Faustus Hüquqi Xidmətlər Mərkəzi

Faustus Hüquqi Xidmətlər Mərkəzi Faustus Hüquqi Xidmətlər Mərkəzi

“Faustus Hüquqi Xidmətlər Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti 1 dekabr 2014-cü ildə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
Öncəliklə bildirək ki, bütün hüquq sahələri (mülki, cinayət, inzibati və iqtisadi) üzrə xidmət göstərən bu mərkəz bizə edilən çoxsaylı müraciətlər əsasında açılmışdır.İnsanların daha mükəmməl hüquqi müdafiə olunma zərurətindən təsis edilən

mərkəz qarşısına peşəkar hüquqi müdafiə yolunu qoyaraq milli və beynəlxalq qanunvericiliyin imkan yaratdığı həddə insanların hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərir. Eyni zamanda bildirək ki, mərkəz fiziki və hüquqi şəxslərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə yanaşı hüquqi maarifləndirmə yolunu da seçərək cəmiyyətimizə öz töhfəsini verməkdədir. Belə ki, mərkəzə məxsus sayt yaradılaraq, sosial şəbəkə səhifələri təsis edilərək və Faustus TV youtube kanalı ərsəyə gətirilərək cəmiyyətimizi marağlandıran, aktual hüquqi informasiyalar haqqında mütəmadi məlumatlar yayımlayır. Xidmətlərimiz və yuxarıda qeyd olunan digər məlumatlar barədə daha ətraflı məlumat almaq üçün Mərkəzə məxsus sayta daxil ola bilərsiniz və sizi marağlandıran məsələlər barədə onlayn müraciət və sual-cavab bölümü vasitəsi ilə bizə müraciət edə bilərsiniz. MÜLKİ İŞLƏR:

1.İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, əlavə kassasiya şikayətlərinin, ərizələrin, vəsatətlərin, iddia ərizələrinə, apellyasiya şikayətlərinə, kassasiya şikayətlərinə etirazların hazırlanması;
2. Birinci instansiya, apellyasiya və kassasiya instansiyasında təmsilçilik;
3.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətin hazırlanması və göndərilməsi;
Konstitusiya Məhkəməsinə şikayətin hazırlanması və göndərilməsi;
4.Müştərilərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar müvafiq dövlət orqanlarında təmsilçilik.

5.Bütün növ hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya) təsis edilməsi, dövlət qeydiyyatı, ləğvi, yenidən təşkili (birləşməsi, bölünməsi, ayrılması, qoşulması və çevrilmə) və gələcək fəaliyyətinin (işçilərin işə qəbulunun həyata keçirilməsi üzrə ərizə və əmrlərin hazırlanması, əmək müqavilələrinin hazırlanması, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatının təşkili, daxili qaydaların hazırlanması və s) hüquqi tənzimlənməsi;
6.Bütün növ hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya) filial və nümayəndəliklərinin təsis edilməsi və qeydiyyatı;
7.Təsis sənədlərinə müvafiq dəyişikliklər və əlavələrin hazırlanması və dövlət qeydiyyatı;
8.Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərinin hüquqi ekspertizası;
9.Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının hüquqi təmsil edilməsi;
10.Vergi mübahisələrinin məhkəmə və ya məhkəmədən xaric qaydada həll edilməsi;
11.Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaların qaytarılması;
12.Sahibkarların hüquqlarının müdafiəsi;
13.Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi;
14.Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı müqavilə münasibətlərinin tənzimlənməsi;
15Müqavilə münasibətləri üzrə mübahisələrin həll edilməsi;
16Müqavilələrin ingilis və rus dilində tərtib edilməsi;
17.Ailə hüququ üzrə məsləhətlərin verilməsi;
18.Alimentin alınması üçün məhkəməyə müraciət;
19.Nikahın ləğvi və əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət;
20.Uşağın ata və ya anada qalması ilə bağlı məhkəməyə müraciət;
21.Uşağın valideynlərinin və yaxın qohumlarının uşağla münasibət saxlamaq üzrə mübahisələrin həlli;
22.Nikah müqaviləsinin tərtibi;
23.Daşınmazı əmlak (yaşayış və qeyri yaşayış) üzrə hüquqların dövlət qeydiyyatının həyata keçirilməsi;


