Vəkil Samir İsayev

Vəkil Samir İsayev Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil İsayev Samir Nadir oğlunun rəsmi səhifəsi

22/12/2024

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-cü maddəsinin şərh edilməsi barədə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə
Vəsatət
**************************

Sumqayıt Apellyasiya Məhkəməsinə 1(105)-646/2024 apellyasiya işi üzrə Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə təqsirləndiri...

20/11/2024
16/09/2023

Elektron məhkəmə sisteminin yaradılması, məhkəmə iclaslarının audio və ya video yazılarının yazılması kimi normalar prosessual məcəllərə daxil edildikdən sonra, məhkəmə iclaslarında proses iştirakçılarının audio yazı aparması üçün hakimdən icazə alma qaydası mənasız olmuşdur. Bu norma prosesual məcəllələrdən çıxarılmalıdır.

30/12/2022

Vəkilin andı:
"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm".

03/07/2021

Məhkəmələrin "elektronlaşması" və "yazılı icraata" keçirilməsinin ardınca məhkəmə iclasından sonrakı 3 gün ərzində məhkəmə iclas protokollarının, o cümlədən audio/video yazıların e-məhkəmə sistemindəki elektron kabinetə yüklənməsi təmin olunmayacaqsa, məhkəmənin yekun qərarlarının ədalətliliyini təmin etmtək mümkün olmayacaq.
Hazırkı prosessual qanunvericilik məhkəmə iclas protokollarının tərəflərə, o cümlədən vəkillərə verilməsini qadağan etmir.
Böyük əksəriyyət hallarda məhkəmə araşdırması/istintaqı başa çatanadək, o cümlədən məhkəmələr/hakimlər müşavirəyə gedənədək məhkəmə iclas protokolları hazır olmur.
Mən artıq bir müddətdir ki, məhkəmə çıxışlarından öncə məhkəmənin/hakimin müşavirədə yekun qərarı hazırlamaq üçün istifadə etməli olan yeganə sənədlə - məhkəmə islas protokolu ilə tanış olmaq barədə vəsatət vermək təcrübəsindən istifadə edirəm.
Bu vəsatətlərim əsasən təmin olunmur. Lakin hakimlərin çıxışlara qədər məhkəmə iclas protokollu tanış olmaq üçün icazə verdiyi hallar da vardır.
Oxşar vəsatət verməyi həmkarlarıma tövsiyə edirəm.

03/07/2021

İddialara görə rüsumların qaldırılmasının əsas hədəfi məhkəmələrdə yığışdırılmağa doğru meyl edən korrupsiyadan qazancı ədalət məhkəməsinə müraciət edənlərin hesabına təmin etməkdir.
Başqa izah sadəcə köpükdür, üfürəndə məhkəmə işçilərinin qazancı görünür.

03/07/2021

"Əsassız" vəsatətə görə vəkili 500 manat cəzalandırmağı hədəf qoyan məhkəmələr qanunsuz və əsassız qərarları ilə dövlətin AİHM tərəfindən ildə 0,8-1,6 mln manat "cərimələnməsi"nə nail olur. Amma bu aysberqin görünən tərəfidir. Məhkəmələrin əsassız və qanunsuz qərarlarının düzünə əks təsiri dövlət büdcəsinə/cəmiyyətə yüz milyonlarla, yanakı təsiri isə milyardlarla manata başa gəlir

03/07/2021

"Dövlət rüsumu haqqında" Qanuna təklif olunan əlavə və dəyişiklikləri əsasən ağlabatan hesab edirəm, lakin 30 manat dövlət rüsumunun mülki işlər üzrə 2000 manata (MPM-yə təklif edilən dəyişikliklərə görə 5000 manata) qədər olan iddialara (MPM-də kiçik iddialara adlanan iddialar) aid olmasını daha ədalətli hesab edirəm.

03/07/2021

MPM-nə əlavə edilməsi təklif olunan 174.5-ci maddə ilə müəyyən edilən "Məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər" prosessual normasına münasibət bildirmək istərdim.
"Açıq-aşkar əsassız vəsatət və şikayətlər" anlayışının hakimlərin diskression səlahiyyətlərirni genişləndiirəcəyi və bu baxımdan Normativ hüquqi aktlar haqqında KQ-na zidd olduğu barədə hörmətli Sahib Məmmədovun şərhini qəbul edirəm.
Lakin MPM-də diskression normaların çoxluğu bu normanın da qəbul ediləcəyini istisna etmir.
Hakimlərin artan diskression səlahiyyətlərinin ədalət mühakiməsinin keyfiyyətinə təsirini yumşaltmaq üçün hesab edirəm ki, hakimin 174.5-ci maddəyə əsasən, prosesin tərəfi, onun nümayəndəsi və ya vəkili barəsində qəbul edəcəyi qərar yalnız son məhkəmə instansiyası tərəfindən qərar qəbul edildikdən sonra icraya yönələ bilər. Hakimin diskression səlahiyyətlərdən istifadə edərək qəbul etdiyi qərar ədalət mühakiməsinin məhdudlaşdırılmasına yönəlməməlidir. Odur ki, hansısa bir instansiyada hakimin/ məhkəmənin açıq-aşkar əsassız hesab etdiyi vəsatət və ya şikayət yuxarı məhkəmə tərəfindən əsasslı kimi qəbul edilə və təmin edilə bilər. Bu halda yuxarı məhkəmə hakimin MPM-nin 174.5-ci maddəsinə əsasən qəbul etdiyi qərarı ləğv etməklə yanaşı, həmin qərarı qəbul edən hakimin diskression səlahiyyətlərdən aşıq-aşkar əsassız istifadə etməsi barədə qərar qəbul etməsi ağlabatan olar və məhkəmələr tərəfindən MPM və xüsusən təklif edilən 174.5-ci madə ilə nəzərdə tutulan səlahiyyətlərdən istifadə ilə əlaqədar sui-istifadələri məhdudlaşdırar.

