Legalcarebaku Hüquqi Dəstək

Legalcarebaku Hüquqi Dəstək �hüquqi konsultasiya, iddia ərizələri, müraciətlər�
�əmək münasibətlərinə dair h?

🌍 Fərqli hüquq sistemlərinə baxış bəzən çox şey izah edir.
Xüsusilə də kommersiya mübahisələrində sübutların necə təqdim...
09/02/2026

🌍 Fərqli hüquq sistemlərinə baxış bəzən çox şey izah edir.
Xüsusilə də kommersiya mübahisələrində sübutların necə təqdim edilməsi məsələsində.
🇺🇸Bu dəfə ABŞ məhkəmə təcrübəsində geniş istifadə olunan bir mexanizmə qısa nəzər salmaq istədim — praktikada çox sadə, amma hüquqi nəticələri olduqca ciddi olan bir mexanizmə.
ABŞ məhkəmə praktikasında kommersiya mübahisələri zamanı tez-tez rast gəlinən vəziyyətlərdən biri kreditorun borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi zamanı
borcun mövcudluğunu və məbləğini sübut etmək üçün həmdə affidavit (andlı bəyanat) təqdim etməsidir.
Affidavit bu prosesdə əvəzləyici sübut sənədi kimi çıxış edir, yəni faktları təsdiqləyən, and içilmiş və notarial qaydada rəsmiləşdirilmiş yazılı bəyanatdır. Əksər hallarda bu sənəd canlı şahid ifadəsini əvəz edir.
Affidavit vasitəsilə təsdiqlənir ki:
·       borc mövcuddur,
·       borcun məbləği düzgündür,
·       sənədlər şirkətin adi biznes fəaliyyəti çərçivəsində aparılıb,
·       ödənişlər və mümkün güzəştlər artıq nəzərə alınıb.
Bu mexanizm ABŞ mülki və kommersiya hüququnda çox geniş istifadə olunur və məhkəməyə:
·       faktları tez qiymətləndirməyə,
·       prosesi sürətləndirməyə,
·       sübut yükünü aydınlaşdırmağa imkan verir.

Address

Baku
AZ-1022

Website

Alerts

Be the first to know and let us send you an email when Legalcarebaku Hüquqi Dəstək posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Legalcarebaku Hüquqi Dəstək:

Shortcuts

Share

Category