24Əcnəbilər üçün sənədlərin tərtib edilməsində kömək:
- müvəqqəti yaşayış üçün icazə;
- iş icazəsi;
- vizanın uzadılması;
- müvəqqəti yaşayış icazəsinin uzadılması;
- yaşayış yeri üzrə qeydiyyat. CİNAYƏT İŞLƏRİ:

1.Zərərçəkən və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi;
2.Apellyasiya və kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması;
3.Birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyasında təmsilçilik;
4.Mülki iddia ərizəsinin tərtib edilməsi və mülki iddia üzrə təmsilçilik.
İQTİSADİ MÜBAHİSƏLƏR:

1.İqtisadi mübahisələr üzrə hüquqi şəxslərin və sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi;
2.İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması və göndərilməsi;
3.Müvafiq İnzibati-İqtisadi məhkəmələrdə, Apellyasiya və Kassasiya instansiyasında təmsilçilik.

İNZİBATİ MÜBAHİSƏLƏR:

1.İnzibati mübahisələr üzrə şəxslərin hüquqlarının müdafisəsi;
2.İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması və göndərilməsi;
3.Müvafiq İnzibati-İqtisadi məhkəmələrdə, Apellyasiya və Kassasiya instansiyasında təmsilçilik.

Azerbaycan Respublikasının Menzil qanunvericiliyi məcəlləsinin 5-ci maddəsinə əsasən.Hər kəsin mənzil toxunulmazlığı hüq...
05/03/2018

Azerbaycan Respublikasının Menzil qanunvericiliyi məcəlləsinin 5-ci maddəsinə əsasən.Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

Azerbaycan Respublikasının Ailə məcəlləsinin 27-ci maddəsinə əsasən.Ər-arvad arasında nikah bağlanması üçün qanunla qada...
02/03/2018

Azerbaycan Respublikasının Ailə məcəlləsinin 27-ci maddəsinə əsasən.Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz.

Azərbaycan Respublikasının Ailə məcələsinin 19- ci maddəsinə əsasənƏr-arvadın razılığı olduqda, lakin onlardan biri müva...
01/03/2018

Azərbaycan Respublikasının Ailə məcələsinin 19- ci maddəsinə əsasənƏr-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Azərbaycan Respublikasının Ailə məcələsinin 23- ci maddəsinə əsasən.Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər...
28/02/2018

Azərbaycan Respublikasının Ailə məcələsinin 23- ci maddəsinə əsasən.Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.

Azərbaycan Respublikasının Ailə məcələsinin 20- ci maddəsinə əsasən Tərəflərdən birinin nikahın pozulması haqqında razıl...
27/02/2018

Azərbaycan Respublikasının Ailə məcələsinin 20- ci maddəsinə əsasən Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Azərbaycan Respublikasının Ailə məcələsinin 15- ci maddəsinə əsasən.Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasınd...
26/02/2018

Azərbaycan Respublikasının Ailə məcələsinin 15- ci maddəsinə əsasən.Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

A.R-nınGömrük qanunvericiliyi-maddə 4.1 Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllə...
24/02/2018

A.R-nınGömrük qanunvericiliyi-maddə 4.1 Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

A.R-nın Cəzaların ıcrasi qanunvericiliyi maddə-1.Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi qaydaları...
23/02/2018

A.R-nın Cəzaların ıcrasi qanunvericiliyi maddə-1.Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

A.R-nın-Mülki qanunvericilik və beynəlxalq hüquq aktlar maddə3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynə...
22/02/2018

A.R-nın-Mülki qanunvericilik və beynəlxalq hüquq aktlar maddə3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.

A.R-nın Şəhərsalma və tikinti qanunvericiliyi maddə.1 Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ş...
21/02/2018

A.R-nın Şəhərsalma və tikinti qanunvericiliyi maddə.1
Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

AR-nın Cinayət Məcələsinin 1.1 madəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin ə...
20/02/2018

AR-nın Cinayət Məcələsinin 1.1 madəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. [

AR-nın Ailə Məcələsinin 5ci- maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərə...
19/02/2018

AR-nın Ailə Məcələsinin 5ci- maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir.

Address

Nəriman Nərimanov
Baku
AZ1110

Alerts

Be the first to know and let us send you an email when Faustus Hüquqi Xidmətlər Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category