Azem & Partners

Azem & Partners Azem & Partners is a law firm based in Baku and is run by a diverse pool of professionals specializi

Azem & Partners is a law firm that brings together the minds and experiences of dedicated practitioners specialised in many disciplines of law which we effectively use to seek customer-driven solutions. With these aspirations in mind, we provide industry-focused legal support services to both local and international clients operating in all sectors of business. At AZEM & PARTNERS, we are committed

to quality maintainence standards and polices so that the quality of our end-product is not compromised in any way. Drawing on our extensive network, knowledge and understanding of law and business, we are most aspired to create a customer value and build client trust. Of couse such a relationship would not have been fruitful were it not relied upon on loyalty and integrity of our professionals. It’s in this light that we believe Our Credentials puts us at a competetive footing with many law firms operating in Azerbaijan.

Azem & Partners-in təsis edilməsinin 18-ci ildönümünü qeyd edirik.18 il ərzində hüququn aliliyi, peşəkar məsuliyyət və e...
17/12/2025

Azem & Partners-in təsis edilməsinin 18-ci ildönümünü qeyd edirik.

18 il ərzində hüququn aliliyi, peşəkar məsuliyyət və etik dəyərlər əsas prinsiplərimiz olmuşdur. Bu müddət ərzində göstərilən hüquqi xidmətlərdə ardıcıllıq, dəqiqlik və etibarlılıq qorunmuş, hər bir işə sistemli yanaşma tətbiq edilmişdir.

Müştərilərimizin bizə göstərdiyi etimad və komandamızın peşəkar fəaliyyəti bu yolun əsas dayaq nöqtələridir. Azem & Partners gələcək fəaliyyətində də eyni prinsiplərə sadiq qalaraq hüquqi sahədə dəyər yaratmağa davam edəcəkdir.

Azem & Partners — 18 il peşəkar hüquqi təcrübə.

Əmtəə nişanı qeydiyyatınızda çətinliklər var❓️Əmtəə nişanınızın qeydiyyatı gecikir və prosedurlar sizi yorursa, Azem & P...
16/12/2025

Əmtəə nişanı qeydiyyatınızda çətinliklər var❓️

Əmtəə nişanınızın qeydiyyatı gecikir və prosedurlar sizi yorursa, Azem & Partners olaraq bu prosesi sizin üçün sadə, sürətli və hüquqi cəhətdən güvənli edirik.

🔹 Rəqabətdə üstünlük əldə edin
🔹 Əmtəə nişanınızı hüquqi cəhətdən qoruyun
🔹 Gələcək mübahisələrin qarşısını alın

İndi bizimlə əlaqə saxlayın, əmtəə nişanınızı rahatlıqla qeydiyyatdan keçirin və brendinizi gücləndirin!

📩 [email protected]
📱 +994 55 221 04 52
☎️ +994 12 480 16 24

10 Dekabr - Insan Hüquqları Günü!     ̇nsanhüquqlarıgünü
10/12/2025

10 Dekabr - Insan Hüquqları Günü!

̇nsanhüquqlarıgünü

⚠ Xarici əməkdaşın viza və ya yaşayış icazəsinin müddəti bitdiyi halda onun iş fəaliyyətini davam etdirməsi qanunvericil...
08/12/2025

⚠ Xarici əməkdaşın viza və ya yaşayış icazəsinin müddəti bitdiyi halda onun iş fəaliyyətini davam etdirməsi qanunvericiliyə uyğun olaraq birbaşa hüquqi pozuntu hesab olunur. Bu hal həm əməkdaş, həm də işəgötürən üçün ciddi məsuliyyət yaradır.

Şirkət üçün yarana biləcək hüquqi risklər:

1️⃣ AR İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən

İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin əmək fəaliyyətinə cəlb olunması — vəzifəli şəxslər üçün üç min manatdan dörd min manatadək, hüquqi şəxslər üçün isə on beş min manatdan iyirmi min manatadək cərimə ilə nəticələnir.

Xarici vətəndaş üçün yarana biləcək risklər:

2️⃣ AR İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və tranzit qaydalarını pozması inzibati məsuliyyət yaradır.

575.1.7-ci maddəyə əsasən, ölkədə olma və ya yaşama müddəti bitdikdən sonra ölkəni tərk etməkdən boyun qaçırdığı halda, həmin şəxslər üç yüz manatdan dörd yüz manatadək cərimə edilir. Qanun pozuntusunun xarakterindən asılı olaraq şəxs inzibati qaydada ölkədən çıxarıla və ya çıxarılmaya bilər.

