Caspian LAW

Caspian LAW Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Caspian LAW, Lawyer & Law Firm, Baku.

🥀Ruhunuz şad olsun…
20/01/2026

🥀Ruhunuz şad olsun…

⚖️Kredit borcuna görə maaşım və ya pensiyam tam tutula bilərmi?❌ Xeyr, tam tutulması qanunsuzdur.📌 Azərbaycan qanunveric...
18/01/2026

⚖️Kredit borcuna görə maaşım və ya pensiyam tam tutula bilərmi?

❌ Xeyr, tam tutulması qanunsuzdur.

📌 Azərbaycan qanunvericiliyinə əsasən:
• Kredit və digər borclara görə maaşdan və ya pensiyadan maksimum 50%-dək tutulma aparıla bilər.
• Tam məbləğin tutulması yolverilməzdir.
• Borclunun və ailəsinin minimum yaşayış səviyyəsi qorunmalıdır.

⚖️ İstisna hallar:
• Aliment,
• Sağlamlığa vurulmuş zərərin ödənilməsi,
• Cinayət nəticəsində dəymiş zərər
hallarında tutulma faizi fərqli ola bilər.

‼️ Əgər maaşınız və ya pensiyanız tam tutulubsa, bu, qanun pozuntusudur və məhkəmə və icra orqanına şikayət etmək hüququnuz var.

📞 Hüquqlarınızı bilin, zərər görməyin.
Ətraflı məsləhət üçün müraciət edə bilərsiniz.

15/01/2026

Həyatımızın hər anı əslində mülki hüquqla əhatə olunub. Səhər içdiyimiz qəhvədən tutmuş, imzaladığımız irihəcmli müqavilələrə, mülkiyyət hüququmuzdan tutmuş, miras məsələlərinə qədər hər şey bu sahənin tənzimləməsidir.
Niyə mülki hüququ bilmək vacibdir?
• Təhlükəsizlik: Müqavilə bağlayarkən detalları görmək sizi gələcək risklərdən qoruyur.
• Mülkiyyət: Haqqınız olanı qorumaq üçün qanuni prosedurları düzgün idarə etməlisiniz.
• Öhdəliklər: Qarşılıqlı münasibətlərdə hər iki tərəfin məsuliyyətini anlamaq işlərinizi asanlaşdırır.
Hüquq sadəcə mübahisə yarandıqda yada düşməməlidir. Əsl peşəkarlıq, problemlər yaranmadan onları hüquqi müstəvidə sığortalamaqdır. Unutmayın, düzgün atılan hər bir hüquqi addım gələcəkdəki rahatlığınızın təminatıdır.

14/01/2026

Şirkətlər, fiziki şəxslərlə müqavilə bağlayanda çox vaxt əvvəlcədən hüquqi məsləhət almırlar. Nəticə? Müqavilə şərtləri dəqiq olmur, öhdəliklər aydın göstərilmir və… gözlənilməz problemlər ortaya çıxır.

Sonra nə olur? Mal vaxtında gəlmir, xidmət göstərilmir, ödəniş gecikir. Məhkəmə işlərinə baxanda görürük ki, çoxu sadəcə “kömək edin” deyə gəlir.

Əslində vəziyyət sadədir: müqaviləni imzalamadan bir az da olsa hüquqi məsləhət almaq həm vaxtınıza, həm də pulunuza qənaət edir. Zərərin ödənməsini tələb etmək, müqaviləni icra etdirmək və ya ləğv etmək işləri çox vaxt əvvəldən hazırlanmış sənədlərlə daha rahat həll olunur.

Qısaca: Vəkilə danışmaq, problemlərin öncədən həllidir, sonra yox.

📄 Torpaq sahəniz var, amma çıxarış ala bilmirsiniz?İllərdir istifadə etdiyiniz torpaq sahəsi sizin adınıza rəsmi qeydiyy...
03/08/2025

📄 Torpaq sahəniz var, amma çıxarış ala bilmirsiniz?

İllərdir istifadə etdiyiniz torpaq sahəsi sizin adınıza rəsmi qeydiyyatda deyil?
Kupça almaq üçün hara müraciət edəcəyinizi, hansı sənədləri toplamalı olduğunuzu bilmirsiniz?
Yoxsa sənədləriniz var, amma işiniz süründürməçiliyə düşüb?

Məhz belə hallarda hüquqi dəstəyimizlə sizə yardım edə bilərik.

✅ Torpaq sənədlərinin toplanması
✅ Sənədlərdə uyğunsuzluqların aradan qaldırılması
✅ Alqı-satqı, miras, bağışlama yolu ilə alınan torpaqlar üzrə rəsmi qeydiyyat
✅ Kupçanın alınması üçün Əmlak Xidmətinə müraciətin hazırlanması və izlənməsi
✅ İmtina hallarına qarşı hüquqi mübarizə

📌 Çıxarış almaq hüququnuz varsa, biz onu rəsmi şəkildə rəsmiləşdirilməsinə qədər yanınızdayıq.

📲 Ətraflı məlumat və müraciət üçün DM və ya əlaqə nömrəmiz aktivdir.
📍 Melikovs Law – rəsmi mülkiyyətinizin hüquqi zəmanəti!

