Hüquqşünaslar

Hüquqşünaslar Hüquqi məsləhət

18/08/2026

Birgə əmlak tələbi üzrə mübahisə mediasiyada necə həll oluna bilər?

Aliment mübahisəniz varsa yazın.
17/08/2026

Aliment mübahisəniz varsa yazın.

16/08/2026

Münaqişələrin həllində mediasiyanın rolu nədən ibarətdir?

14/08/2026
İnzibati orqanlar, yəni dövlət qurumları qarşılıqlı razılıq əsasında məhkəməyə getmədən aralarında yaranmış mübahisəni m...
14/08/2026

İnzibati orqanlar, yəni dövlət qurumları qarşılıqlı razılıq əsasında məhkəməyə getmədən aralarında yaranmış mübahisəni mediasiya vasitəsilə həll edə bilərlər.

01/08/2026

Bu hallarda valideynlik hüququndan məhrum oluna bilərsiniz...

31/07/2026

Kiminsə kreditinə zamin durmaq sizin əmlakınız üçün təhlükəlidir.

Nazirlər Kabineti "Qazdan istifadə Qaydaları"nı təsdiq edib.  Həmçinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi ha...
10/07/2026

Nazirlər Kabineti "Qazdan istifadə Qaydaları"nı təsdiq edib. Həmçinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ləğv edilib.

Yeni Qaydalara görə, istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Əsas dəyişiklik bundan ibarətdir ki, 2011-ci il qaydaları əsasən "Azəriqaz–abonent" münasibətlərini tənzimləyirdi, 2026-cı il qaydaları isə rəqabətə əsaslanan yeni qaz bazarı modelini tənzimləyir. Bu model 2025-ci ildə qəbul edilmiş "Qaz təchizatı haqqında" Qanunun icrası üçün hazırlanıb.

Ləğv edilmiş 2011-ci il Qaydaları ilə yeni Qaydalar arasında ən mühüm fərqlər bunlardır:

1. Artıq qazı satan və qazı çatdıran eyni subyekt olmaq məcburiyyətində deyil. Yeni qaydalarda pərakəndə satıcı qazı satır, qazpaylayıcı sistem operatoru isə qazı şəbəkə ilə çatdırır. Onların hüquq və vəzifələri ayrılıb.

2. Sabit tarif tətbiq olunur. Əvvəlki qaydalarda belə anlayış yox idi. Yeni qaydalarda istehlakdan asılı olmayan aylıq sabit tarif nəzərdə tutulur.

3. Müqavilə münasibətləri tam yenidən qurulub. Kimlə müqavilə bağlanır, hansı sənədlər təqdim olunur, hansı müddətlər tətbiq edilir – hamısı detallı şəkildə tənzimlənib.

4. Elektron xidmətlər əsas mexanizmə çevrilib. Müraciətlər, məlumat mübadiləsi və sənədləşmə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aparılacaq.

5. Bazar iştirakçılarının səlahiyyətləri ayrılıb. Əvvəlki qaydalarda bu qədər detallı bölgü yox idi. İndi pərakəndə satıcı, topdan satıcı, qaz nəqli operatoru, qazpaylayıcı operator və istehlakçının hüquq və vəzifələri ayrıca müəyyən edilib.

Ümumiyyətlə, əgər əvvəlki Qaydalar mövcud qazpaylama sisteminin işləmə qaydalarını müəyyən edirdisə, yeni qaydalar liberal qaz bazarının hüquqi əsaslarını yaradır. Bu səbəbdən dəyişikliklər təkcə texniki və ya prosedur xarakterli deyil, bütün sistemin təşkilinə aiddir. .gore

20/02/2026

Hərbi bileti itirən və ya korlayan vətəndaşı nə gözləyir?

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Hüquqşünaslar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hüquqşünaslar:

Shortcuts

Share

Category