Milli Hüquq Evi hüquqi və ədalətli cəmiyyətin formalaşmasını əsas hədəf bilir.
MHE-nin Tədris-İş Mərkəzinin yaradılmasında əsas məqsəd vətəndaşların hüquqi maarifləndiriməsini, onların baza biliklərinin artırılmasından, imkansız və ehtiyacı olanlara hüquqi, psixoloji və insani yardım göstərməkdən ibarətdir. Gənc hüquqşünaslarımızın təcrübə keçmələri üçün peşəkar və savadl hüquqşünasların ictimai əsaslarla təlim və seminarların keçirilməsi nəzərdə tutulur.
29/03/2023
Bu gün Milli Hüquq Evinin rəhbəri, yüzlərlə gəncin təhsilində inkişafına töhvə vermiş gözəl insan Nicat müəllimin ölümündən 2 il ötür.
Dərin hörmət və ehtiramla anırıq!
Allah rəhmət etsin. Ruhu şad olsun!
Ramid Ağayev
23/04/2022
22.04.2022-ci il tarixində Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar növbəti müsabiqə elan edilmişdir. Hazırlaşmaq istəyən namizədlər əlaqə saxlaya bilər. Dərslər həftədə üç dəfə keçirilir. Ətraflı məlumat əldə etmək üçün 051 226 26 53 nömrəsi ilə əlaqə saxlaya və ya səhifənin mesaj bölməsinə yaza bilərsiniz.
10/04/2022
Hörmətli həmkarlar.
17.04.2022-ci il tarixində ədliyyə orqanlarına, vəkilliyə, hakimliyə və prokurorluq orqanlarına qəbulla bağlı növbəti sınaq imtahanı keçiriləcəkdir.Sınaq imtahanında iştirak etmək istəyən namizədlər səhifənin mesaj bölməsinə yazaraq və ya 051 226 26 53 nömrəsi ilə əlaqə saxlayaraq əlavə məlumat əldə edə bilərlər.
Ünvan: Bakı şəhəri, Nəsimi ray., Mirəsədulla Mirqasımov küçəsi 29, Azərbaycan Universitetinin yanı.
29/03/2022
Hörmətli həmkarlar.
Ədliyyə orqanlarına yaxın zamanda keçirilməsi planlanan imtahanda iştirak etmək istəyən namizədlər üçün 03.04.2022-ci il tarixində sınaq imtahanı təşkil ediləcək. Sınaq imtahanında iştirak etmək istəyən namizədlər səhifənin mesaj bölməsinə yazaraq və ya 051 226 26 53 nömrəsi ilə əlaqə saxlayaraq əlavə məlumat əldə edə bilərlər.
Ünvan: Bakı şəhəri, Nəsimi ray., Mirəsədulla Mirqasımov küçəsi 29, Azərbaycan Universitetinin yanı.
25/03/2022
Hörmətli həmkarlar.
Ədliyyə orqanlarına yaxın zamanda keçirilməsi planlanan imtahanda iştirak etmək istəyən namizədlər üçün 27.03.2022-ci il tarixində sınaq imtahanı təşkil ediləcək. Sınaq imtahanında iştirak etmək istəyən namizədlər səhifənin mesaj bölməsinə yazaraq və ya 051 226 26 53 nömrəsi ilə əlaqə saxlayaraq əlavə məlumat əldə edə bilərlər.
Ünvan: Bakı şəhəri, Nəsimi ray., Mirəsədulla Mirqasımov küçəsi 29, Azərbaycan Universitetinin yanı.
24/03/2022
Hörmətli həmkarlar.
27.03.2022-ci il tarixində ədliyyə orqanlarına, notariata, vəkilliyə və hakimliyə qəbulla əlaqədar sınaq imtahanı təşkil olunacaq. İmtahan sualları qəbul imtahanına uyğun hazırlanır. Sınaq imtahanında iştirak etmək istəyən namizədlər səhifənin mesaj bölməsinə yazaraq və ya 051 226 26 53 nömrəsi ilə əlaqə saxlayaraq əlavə məlumat əldə edə bilərlər.
Ünvan: Bakı şəhəri, Nəsimi ray., Mirəsədulla Mirqasımov küçəsi 29.
29/01/2022
Vəkillər Kollegiyasına, hakimliyə, prokurorluq və ədliyyə orqanlarına hazırlıqlarımız davam edir. Dərslər hal-hazırda online qaydada həyata keçirilir.Mart 10-dan etibarən yeni qrupla hazırlıqlar başlayacaq.
Bundan əlavə, martın 6-da Vəkillər Kollegiyasına qəbul imtahanında iştirak edəcək namizədlər intensiv surətdə keçirilən təkrar dərslərə qoşula və qəbul imtahanına uyğun hazırlanmış hər biri 100 sualdan ibarət çoxsaylı sınaq testlərini işləyə bilərlər.
Əlavə məlumat üçün 051 226 26 53 nömrəsi ilə əlaqə saxlaya və səhifənin mesaj bölməsinə yaza bilərsiz.
