vekil_elnur_kazimov

vekil_elnur_kazimov Vəkillər Kollegiyasının üzvü Elnur Kazımovun rəsmi səhifəsi

İSO 19600 və İSO 37301 Komplayens İdarəetmə Sistemləri Standartı üzrə ilk sertifikat. Növbəti hədəf İSO 37301 Standartı ...
17/05/2026

İSO 19600 və İSO 37301 Komplayens İdarəetmə Sistemləri Standartı üzrə ilk sertifikat.
Növbəti hədəf İSO 37301 Standartı üzrə bilikləri daha da təkmilləşdirməkdir.

Sadəcə "sabahdan işə gəlmə" dedilər?Bəs Sizcə bu qanunidir?
01/05/2026

Sadəcə "sabahdan işə gəlmə" dedilər?
Bəs Sizcə bu qanunidir?

“Mənzili aldınız, amma hələ də yoxdur?”Müasir həyatımızda vətəndaşlarımızdan ən çox eşitdiyim cümlələrdən biri də :MTK-d...
29/04/2026

“Mənzili aldınız, amma hələ də yoxdur?”

Müasir həyatımızda vətəndaşlarımızdan ən çox eşitdiyim cümlələrdən biri də :
MTK-dan mənzil aldım, 2 ildən çox müddət keçib amma hələ də təhvil verilmir.
Top 5 risk:
1.Mənzil almısınızsa, müqaviləni yoxlatmamısınızsa — artıq riskdəsiniz.
2.Tikinti şirkətləri müqaviləni sizin deyil, həmişə öz xeyrinə yazır.
3.“Vaxtında təhvil veriləcək” — ən bahalı vədlərdən biridir.
4.Kağızda 100 kv.m, reallıqda daha az — bu artıq klassik haldır.
5. Əmlak müqaviləsində bir boşluq sizə minlərlə manata başa gələ bilər.
Bir situasiya:
Müqaviləyə görə mənzil 24 ay ərzində təhvil verilməli idi amma 36 ay keçməsinə baxmayaraq tikinti davam edir. Müştəri isə nə mənzil ala bilir, nə də kompensasiya.
Digər klassik hal:
Müqavilədə mənzilin sahəsi 100 kv.m yazılıb. Faktiki olaraq isə daha az sahə təqdim olunur. Üstəlik MTK mənzili sizə satanda və sizdən geri alanda fərqli sahə və qiymətlə hesablama aparır.
Bəs problem haradadır?
Müqavilələr çox vaxt qeyri-müəyyən və birtərəfli, əsasən də MTK-nın xeyrinə olur.
Reallıq isə ondadır ki, Müqavilə sizi qorumursa, problem qaçılmazdır. İnsanlar müqaviləni oxumadan və ya 300-400 min manat pul ödədiyi mənzilin alqı-satqı müqaviləsini xəsislik edərək peşəkar hüquqi məsləhət almadan imzalayır, problem yarananda isə artıq qatar getmiş olur və daha böyük ziyana düşür.
Hörmətli izləyicilər,
Əmlak alqı-satqı müqaviləsini imzalamadan əvvəl onu yoxlatmaq istəyirsinizsə — sənədi göndərin, riskləri qısa şəkildə qeyd edim.

Son 1 ilin məhkəmə praktikasına baxanda maraqlı bir pattern görünür:İnzibati işlərin böyük hissəsi 3 əsas quruma qarşı y...
26/04/2026

Son 1 ilin məhkəmə praktikasına baxanda maraqlı bir pattern görünür:
İnzibati işlərin böyük hissəsi 3 əsas quruma qarşı yönəlir:
• Sosial təminat orqanları (pensiya, müavinət)
• Vergi orqanları (borc, cərimə, yoxlama)
• Tikinti və icra hakimiyyətləri
Ən çox qaldırılan iddialar isə:
1️⃣ İnzibati aktın ləğvi
2️⃣ Orqanın hərəkət etməsinə məcbur etmə
3️⃣ Hərəkətsizliyin qanunsuzluğu
Bu nə deməkdir?
➡️ Problem qanunda deyil
➡️ Problem tətbiqdədir (administrative discretion)
Ən kritik insight:
İnzibati mübahisələr artıq “nadir hallar” deyil — bu, sistemli hüquqi riskdir.
Xüsusilə:
sosial ödənişlər
vergi qərarları
bu gün məhkəmə yüklənməsinin əsas mənbəyidir.



Bir müşahidəmi bölüşüm.Eyni səviyyədə hüquq bilikləri olan iki hüquqşünasdan biri daha dəyərlidir.Niyə?Çünki o, sadəcə “...
24/04/2026

Bir müşahidəmi bölüşüm.
Eyni səviyyədə hüquq bilikləri olan iki hüquqşünasdan biri daha dəyərlidir.
Niyə?
Çünki o, sadəcə “risk var” demir — həll təklif edir.
Biznes üçün hüquqşünas:
– problemi göstərən yox
– problemi həll edən olmalıdır
Bu fərq karyerada çox şeyi dəyişir.
👉 Sizcə hüquqşünas biznesə nə qədər daxil olmalıdır?

23/04/2026
28/12/2025

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994557085488

Website

Alerts

Be the first to know and let us send you an email when vekil_elnur_kazimov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to vekil_elnur_kazimov:

Shortcuts

Share