11/03/2017
Əziz dostlar iş prosesində üzləşdiyimiz müraciətlərin ümumi təhlili onu göstərir ki, əksər hallarda bir çoxlarımız problemin hüquqi həlli yolunu deyil daha çox “türkəçarə” üsulunu seçirik ki, nəticə etibarı ilə, "bu kimi seçimlər əks təsirlə bağlı olur. Bu əks təsirin nəticəsi problemin daha da dərinləşməsi və bir çox hallarda həll edilməz səviyyəyə gəlib çıxması olur. Bu baxımdan hüquq sahəsi ilə tibb arasında bir paralel mövcudluğu danılmazdır. Tibdə olduğu kimi hüquqda da, əldə edilməli olan nəticə zamanında ilkin olaraq düzgün “diaqnoz”un qoyulması ilə şərtləndirilir. Bu isə bir daha istənilən məsələdə peşəkarlara müraciət etməni labüd edir. Problemlərinizi peşəkarlara etibar edin.
Hörmətlə, “ASSA”