Lexis Academy

Lexis Academy Since 2016

Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərinin iştirak etdiyi işlərdə, tərəflərdən birinin xarici ölkədə yaş...
11/11/2025

Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərinin iştirak etdiyi işlərdə, tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər mübahisəyə xarici məhkəmədə baxılması barədə razılığa gələ bilərlər. Qeyd olunan hallar olmadıqda isə tərəflər arasında olan belə razılaşma etibarsızdır və bu razılaşma mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılmasını istisna edə bilməz.

İş yerində seksual qısnama pozuntusu yalnızca istənməyən toxunma və ya cinsi yaxınlaşma demək deyil.Həm də birinin görün...
07/11/2025

İş yerində seksual qısnama pozuntusu yalnızca istənməyən toxunma və ya cinsi yaxınlaşma demək deyil.

Həm də birinin görünüşü və ya haqqında söylənilən bir atmaca, uyğunsuz toxunma, cinsi zarafat da qısnama hesab edilir.

Rəhbərə xoş münasibət bəslənməsi, işçiyə xoş məramlı jestlərinə işçinin dözməsi işçiyə qarşı seksual xarakterli hərəkətlər etməyə rəvac vermir, qısnamaya qarşı tolerant yanaşması və razılıq verməsi anlamına gəlmir.

Bu cür hal ilə üzləşən işçi işəgötürəndən ona dəymiş mənəvi zərərin kompensasiyasını tələb etmək hüququ vardır.

Vahid məhkəmə təcrübəsi.

Qeydiyyat üçün müraciət edə bilərsiniz.
01/11/2025

Qeydiyyat üçün müraciət edə bilərsiniz.

Xüsusi icra məmuru olmaq istəyənlərin nəzərinə:

Lexis Academy sizi yeni peşə – xüsusi icra məmuru sahəsində biliklərə yiyələnməyə dəvət edir! Bu interaktiv təlimdə siz peşənin əsasları və praktik iş nüansları barədə bütün məlumatlara yiyələnəcəksiniz.

Sessiyada nələr öyrənəcəksiniz:
- Xüsusi icra məmurunun hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları;
- İcra prosesinin mərhələləri və real həyatda qarşılaşacağınız nüanslar;
- Qanunvericilik tələbləri və etik standartlar;
- Həqiqi iş təcrübəsindən nümunələr və tövsiyələr;
- Sənədləşmə və müsabiqə prosesində uğur qazanmaq üçün məsləhətlər.

Sessiya icra sahəsində 10 ildən çox təcrübəsi olan ekspert tərəfindən keçiriləcək.

Bütün iştirakçılar sertifikatla təmin ediləcək!

Qeydiyyat və əlavə məlumat üçün şərhə “+” qoyun.

Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə anlayışları artıq sadəcə iqtisadi termin deyil, hüququn yeni isti...
29/10/2025

Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə anlayışları artıq sadəcə iqtisadi termin deyil, hüququn yeni istiqamətidir.

ESG hüququ gənc hüquqşünaslar üçün yeni karyera fürsəti, qlobal təcrübə və sosial təsir deməkdir. Çünki həm qanunvericilik və beynəlxalq standarların tələblərindən, həm də nüfuz perspektivindən dolayı şirkətlər fəaliyyətlərini “yaşıl”, “etik” və “davamlı” etmək üçün hüquqşünaslara ehtiyac duyurlar.

“Üzrlü səbəbdən auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbədən fənni yenidən dinləməsi üçün ödəni...
20/10/2025

“Üzrlü səbəbdən auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbədən fənni yenidən dinləməsi üçün ödəniş alınması təhsil almaq hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına səbəb olur.”

- Konstitusiya Məhkəməsi

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Lexis Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share