2019-cü ildən etibarən Türkiyədə yeni qanunlarla yanaşı, vəkillik xidmətlərinin yeni rüsumları da qüvvəyə minib. FED.az ...
01/12/2019

2019-cü ildən etibarən Türkiyədə yeni qanunlarla yanaşı, vəkillik xidmətlərinin yeni rüsumları da qüvvəyə minib. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cəza Mühakiməsi Qanununa edilən dəyişikliklərdə müdafiə və vəkillik xidmətinin yeni qiymətləri əksini tapıb.
İlin sonunadək qüvvədə olan tariflərə əsasən, vəkillərdən şifahi məsləhət almaq 880 TL-ə (166 dollar və ya 282 manat) başa gələcək, bir saatdan sonrakı hər 15 dəqiqə üçün isə vəkilə 360 TL (68 dollar və ya 115 manat) ödəmək tələb olunacaq. Vəkillə yazılı danışmaq isə 1 740 TL-ə (328 dollar və ya 558 manat) başa gələcək. Vəkili dəvət etməklə aparılan söhbətin ilk saatı 1 380 TL-yə (260 dollar və ya 443 manat) başa gələcək, bundan sonrakı hər 15 dəqiqə üçün 430 lirə (81 dollar və ya 138 manat) ödəmək tələb olunacaq. İddia ərizəsinin yazılması isə 2 650 TL-dən (500 dollar və ya 850 manat) başlayır.
Yeni tariflərə görə, boşanmaq üçün vəkillərdən yardım istəyənlər razılıqla boşanmağa görə 6 170 TL (1164 dollar və ya 1980 manat), mübahisəli proseslər üçün isə 7 980 TL (1505 dollar və ya 2560 manat) ödəyəcəklər.
Ümumiyyətlə, bu dəyişikliklər çərçivəsində müxtəlif vəkillik xidlmətləri üçün tariflər orta hesabla 24%-25% artırılıb.
Vəkillər çəkişməli, maddi və mənəvi təzminat mübahisələrində 6 310 TL-dən az olmamaq şərtilə təzminat dəyərinin 15%-ni alacaqlar.
Bundan başqa, vəkillər aliment mübahisələrində 5 100 lirədən, nişan pozulmasından yaranan mübahisələrdə isə 6 170 lirədən az olmamaq şərtilə dava dəyərinin 15%-i alacaq.
Ağır cəza məhkəmələrində hansı qismdə iştirak etməkdən asılı olaraq vəkillər 10,5-16,6 min lirə, cəza məhkəmədərində isə 6,8-10,5 min lirə qazanacaqlar.
İcra hakimiyyətlərinə qarşı məhkəmə işlərində isə vəkilin xidmət haqqı 3 880 TL təyin edilib.
Miras, vəsiyyətnamə, müqavilələr üzrə işlərdə vəkilin xidmət haqqı 9 110 lirə olacaq. Vətəndaşlığa qəbul və ya vətəndaşlıqdan çıxarılma ilə bağlı işlər 9 510 lirəyə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət üçün göstərilən xidmətin dəyəri 20,1-27,1 min lirə arasında dəyişəcək.
Əmlak qeydləri və ya əhali qeydiyyatı ilə bağlı məhkəmə mübahisələrində vəkilin xidmətindən istifadə etmək isə 5,6-10,5 min lirə arasında dəyişəcək.
Vəkil xidmətlərinin 25% bahalaşmasına baxmayaraq, Türkiyənin bəzi vəkil təşkilatları artımların kifayət qədər olmadığını və daha da yüksəlməsinə ehtiyac olduğunu bildirirlər.
Müqayisə üüçün bildirək ki, Azərbaycanda vəkil xidmətlərinin aşağı həddi Türkiyədə olduğu kimi mərkəzləşmiş şəkildə müəyyən edilmir. Amma analoji vəkil xidmətlərinin qiyməti Türkiyədəkindən 4-5 dəfə aşağıdır.

Fed.az (Finance, Economics, Development)

Address

Yasamal, Həsən Bəy Zərdabi Küç. , Ev 77a, Mənzil 17
Baku
AZ1122

Alerts

Be the first to know and let us send you an email when Vəkil Samir İsayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vəkil Samir İsayev:

Share

Category