Azem & Partners olaraq müştərilərimizin adından bütün miqrasiya sənədlərinin idarə olunması, uzadılması və hüquqi tələblərə uyğunluğunun təmin edilməsi üzrə tam kompleks hüquqi dəstək göstəririk.

Risklərə yox, peşəkar dəstəyə etibar edin.

📩 [email protected]

📱 +994 55 221 04 52
☎ +994 12 480 16 24

📌Müflisləşmə və iflas prosesləri, hüquqi, maliyyə və idarəetmə baxımından ən həssas mərhələlərdən biridir. Bu dövrün düz...
02/12/2025

📌Müflisləşmə və iflas prosesləri, hüquqi, maliyyə və idarəetmə baxımından ən həssas mərhələlərdən biridir. Bu dövrün düzgün idarə olunmaması şirkətin aktivlərinin itirilməsi, kreditorlarla ağır mübahisələr və hüquqi məsuliyyət riskləri ilə nəticələnə bilər.

Bu mərhələdə peşəkar hüquqi müşayiət nələri təmin edir?
🔹Maliyyə vəziyyətinin hüquqi təhlili: Şirkətin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və müflisləşmə əlamətlərinin müəyyən edilməsi.
🔹Kreditorlarla danışıqlar: Öhdəliklərin restrukturizasiyası, borcların mərhələli şəkildə ödənilməsi üzrə hüquqi strategiyanın qurulması.
🔹Məhkəmə prosedurlarında təmsilçilik: Müflisləşmə və iflas işlərinin məhkəmədə aparılması, proseslərin qanunvericiliyə uyğun idarə olunması.
🔹Aktivlərin qorunması: Şirkətin əmlakının əsassız tələblərdən müdafiəsi və likvidasiya prosesində aktivlərin düzgün bölüşdürülməsi.
🔹Müvəqqəti idarəçi ilə iş: İdarəçi ilə proseslərin koordinasiyası və şirkətin maraqlarının qorunması.

Niyə hüquqi dəstək vacibdir?

Müflisləşmə proseduru yalnız formal bir məhkəmə işi deyil — bu, şirkətin gələcək fəaliyyətini, reputasiyasını və maliyyə sabitliyini birbaşa müəyyən edən kompleks hüquqi prosesdir. Kiçik bir prosedur xətası belə həm rəhbərlik, həm də şirkət üçün əlavə məsuliyyət yarada bilər.

Azem & Partners olaraq, müflisləşmə və iflas prosedurlarının bütün mərhələlərində şirkətlərin hüquqi maraqlarını qoruyur, kreditorlarla münasibətlərin optimal şəkildə tənzimlənməsinə və proseslərin şəffaf, qanunvericiliyə uyğun aparılmasına dəstək veririk 🤝🏻.

📩 [email protected]
📞 +994 55 221 04 52
☎ +994 12 480 16 24

iflas problem hüquqiyardım hüquqiməsləhət azemandpartners

📌 Orta sahibkarlar həm böyümə mərhələsində olur, həm də tam formalaşmış hüquq və maliyyə şöbəsinə malik olmur. Bu səbəbd...
25/11/2025

📌 Orta sahibkarlar həm böyümə mərhələsində olur, həm də tam formalaşmış hüquq və maliyyə şöbəsinə malik olmur. Bu səbəbdən vergi öhdəliklərinin idarəsi çox vaxt ikinci plana keçir.
Nəticə isə — statistik olaraq vergi cərimələrinin ən böyük payının məhz orta sahibkarlardan çıxmasıdır.

🔹 Sürətli böyümə, amma hüquqi sistemin yubanması
Biznes genişlənir, dövriyyə artır, işçilərin sayı çoxalır…
Amma sənədləşmə, vergi uçotu və hüquqi nəzarət eyni templə böyümür.
Bu da sistemli səhvlərə və cərimələrə yol açır.

🔹Mühasibat və hüquqi proseslərin bir-birindən ayrı işləməsi

Orta sahibkarlarda ən yayılmış problem:
Maliyyə ayrı, hüquq ayrı işləyir.
Vergi tələbinin qarşısını isə yalnız hər iki sahənin koordinasiyalı işləməsi ala bilər.

