünaslardan biri idi. Əməkdar hüquqşünasın zəngin həyat yolu, yüksək peşəkarlığı, prinsipiallığı və insani keyfiyyətləri onu tanıyanların xatirəsində daim yaşayacaq.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası mərhumun doğmalarına, yaxınlarına və bütün hüquq ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

E L A N ! 25 iyul 2026-cı il tarixində saat 11.00-dan 16.00-dək Gəncə Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Gənc...
22/07/2026

E L A N !
25 iyul 2026-cı il tarixində saat 11.00-dan 16.00-dək Gəncə Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Gəncə şəhərində və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə, həmçinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına ödənişsiz hüquqi yardım göstəriləcəkdir.
Hüquqi yardım Büronun inzibati binasında təşkil olunacaq.
Ünvan: Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 49

22/07/2026

Hörmətli media nümayəndələri,

Sizi 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Vəkil Korpusu adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq!

17/07/2026
26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

22/06/2026

📢 ELAN!

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən 25 iyun 2026-cı il tarixində respublika üzrə növbəti dəfə vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası təşkil olunacaq.

⚖️ Aksiya çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarında “Açıq qapı” günü keçiriləcək və aztəminatlı şəxslərə müxtəlif hüquqi məsələlər üzrə pulsuz hüquqi yardım göstəriləcək.

📍 Pulsuz hüquqi yardımdan yararlanmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə fəaliyyət göstərən vəkil qurumlarına müraciət edə bilərlər.

📞 Əlaqələndirici şəxs: Afət Qaziyeva – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktoru

☎️ Telefon: (012) 594 99 85
📱 Mobil: (050) 340 09 81

Bu gün əziz və çox hörmətli Sədrimiz Anar müəllimin 50 illik yubilüyidir! Bu münasibətlə Anar müəllimi Gəncə Regional Və...
19/06/2026

Bu gün əziz və çox hörmətli Sədrimiz Anar müəllimin 50 illik yubilüyidir! Bu münasibətlə Anar müəllimi Gəncə Regional Vəkil Bürosunun bütün kollektivi adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sagliğı, ailə xoşbəxtliyi və gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq!

18/06/2026

18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur

Address

Gəncə şəhəri, Həsən Əliyev Küçəsi, 49
Gandza
AZ2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994503261624

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə Regional Vəkil Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gəncə Regional Vəkil Bürosu:

Shortcuts

Share

Category