29/03/2021
Bu gün dəyərli müəllim, hüquqşünas Nicat Gözəlov haqq dünyasına qovuşdu. Yaşadığı dövürdə cəmiyyətimizin inkişafı və gənclərimizin maariflənməsi eləcə də çox istedadlı və bilikli hüquqşünasların yetişməsi üçün çalışmışdır.
Məhz bu məqsədlə o Azərbaycanda ilk dəfə Milli Hüquq Evini yaratdı və gəncləri, xüsusilə inkişaf etmək, öyrənmək istəyən gəncləri başına topladı onlara sözün əsl mənasında Müəllim və Dost Qardaş oldu. Təmənnasız olaraq xalq və millət üçün çalışdı!
Çox təəsüf ki artıq o aramızda yoxdur. Amma biz gənclər onu sevən insanlar olaraq cəmiyyətimizin inkişafı gənclərin maariflənməsi yolunda çalışdıqca əminəm ki onun ruhu şad olacaqdır!
Bilməzdim ki, bugün bu səhifədə bu xəbəri vermək məcburiyyətində olacam.
Ruhun şad olsun Müəllim!
Biz səni heçvaxt unutmayacağıq!
Böyük hörmət və ehtiramla
Ramid Ağayev
17/03/2021
Minnətdarıq, qürurluyuq! Davamlı olsun!
17/03/2021
Adı gələndə, dəstəsinin bölgədə olması xəbərini alanda düşmən siçan deşiyi axtarırdı.
Vətən oğlu Rövşən Cavadovun anım günüdür!
Azərbaycan oğlu, Ağdərə və Horadiz əməliyyatlarında zəhməti danılmaz olan, Müstəqillik və Dövlətçilik sevgisini aşılayan, keşiyində dayanan İnsan!
Rusiya KQB-si, erməni lobbisi və yerli xainlərin böyük zəhməti nəticəsində ağsaqqalı bildiyi Prezident Heydər Əliyevlə arasını qarışdıranların bəziləri hələ də vəzifələrdə qalıblar, bəziləri də müxalifət lideri olublar. Allah onlara 1000 lənət etsin! Allah Surət Hüseynova da ayrılıqda 2000 lənət etsin!
12/03/2021
44 günlük müharibədə ən çox itkimiz (şəhidlər və yaralılar) düşmənin snayperlərindən (kəskin nişancı) və minaatanlarından olub, bu dəqiqdir.
Yəqin ki, 2882 Şəhidimdən ən azı 282-ni o snayper qadın öldürüb. 12000 qazimdən ən azı 100-nü o qadın yaralayıb, indi də haqq-hesabını alıb, mışıl-mışıl yatağında yatır, ölənlərimizə və qalanlarımıza istehza edir.
Hücumda olduğu halda, mənim şəhid olmuş XTD-nin döyüşçüm snayper tüfəngi ilə 20 günə 93 düşməni məhv edə bilmişdisə, pusquda yatan düşmən snayper qrupunun bizə nə qədər itki verməsini təsəvvürünüzə gətirin.
Snayper məktəbi böyük məktəbdir. Qrup daxilində fəaliyyət düşmənin canlı qüvvəsinə daha böyük ziyan vura bilir.
Ancaq 2007-də snayper məktəbini bizdə bağlamışdılar. Kim etdi, nə səbəbdən edilib, bu ayrı mövzudur.
11/03/2021
Fikrimcə, Azərbaycanda və dünyada qızlarımız üçün bir nümunə, kumir Aytəkin kimi qızlarımız olmalıdır. Qürur duyuram, fəxr edirəm! "Kamaz" yük maşını vurandan, ağır cərrahi əməliyyatlardan sonra psixoloji durumu onu intihar barədə düşünməyə çağırarkən o bunu etmədi, əksinə, yaşadı, Asəf müəllimin (Асеф Меликов) çağırışına səs verdi, qılıncoynadan oldu, Bayrağımızı yarışlarda qaldırdı, ailə qurdu. Xoşbəxtliyin əbədi olsun, Aytəkin! https://fanat.az/az/intiharin-esiyinden-dnub-dunya-shretli-idmanciya-cevrilen-aytekinin-tarixcesi-fotolar/
Be the first to know and let us send you an email when Milli Hüquq Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
MƏQSƏDİMİZ! Milli Hüquq Evinin əsas məqsədi vətəndaşların hüquqi maarifləndiriməsini, onların baza biliklərinin artırılmasını, imkansız və etiyacı olanlara hüquqi, psixoloji və insani yardım göstərməkdir.
MƏRAMIMIZ! Gənc hüquqşünaslarımızın təcrübə keçmələri üçün peşəkar vəkil və hüquqşünasların ictimai əsaslarla təlim və seminarların keçirilməsinin, həmçinin vəkilliyə, prokurorluq, dövlət qulluğu və digər sahələrə hazırlıqların təşkili nəzərdə tutulur. Gənclərin tanınmış simalarla görüşləri və çay söhbətləri olacaq.