🔹Müqavilə və əməliyyat sənədlərindən doğan uyğunsuzluqlar

Satış, təchizat, xidmət müqavilələrində olan kiçik nöqsanlar
→ vergi yoxlaması zamanı böyük məbləğlərə çevrilir.
Çox vaxt sahibkarlar bunu yalnız cərimə gəldikdən sonra anlayır.

Azem & Partners olaraq Orta sahibkarların ən çox cərimələndiyi sahələri analiz edir,
hüquqi və vergi uyğunluğu (compliance) üzrə tam nəzarət mexanizmi qururuq.
📩 [email protected]
📞+994 55 221 04 52
📱+994 12 480 16 24

huquqidestek

📌 Dövlət və ya özəl sektor tenderlərində iştirak edən şirkətlər çox vaxt sənədlərin düzgün təqdim olunmaması səbəbindən ...
21/11/2025

📌 Dövlət və ya özəl sektor tenderlərində iştirak edən şirkətlər çox vaxt sənədlərin düzgün təqdim olunmaması səbəbindən diskvalifikasiya olunur. Halbuki bu risk, sadəcə bir neçə əsas hüquqi tələbə əməl etməklə tamamilə aradan qaldırıla bilər.

Azem & Partners olaraq:

Tender proseslərində sənədlərin hazırlanması, hüquqi uyğunluq yoxlaması və təkliflərin tələblərə uyğunlaşdırılması üzrə peşəkar hüquqi dəstək göstəririk🤝.

Məqsədimiz – şirkətinizin tender mərhələsindən uğurla keçməsi və diskvalifikasiya riskinin sıfıra endirilməsidir.

📩 [email protected]
📞+994 55 221 04 52
📱+994 12 480 16 24

17 Noyabr – Milli Dirçəliş Günüdür.Həmrəyliyimiz və dövlət müstəqilliyimiz əbədi olsun!Milli Dirçəliş Günümüz mübarək!  ...
17/11/2025

17 Noyabr – Milli Dirçəliş Günüdür.

Həmrəyliyimiz və dövlət müstəqilliyimiz əbədi olsun!
Milli Dirçəliş Günümüz mübarək!

🇦🇿

12 Noyabr - Konstitusiya Günü 🇦🇿
12/11/2025

12 Noyabr - Konstitusiya Günü 🇦🇿

📌 Biznes münasibətlərində fikir ayrılıqları bəzən qaçılmaz olur .Lakin peşəkar hüquqi yanaşma sayəsində bu mübahisələri ...
11/11/2025

📌 Biznes münasibətlərində fikir ayrılıqları bəzən qaçılmaz olur .
Lakin peşəkar hüquqi yanaşma sayəsində bu mübahisələri məhkəməyə getmədən, daha sürətli və etibarlı şəkildə həll etmək mümkündür.

Azem & Partners olaraq, kommersiya mübahisələrinin arbitraj və mediasiya yolu ilə həllində müştərilərimizə tam hüquqi dəstək göstəririk.
Bu yanaşma həm tərəflər arasında işgüzar münasibətləri qoruyur, həm də şirkətinizin reputasiyasını riskdən uzaq saxlayır.

🔹 Sürətli nəticə
🔹 Konfidensial proses
🔹 Qanuna əsaslanan dialoq

Etibarlı hüquqi həll üçün — Azem & Partners.

📩 [email protected]
📱 +994 55 221 04 52
☎ +994 12 480 16 24

9 Noyabr - Dövlət Bayrağı Günü 🇦🇿!   🇦🇿
09/11/2025

9 Noyabr - Dövlət Bayrağı Günü 🇦🇿!

🇦🇿

🇦🇿 8 Noyabr – Zəfər günü, qürur günüdür!Azərbaycan xalqını təbrik edir, bu zəfəri bizə yaşadan Şəhidlərimizi hörmətlə an...
07/11/2025

🇦🇿 8 Noyabr – Zəfər günü, qürur günüdür!

Azərbaycan xalqını təbrik edir, bu zəfəri bizə yaşadan Şəhidlərimizi hörmətlə anır, qazilərimizə sağlam və firəvan həyat arzulayırıq.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Address

15, 8th November Avenue , Azure Business Center, 19th Floor
Baku
AZ1025

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994552210452

Alerts

Be the first to know and let us send you an email when Azem & Partners posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azem & Partners:

Share