03/08/2020
📝Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı OPERATİV QƏRARGAHın qərarına əsasən:
✅ SMS icazə, xidməti vəsiqə, icazə.e-gov.az portalı vasitəsilə ilə tərk etmək sistemi ləğv olunur;
✅Çimərliklərin istifadəsinə icazə verilir;
❌İri ticarət mərkəzləri və “MALL”ların fəaliyyəti qadağandır;
❌İctimai iaşə obyektlərində müştərilərə yerində xidmət qadağandır;
❌Muzey və sərgi zallarının fəaliyyəti qadağandır;
❌Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti qadağandır (imtahan,müsahibə, müsabiqələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərininin qəbulu istisna olmaqla ) ;
❌Açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır;
❌Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılır. (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)
❌Kinoteatr, teatr, idman zallarının fəaliyyəti qadağandır;
❌Toy məclislərinin təşkili qadağandır;
❌Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır;
❌İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır;
❌İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə olunması qadağandır.
❌Tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağandır;
❌Massaj və hamam xidmətlərinin göstərilməsi qadağandır.
❌Həftəsonları qeyd olunan tarixlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılır:
8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.