Huququn sade yollari - Berde

Huququn sade yollari - Berde Ödənişsiz hüquqi və sosial məsləhət üçün xidmətinizdəyik.

Bu yazımız onsuz da iş yükündən başı açılmayan, müqaviləsində 8 saat yazılsa da az qala 15 saat işləyən, işdən şəxsi həy...
06/05/2021

Bu yazımız onsuz da iş yükündən başı açılmayan, müqaviləsində 8 saat yazılsa da az qala 15 saat işləyən, işdən şəxsi həyatına vaxt tapa bilməyən günü qara işçilərin bunlar azmış kimi onlarla bağlanan müddətli əmək müqavilələrindən danışacağıq.

Bildiyimiz kimi əmək müqaviləsi müddətli və müddətsiz olur. Hazırda müddətsiz əmək müqaviləsi bağlayan işəgötürənlər çıraqla axtarılır, az qala adları “qırmızı kitab”a düşəcək. Günümüzdə işəgötürənlərin bir çoxu işçiləri müddətli əmək müqaviləsi ilə işə götürürlər.

Bəs bu nə qədər qanunauyğundur?

Əmək məcəlləsinin 45ci maddəsinin 4cü bəndi deyir ki, işin mövsümi yox daimi olması qabaqcadan bəllidirsə, 47ci maddədə göstərilən hallar istisna olmaqla işçi ilə müddətsiz əmək müqaviləsi bağlanılmalıdır. Məsələn, hüquqşünas, mühasib və s. bir müəssisənin həmişə ehtiyacı olduğu sahələrdir. Bu vəzifələr üçün müddətli əmək müqaviləsi bağlanılması düzgün deyil.
Gəlin baxaq bəs 47ci maddədə göstərilən istisnalar nədir?

Bu istisnalar təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi nəticəsində işə çıxmaması ilə əlaqədar olaraq onun əmək funksiyasının başqa işçi tərəfindən icrası zərurəti olduqda və s. əlaqədardır. (Bəndlər çoxdur deyə hər birini qeyd edib sizi yormaq istəmədik. İstəyənlər əmək məcəlləsini internetdən tapıb 47ci maddəsinə nəzər yetirə bilərlər)
Bu o deməkdir ki, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlayanda bu bəndlərdən birinə istinad etməlidir. Bu bəndlər arasında ən çox istinad olunan bir “müqəddəs bənd” bənd var-47ci maddənin “f” bəndi. F bəndi deyir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Yəni, işəgötürən və işçi razılaşır ki, gəl 6 aylıq müqavilə bağlayaq.

Ardı commentdə👇

Gündəmi zəbt edən sosial şəbəkələrdə yayılan videonu nəzərə alaraq bu postu hazırlamağı düşündük. 👫Gender (kişi və qadın...
05/05/2021

Gündəmi zəbt edən sosial şəbəkələrdə yayılan videonu nəzərə alaraq bu postu hazırlamağı düşündük.

👫Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanunun 2.0.5-ci maddəsinə görə seksual qısnama - əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır. Əgər işdə yuxarıda göstərilən hərəkətlər sizə qarşı edilirsə siz artıq seksual qısnamanın qurbanısınız.

Seksual qısnama qanunla qadağan edilir. Əmək fəaliyyətində işəgötürən seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.

🎓İnzibati xətalar məcəlləsinin 205-ci maddəsinə görə seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə- vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilirlər.

👨‍🎓Cinayət məcəlləsinin 150.1-ci maddəsinə görə Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə—3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

👩‍🎓Əmək məcəlləsinə görə isə seksual qısnamaya məruz qalmış işçinin əmək müqaviləsi işçinin işdənçıxma ərizəsində göstərdiyi gün ləğv olunmalıdır. Əlavə olaraq işəgötürən seksual qısnamadan zərər çəkmiş işçilərə dəymiş zərəri ödəməlidir.

