Samir Hüseynzadə

Samir Hüseynzadə Vəkil Samir Hüseynzadə

19/03/2022

Арнольд Шварценеггер о путинской дезинформационной пропаганде (фрагменты): "Мир отвернулся от России из-за российских действий в Украине. По обе стороны войны страдать будут те, кто этого не заслуживает. Российское правительство лжёт не только своим гражданам, но и своим солдатам. Российские солдаты столкнулись с отчаянным сопротивлением украинцев, которые хотят защитить свои семьи и свою страну - это факт. Это незаконная война. Ваши жизни, ваши конечности жертвуются ради бессмысленной войны, которую осуждает весь мир. А властей в Кремле я хочу спросить: почему вы жертвуете этими молодыми людьми РАДИ СВОИХ АМБИЦИЙ ? Я знаю, что российский народ не в курсе о том, что сейчас происходит. Я призываю российский народ и российских солдат в Украине понять, что всё это - пропаганда и дезинформация. А президенту Путину я скажу: Вы начали эту войну, Вы ведёте эту войну, Вы можете остановить эту войну. 🇦🇿 🇺🇦


#україна #война #войнаукраина #войнанаукраине #войнавукраине #нетвойне #украина #вторжение #русскиймир #путин #війна #зеленский #арнольдшварценеггер #шварцнегер

İmmunitetə sahib olan vətəndaşlara immunitet sertifikatının verilməməsi hüquqa ziddir. Belə bir halla qarşılaşmış hər bi...
20/11/2021

İmmunitetə sahib olan vətəndaşlara immunitet sertifikatının verilməməsi hüquqa ziddir. Belə bir halla qarşılaşmış hər bir şəxs bilməlidir ki, onun immunitet sertifikatını tələb etmək hüququ vardır. Covid-19 immunitet sertifikatı, adından da göründüyü kimi, şəxsin bu xəstəliyə qarşı immunitetə sahib olduğunu təsdiq edən bir sənəddir. Covid-19 xəstəliyinə yoluxmuş, lakin hər hansı səbəbdən rəsmi qeydiyyata alınmamış (PZR testinin nəticəsi neqativ çıxmış, tənəffüs yollarından test nümunəsi götürülməmiş və sair) şəxsin orqanizmində kifayət qədər immunitetin yarandığı və mövcudluğu müasir tibbi analizlər nəticəsində öz təsdiqini tapırsa (misal üçün, İgG İFA üsulu ilə), ona immunitet sertifikatının verilməsi mütləqdir. Lakin hazırda bunun əksi müşahidə olunur – immunitet sertifikatı yalnız “COVID-19 xəstəliyini keçirmiş, yəni bununla bağlı verilmiş PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslərə” verilir. PZR nəticələrinin və xəstəliyə yoluxmuş şəxslərin uçotunu aparan qurumlar – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB, immunitetin mövcudluğunu təsdiq edən alternativ tibbi analizlərin nəticələrini qəbul etməli, immunitetə sahib olan bütün şəxsləri qeydiyyata almalı və onlara immunitet sertifikatı verilməsini təmin etməlidirlər. Məgər adıçəkilən qurumların rəhbərlikləri davam edən bu yolverilməz halın vətəndaşların bərabərlik və azadlıq kimi Konstitusiya hüquqlarını pozduğunu bilmirlərmi ?

P.S. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığım sorğu nə həmin Agentlik, nə də TƏBİB tərəfindən bugünə qədər cavablandırılmamışdır. Araşdırmalar davam edir.

Kimlərə və niyə İMMUNİTET SERTİFİKATI verilmir.Dünən bunun cavabını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yazıl...
13/11/2021

Kimlərə və niyə İMMUNİTET SERTİFİKATI verilmir.

Dünən bunun cavabını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yazılı formada aldım. Cavabdan sitat: “... immunitet sertifikatını COVID-19 xəstəliyini keçirmiş, yəni bununla bağlı verilmiş PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər” əldə edirlər.
Bu paradoksal şərtlərin açıqlamasını vətəndaşlarla bölüşməliyəm: Covid-19 xəstəliyinə yoluxmuş, lakin hər hansı səbəbdən rəsmi qeydiyyata alınmamış (PZR testinin nəticəsi neqativ çıxmış, tənəffüs yollarından test nümunəsi götürülməmiş və sair) şəxsin orqanizmində immunitet mövcud olsa belə, ona immunitet sertifikatı verilmir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB hesab edirlər ki, belə şəxslərə immunitet sertifikatı verilə bilməz. Lakin adıçəkilən qurumlar bunun səbəb və hüquqi əsaslarını göstərmirlər. Səhiyyə Nazirliyinin saytında da problemin izahına rast gəlmədim. Güman edirəm, tətbiq olunan paradoksal şərtlərin hüquqi əsasları sadəcə yoxdur.
Agentlik və TƏBİB-in yanaşmasını qanunsuz hesab etdiyimə görə bu qurumlara rəsmi sorğu hazırlamışam. Mövzunu davam etdirəcəyəm.

P.S. təsvir olunan problemlə rastlaşmısınızsa, İTSDA və ya TƏBİB-dən bənzər cavab almısınızsa, şərhlərdə qeyd edib bu postu paylaşın ki, hüquqları pozulmuş şəxsləri müəyyən edək.

Vəkillər Kollegiyasında “Elektron sənəd dövriyyəsi sistemi”nin yaradılacağı ilə bağlı mətbuatda yer almış xəbərə çox sev...
11/06/2019

Vəkillər Kollegiyasında “Elektron sənəd dövriyyəsi sistemi”nin yaradılacağı ilə bağlı mətbuatda yer almış xəbərə çox sevindim. Təqdirəlayiq bir layihədir. Bu sahədə boşluqların köklü şəkildə aradan qaldırılmasını təmin edəcək bir sistem olacağını hesab edirəm. Bənzər sistemin yaradılması haqqında təklifimi 2017-ci ilin dekabr ayında təqdim etmişdim :

https://www.e-huquq.az/az/news/vekillik/1339.html
11/06/2019

https://www.e-huquq.az/az/news/vekillik/1339.html

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

VRTS çəkilişlər ...Hazırlıqlar davam edir ...
09/06/2019

VRTS çəkilişlər ...
Hazırlıqlar davam edir ...

VK - MP İşçi Qrupunun 16.05.2019 tarixli iclası.
02/06/2019

VK - MP İşçi Qrupunun 16.05.2019 tarixli iclası.

Mülki prosessual qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Vəkillər Kollegiyasının təkliflər hazırlayan İşçi Qrupunu...
02/06/2019

Mülki prosessual qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Vəkillər Kollegiyasının təkliflər hazırlayan İşçi Qrupunun 04.05.2019 tarixli iclası.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Samir Hüseynzadə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samir Hüseynzadə:

Share