Vəkil Rafiq Alışov

Vəkil Rafiq Alışov VƏKİL XİDMƏTLƏRİ

08/09/2025
Bu gün 17 aprel Füzuli rayonunun şəhidi Nurəddin Alışovun şəhadətə qovuşmasının 31-ci ilidir.Allah bütün şəhidlərimizə r...
17/04/2024

Bu gün 17 aprel Füzuli rayonunun şəhidi Nurəddin Alışovun şəhadətə qovuşmasının 31-ci ilidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin

28/10/2022

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Vəkillər Kollegiyasının üzvləri üçün təlimin təşkil edilməsi nəzərdə tutulmuşdur.

04, 05 noyabr / 10, 11 noyabr / 16, 17 noyabr / 21, 22 noyabr / 23, 25 noyabr / 28, 29 noyabr tarixlərində - ümumilikdə, 6 qrup olmaqla təlim təşkil ediləcəkdir.

Qeyd 1: Hər qrupda 20 nəfər vəkil olacaq;
Qeyd 2: Hər qrup üçün 2 yarımgünlük təlim keçiriləcəkdir.

Məkan: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi;
Təlimçi: Vəkillər Kollegiyasının üzvü Rafiq Alışov.

Təlimdə iştirak etmək arzusunda olan vəkillər aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/fHmBYZJcVB8hvSY98

Təlim proqramı ilə aşağıda qeyd edilən link vasitəsi ilə tanış ola bilərsiniz:
https://bit.ly/3TpkNg5

Əlaqələndirici şəxs - Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)

Artıq yeni qaydalara əsasən işə götürən əmək müqaviləsini istədiyi kimi tərtib edə bilməyəcək. Lakin əsas problemli məsə...
27/06/2020

Artıq yeni qaydalara əsasən işə götürən əmək müqaviləsini istədiyi kimi tərtib edə bilməyəcək.
Lakin əsas problemli məsələ işə girmək istəyən şəxslərin tələm-tələsik əmək müqaviləsinə imza etməsindədir.
Hörmətli vətəndaşlar işə qəbul olunarkən əmək müqaviləsini tələb edin və oxumadan əmək müqaviləsini imzalamayın.
Yox əgər əmək müqaviləsini oxuyub başa düşə bilmirsinizsə, orada yazılanların izahını almaq üçün hüquqşünaslara, vəkillərə müraciət edin.
Unutmayın məsləhətli don gen olar və yandırmaz.

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqavil

Hüquqların ictimai müdafiəsi davam edir.
22/04/2020

Hüquqların ictimai müdafiəsi davam edir.

Üç gündür apardığım hüquqi mübarizənin nəticəsində polisin və prokurorluğun həbs etmək istədiyi, cinayət törətməkdə təqs...
01/06/2019

Üç gündür apardığım hüquqi mübarizənin nəticəsində polisin və prokurorluğun həbs etmək istədiyi, cinayət törətməkdə təqsirləndirilən uşağı məhkəmə təqdimatı rədd edərək, həbs etmədi.
Təsəvvür edin ki bu gün "01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"dür. Uşaqlar üçün əlamətdar olan bu gündə istintaq orqanı uşağın həbs edilməsi üçün məhkəməyə təqdimat verdi. (Yerli və milli uşaq müdafiəsinə dair qanunvericiliyi diqqqətə çatdırdım, xeyri olmadı, təmsildə deyildiyi kimi xasiyyətim budur deyimi). Nəisə ki, hakimin qərarı ilə ədalət təcəlli etdi sonunda.