İnzibati xətalar məcəlləsiMaddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ...
04/05/2021

İnzibati xətalar məcəlləsi

Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması

211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə –
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Bankdan götürülmüş kreditin qaytarılması ilə bağlı işəgötürən işçiyə təsir göstərə bilməz. Bank işçinin iş yerinə məktub...
03/05/2021

Bankdan götürülmüş kreditin qaytarılması ilə bağlı işəgötürən işçiyə təsir göstərə bilməz. Bank işçinin iş yerinə məktub göndərməməlidirlər. Son illər aktual məsələlərdən biri də işçinin banka olan borcunun ödəyə bilməməsi ilə bağlı, bank tərəfindən işçinin iş yerinə müxtəlif məktublar göndərilməsidir. Bəzi banklar işəgötürənə məktub yazaraq borcun qaytarılmasına köməklik göstərilməsini xahiş edir. Bu cür müraciətləri yolverilməzdir. İlk növbədə bu cür müraciətlərlə, banklar bank sirrini pozur. Bank sirri hesab edilən məlumatlar həmin məktubda əks olunmaqla, işçinin işlədiyi müəssisənin kargüzarlıq xidmətindən tutmuş, rəhbərinə kimi bir çox şəxslərə faktiki olaraq açıqlanır. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə, işəgötürənin bankla işçinin arasında olan müqavilə münasibətlərinə müdaxilə etməyə səlahiyyəti çatmır. İşçinin yazılı razılığı olmadığı təqdirdə, işəgötürən onun əmək haqqından kredit borcunu tutmaqda haqlı deyil. (Əmək məcəlləsi, maddə 175, Banklar Haqqında qanun, maddə 41? Mülki məcəllə, maddə 967.1. və 967.2.)

Məzuniyyətə çıxan işçinin məzuniyyət pulu məzuniyyətdən əvvəl ödənilməlidir (məzuniyyət vaxtı üçün orta əmək haqqı). Bir...
29/04/2021

Məzuniyyətə çıxan işçinin məzuniyyət pulu məzuniyyətdən əvvəl ödənilməlidir (məzuniyyət vaxtı üçün orta əmək haqqı). Bir sıra müəssisələrdə müəyyən səbəblərdən işçinin məzuniyyət pulu (məzuniyyət vaxı üçün orta əmək haqqı) işçiyə məzuniyyətə çıxdıqdan sonra, bəzi hallarda isə hətta növbəti ayın əmək haqqısı ilə birlikdə ödənilir. Bu qanunazidd haldır və işçinin hüquqlarını pozur. Əmək məcəlləsinə əsasən, məzuniyyət pulu, məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Əks təqdirdə, işçi tələb edə bilər ki, məzuniyyətinin başlanğıcı, ona məzuniyyət pulunun ödənildiyi gündən hesablansın. (Əmək məcəlləsi, maddə 140, 5-ci və 6-cı hissələr).

👌Bu gündən paylaşımlarımıza yeni bir format əlavə edirik. Gündəlik həyatda birbaşa olaraq qarşılaşdığımız hüquq pozuntus...
26/04/2021

👌Bu gündən paylaşımlarımıza yeni bir format əlavə edirik. Gündəlik həyatda birbaşa olaraq qarşılaşdığımız hüquq pozuntusunu haştaqı ilə sizinlə hekayə şəklində paylaşıb həll yolunu göstərəcəyik. Əgər sizin də başınıza maraqlı hadisə gəlibsə rəy bölməsində qeyd edin, paylaşıb həll yolunu göstərək.

👨‍⚖İnzibati xətalar məcəlləsi maddə 329
329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -
40 manat məbləğində cərimə edilir.
329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə - 40 manat məbləğində cərimə edilir.
329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-
30 manat məbləğində cərimə edilir.

İnzibati xətalar məcəlləsində döymə əməlinə belə anlayış verilir – döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı ...
21/04/2021

