Ramil Valiyev

Ramil Valiyev hüquqi yardım, vəkil xidmətləri

12/10/2025
Vərəsələr mirası notarial qaydada vərəsəlik şəhadətnaməsi və ya daşınar əmlakları faktiki qəbul etdikləri halda borc öhd...
25/02/2025

Vərəsələr mirası notarial qaydada vərəsəlik şəhadətnaməsi və ya daşınar əmlakları faktiki qəbul etdikləri halda borc öhdəlikləri də onlara yönəldilə bilər. Amma vərəsə qəbul etdiyi mirasın dəyərindən çox öhdəlik daşımır.
Bundan başqa birgə nikah dövründə əldə edilmiş əmlakın da ölən şəxsə aid pay hissəsinə iddia qaldırıla bilər.
Ölən şəxsin övladları, qohumları hər hansı mirası qəbul etmədikləri halda kredit və digər borc öhdəlikləri onlardan tələb oluna bilməz.

04/11/2024
Özəl şirkətlər bina tikintisi üçün vətəndaşın daşınmaz əmlakını məcburi ala bilməz. 2018-ci ilə qədər Pilot layihələr mö...
25/05/2024

Özəl şirkətlər bina tikintisi üçün vətəndaşın daşınmaz əmlakını məcburi ala bilməz. 2018-ci ilə qədər Pilot layihələr mövcud olmuşdur. Lakin Nazirlər Kabinetinin 86 saylı qərarında da qeyd edilmişdir mülkiyyətçi ilə razılaşdırılmaqla söküntü işləri aparıla bilər.

Vətəndaşın razılığı olmadan fərdi yaşayış evinin, məznilin sökülməsi qəsdən əmlakı məhv etmə hesab edilir və cinayət məsuliyyəti yaradır.

Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ancaq dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə qabaqcadan dəyəri ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərardadı ilə anaya hər həftənin 5-ci günü ünsiyyət hüququ veril...
10/05/2024

Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərardadı ilə anaya hər həftənin 5-ci günü ünsiyyət hüququ verilmişdir. Lakin 1 ildən çox müddət ərzində uşaqlar ünsiyyətdə olmaq istəməmişlər. Buna baxmayaraq, hər həftə uşaqlar icra şöbəsinə aparılır və psixoloji travma yaranmasına səbəb olunur. Bu halda 1. icra məmuru icra sənədinin icrası mümkün olmayan sənəd kimi qaytarmalıdır. 2. Valideyn uşaqların onunla ünsiyyəti istəməməsini başa düşüb, övladlarına travma yaratmaqı dayandırmalıdır.

Uşaqla ünsiyyət valideyn üçün deyil, uşaqların normal inkişafı, dünya görüşü üçün verilir. Lakin əksinə təsir edirsə, bu uşaqların hüquqlarının pozulmasıdır.

AR CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf v...
30/04/2024

AR CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.
Lakin böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.

“Patrul.az” mediya şirkətinin rəhbəri Səməndər Niftəliyev barəsində 12 sentyabr 2022-ci il tarixdə Baş prokuror yanında ...
28/12/2023

“Patrul.az” mediya şirkətinin rəhbəri Səməndər Niftəliyev barəsində 12 sentyabr 2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.3-cü maddələri ilə cinayət işi başlanaraq, baxılması üçün aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaq 1 ildən çox çəkmişdir.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il fərmanı öz nəticəsini vermiş, hakimlərin müstəqilliyinin təmin edilmiş, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılmışdır. Belə ki, ədalətli məhkəmə araşdırılması aparılaraq, Səməndər Niftəliyevin təqsirliyi sübut edilmədiyindən Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev tərəfindən bəraət hökmü çıxarılmışdır.

Address

Çinar Plaza
Baku

Telephone

+994504405740

Website

Alerts

Be the first to know and let us send you an email when Ramil Valiyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ramil Valiyev:

Share