04/04/2019

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
03 aprel 2019-cu il tarixli Fərmanında Vəkillər Kollegiyasına iki tövsiyyə verilmişdir.
Bunlardan birincisi 4. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək.
İkincisi 9. Vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsidir.
Birinci tövsiyyə ilə bağlı onu qeyd edim ki, vəkillərin hüquq sahələri və mübahisə predmetləri üzrə üzrə ixtisaslaşmasının labüdlüyü ortaya çıxır. Lakin bundan ilk öncə məhkəmələrin və xüsusən də hakimlərin sahələr üzrə ixtisaslaşması daha səmərəli olardl. Məsələn xarici ölkələrdə ayrıca ailə məhkəmələri, uşaq məhkəmələri, iqtisadi mübahisələr üzrə ixtisaslaşmış məhkəmələr fəaliyət göstərir. Bir rayon Məhkəməsiin hakimi həm əmlak mübahisələrin baxır, həm uşaq mübahisələrinə baxır, həm cinayət işinə baxır və digər müxtəlif hüquq sahələrinə aid mübahisələrə baxır. belə olan halda həmin mübahisən icraatının effektivliyindən, ədalətli həllindən söhbət gedə bilməz. Məhkəmələr və hakimlər hüquq sahələri üzrə ixtisaslaşanda vəkillər də ixtisaslaşacaq və məhkəmə icraatı daha səmərəli və effektli olacaqdır.
İkinci tövsiyyə hakimlər və istintaqçılarla alış-veriş münasibətləri barədədir ki, bu da ilk növbədə cəmiyyətin, insanların məhkəmələrə, cinayət təqibini həyata keçirən təhqiqat və istintaq orqanlarına inamının gücləndirilməsidir. Bir vətəndaş məhkəməyə çıxanda inanmalıdır ki, dövlət adından qərar verən hakim onun işinə tərəfsiz və ədalətli və qanun əsasında baxacaqdır, cinayət rörətməkdə şübhəli və təqsirləndirilən şəxs və onun yaxınları inanmalıdırlar ki, cinayət təqibini həyata keçirən orqan hansısa vətəndaşın üzünə yalançı hal-şahidi durquzmayacaq, cibinə narkotik vasitə atdırmayacaq, istintaq olunan şəxsə təqsiri etiraf etdirmək üçün işgəncə verilməyəcək.
İsanlar və cəmiyyət vəkilə müraciət edəndə vəkilin biliyinə, qüdrətinə inanacaq, vəkilin sözünün, qanuni tələblərinin məhkəmələrdə və hüquq mühafizə orqanlarında təmin olunacağına və kəsərli olacağına inanacaq.
Fərmanda hakimlərin maddi təminatı məsələsi də öz əksini tapmışdır, əgər hakimin və istintaq orqanlarında çalışanların maddi təminatı yüksək səviyyədə (təbii ki, Miami Beach-də və ya Teymur Əliyev kçəsində villa almaq səviyyədə deyil) təmin olunarasa qeyri-prosessual münasibətlərə səbəb verən hallar biraz aradan qalxmış olar.
Qeyri-prosessual münasibətləri ən çox istəməyən vəkillərdir və hər bir vəkil istəyir ki, ona müraciət edən şəxs pulunu hakimə, müstəntiqə deyil vəkilə verməyi üstün tutsun ki vəkillər onları qayğısız və keyfiyyətli müdafiə etsinlər.

31/12/2018

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində deyilir ki, " İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".
2019-cu ildə Dövlətimizin Konstitusiyanın 12-ci maddəsində təsbit edilmiş ali məqsədinə nail olmağını, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsini arzu edirəm.
Konstitusiyanın 25-ci maddəsinin I bəndində deyilir ki, "Hamı qanun və məhkəmə qarşısında bərabərdir".
2019-cu ildə hər kəsin qanun və məhkəmə qarşsında bərabərliyinin təmin olunmasında bütün səlahiyyətli orqanların. o cümlədən biz vəkillərin var qüvvəsi ilə fəaliyyət göstərməklərini arzu edirəm.
2019-cu il hüqui islahatlar ilidir və bu islahatların həyata keçirilməsində biz vəkillərin üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, bütün vəkillər bu şərəfli məsuliyyətin öhdəsindən gələcək.

23/12/2018

2019-cu il yanvarın 1-dən etibarən uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil edəcək. Bu o deməkdir ki, bir uşaq üçün alimentin miqdarı 160 manat olacaq.
Hələ ki, uşaqlar üçün minimum yaşayış həddi dedikdə ancaq məhkəmələrdə aliment tutulması miqdarı başa düşülür.

Address

S. S. Axundov 36
Baku
AZ1130

Telephone

+994502127378

Website

Alerts

Be the first to know and let us send you an email when Vəkil Rafiq Alışov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vəkil Rafiq Alışov:

Share