📌 HÜQUQUNU BİL!🔹 Susmaq bəzən qızıl deyil – HAQQINI BİLMƏK HƏR ZAMAN ÜSTÜNLÜKDÜR!Hər bir vətəndaş bilməlidir ki:⚖️ Heç k...
16/07/2025

📌 HÜQUQUNU BİL!
🔹 Susmaq bəzən qızıl deyil – HAQQINI BİLMƏK HƏR ZAMAN ÜSTÜNLÜKDÜR!

Hər bir vətəndaş bilməlidir ki:
⚖️ Heç kim qanunla qorunan hüquqlarını pozmamalıdır.
🔍 Məsələn, bir vətəndaş polis tərəfindən saxlanılarsa:
✅ O, niyə saxlanıldığını bilmək haqqına malikdir.
✅ Ailəsinə və ya vəkilinə xəbər vermək hüququ var.
✅ Heç bir ifadəyə məcbur edilə bilməz.

🛑 Haqqınızı qorumaq üçün ilk addım onu TANIMAQDIR!
📚 Qanunları öyrən – hüququn sənin tərəfindədir!



🔔 Daha çox hüquqi məlumat üçün səhifəni izləməyi və paylaşmağı unutma!
📩 Sualın varsa, şərhdə və ya DM-də yaz!

📃 Hər bir müqavilə — söz deyil, hüquqi öhdəlikdir.Müqaviləni oxumadan imzalamaq, avtomobilə gözüyumulu minmək kimidir — ...
24/06/2025

📃 Hər bir müqavilə — söz deyil, hüquqi öhdəlikdir.

Müqaviləni oxumadan imzalamaq, avtomobilə gözüyumulu minmək kimidir — hara aparacağı bəlli deyil.
Əgər bir bəndi anlamırsınızsa, susmayın! Sual verin, hüquqşünasla məsləhətləşin.
Çünki imza atdıqdan sonra “bilmirdim” demək hüquqi məsuliyyətdən azad etmir.

⚖️ Unutmayın: hüquq sizi qoruyar, amma əvvəlcə siz özünüzü qorumalısınız.

📌 Pensiya yaşına çatdınız, amma pensiya ala bilmirsiniz?Bu, Azərbaycanda tez-tez rast gəlinən hüquqi problemlərdəndir. P...
21/06/2025

📌 Pensiya yaşına çatdınız, amma pensiya ala bilmirsiniz?

Bu, Azərbaycanda tez-tez rast gəlinən hüquqi problemlərdəndir. Pensiya hüququ iş stajı və sosial sığorta ödəmələri ilə birbaşa bağlıdır.

⚖️ Ən çox rast gəlinən problemlər:
– Əmək kitabçasında boşluqlar
– İşə rəsmi qəbul edilməmiş illər
– Sosial sığorta haqlarının düzgün ödənilməməsi
– Sənədlərin düzgün tərtib olunmaması

❗️Unutmayın:
🔹 Minimum 25 il sığorta stajı olmayan şəxslər yalnız sosial müavinət ala bilər
🔹 Əgər haqsızlıq varsa, şikayət və məhkəmə yolu ilə həll mümkündür!

📞 Hüquqi dəstək üçün: +994 50 855 39 93
📍 .law – Hüququnuzu tanıyın, haqqınızı alın!

👷‍♂️ Sual: Əmək müqaviləsi olmadan işləmək qanunidirmi?🔹 Cavab:Qətiyyən qanuni deyil! İşəgötürən səni işə qəbul etdikdə ...
16/06/2025

👷‍♂️ Sual: Əmək müqaviləsi olmadan işləmək qanunidirmi?

🔹 Cavab:
Qətiyyən qanuni deyil! İşəgötürən səni işə qəbul etdikdə yazılı əmək müqaviləsi bağlamağa məcburdur. Əks halda:

⚠️ Sənin:
• Sosial sığortan yatırılmır
• Əmək stajın hesablanmır
• Məzuniyyət hüququn tanınmır
• Gələcəkdə əmək mübahisələrində hüquqlarını sübut etmək çətinləşir

🔹 Qanunvericiliyə əsasən:
Əmək müqaviləsi olmadan işə cəlb edən işəgötürən inzibati məsuliyyətə cəlb edilir.



📞 Hüququn pozulub? Dəstək üçün bizimlə əlaqə saxla:
📱 +994 50 855 39 93
⚖️ Melikovs Law

📍 Melikovs Law – Hüququn Nüfuzlu ÜnvanıPeşəkar hüquqi xidmət, etibarlı yanaşma və ədalətli nəticə üçün doğru ünvandasını...
05/06/2025

📍 Melikovs Law – Hüququn Nüfuzlu Ünvanı

Peşəkar hüquqi xidmət, etibarlı yanaşma və ədalətli nəticə üçün doğru ünvandasınız.
“Melikovs Law” hüquq bürosu olaraq, müştərilərimizin hüquqlarının qorunmasını və qanun qarşısında güclü şəkildə təmsil olunmalarını təmin edirik.

📞 Əlaqə: +994 50 855 39 93
⚖️ Bizə müraciət edin – haqqınızı birlikdə qoruyaq!

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Caspian LAW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share