İnzibati xətalar məcəlləsində döymə əməlinə belə anlayış verilir – döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə.
Bu anlayışın məzmununun açıqlanması ilə bağlı qeyd edə bilərik ki, hüquq ədəbiyyatında döymə dedikdə zərərçəkmişin bədəninin müxtəlif nahiyyələrinə sistematik xarakter daşımayan çoxsaylı zərbələr vurulması anlaşılır.
Döymə inzibati xətasının anlayışında qeyd olunan sair zorakılıq hərəkətləri dedikdə isə fiziki ağrı yetirilməsinə yönələn hərəkətlər nəzərdə tutulur. (Bunlara aiddir – dişləmə, bədənin müxtəlif nahiyyələrini əzmə, çimdikləmə və s.)
Döymə inzibati xətası qəsdən törədilən əməldir. Döyməyə görəməsuliyyətə cəlb etmə yaş həddi 16 yaşdır. Qanunla döymə inzibati xətasının törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 2 ayadək müddətə inzibati həbs tətbiq olunur.
İXM-nin 157-ci maddəsində həmçinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa müxtəlif dərəcəli zərər vurma (CM-nin 126, 127 və 128-ci maddələri) maddələrinə aid edilir.
Vətəndaşların döymə ilə bağlı müraciətləri əsasında Daxili İşlər orqanlarının istintaq və ixtisaslaşmış təhqiqat qurumlarında araşdırmalar aparılaraq, müvafiq məhkəmə-tibbi ekspertizası rəyi əsasında döymə inzibati xəta əlamətləri müəyyən edildikdə qəbul edilmiş prosessual qərarın surəti təqsirli şəxs barəsində inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilir. Odur ki, sizə qarşı döymə hadisəsi baş verdikdə dərhal 102 Polis qaynar xəttinə bildirin.

İnzibati xətalar məcəlləsinə əsasən dayanma-durmanın qadağan olunduğu yerdə avtomobil saxladıqda 20 manat cərimə oluna b...
19/04/2021

İnzibati xətalar məcəlləsinə əsasən dayanma-durmanın qadağan olunduğu yerdə avtomobil saxladıqda 20 manat cərimə oluna bilərsiniz.

Ümumi istifadədə olan nəqliyyat vasitələri məsələn avtobus üçün ayrılmış dayanacaqda saxladıqda isə 40 manat cərimə oluna bilərsiniz.

Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:477.0.1. zaminliyin təmin etdiyi ...
16/04/2021

Maddə 477. Zaminliyə xitam verilməsi

477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:
477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;
477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;
477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;
477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

"Polis haqqında" qanundan sizlər üçün bəzi maraqlı çıxarışlar etmişik. Gəlin söhbətə... Sizcə polislər bu qanuna nə dərə...
15/04/2021

"Polis haqqında" qanundan sizlər üçün bəzi maraqlı çıxarışlar etmişik.
Gəlin söhbətə...
Sizcə polislər bu qanuna nə dərəcədə riayət edirlər?
İndiyə kimi polis tərəfindən hansısa hüququnuz pozulubmu?
Pozulubsa bu barədə şikayət etmisinizmi?

Hüquqi yardım səhifələrinin birində belə bir postla qarşılaşdıq. Maraqlı vəziyyətdir. Sizin üçün hüquqi tərəflərini araş...
14/04/2021

Hüquqi yardım səhifələrinin birində belə bir postla qarşılaşdıq. Maraqlı vəziyyətdir. Sizin üçün hüquqi tərəflərini araşdırdıq. Fikirlərinizi bildirməyi unutmayın😊

Maddi yardıma ehtiyacı olan əlil valideynlər yetkin övladlarından aliment tələb edə bilərlər. Valideyn və övlad arasında bu barədə razılaşma da imzalana bilər. Yəni razılaşırlar ki, övlad valideynlərinə ayda məsələn 300 manat aliment ödəyəcək. Amma bu, praktikada demək olar ki, rast gəlinməyən haldır. Valideynlər bunu övladlarından məhkəmə qaydasında da tələb edə bilərlər. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.Deyək ki, atanın 3 övladı var və o tələbi məhkəmə qaydasında yalnız böyük oğlundan edir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladların hamısına, birinə və ya bir neçəsindən tuta bilər. Bu zaman övladların qazancları nəzərə alınır. Valideynlik hüququnu yerinə yetirməyən, valideynlik hüququndan məhrum olunmuş ata və ana aliment tələbini etsə bu zaman məhkəmə uşaqları aliment ödəməkdən azad edilirlər.
Övladlar ehtiyaclı valideynlərin əlavə xərclərində də iştirak etməyə borcludurlar. Belə ki, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında sadalanan hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

Ailə məcəlləsi maddə 85 Aşağıdakı şəxslər boşandıqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən (a...
12/04/2021

Ailə məcəlləsi maddə 85

Aşağıdakı şəxslər boşandıqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb edə bilərlər:
-hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
-sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
-boşanana qədər və ya boşanan gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
-ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı

Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Maddə 87
Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:
-maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;
-aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;
-nikah çox çəkmədikdə.

Address

Barda

Website

Alerts

Be the first to know and let us send you an email when Huququn sade yollari - Berde posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category