Hüquq Akademiyası I Юридическая Академия I Law Academy

  • Home
  • Azerbaijan
  • Baku
  • Hüquq Akademiyası I Юридическая Академия I Law Academy

Hüquq Akademiyası I Юридическая Академия I Law Academy Hüquqi yardım _ Юридическая помощь _ Legal aid

Belə həmvətənlərimizlə qürur duymalıyıq......
03/09/2016

Belə həmvətənlərimizlə qürur duymalıyıq......

ABŞ məhkəmələrinə silahla girə bilən yeganə azərbaycanlı vəkil.

O, 1976-ci ilin fevralın 25-də Yardımlı rayonunda, öz halal zəhməti ilə dolanan Eyyub kişinin ailəsində dünyaya gəlib. Uşaqlıq illəri elə də asan keçməyib. Evin təsərrüfat işlərinin bir hissəsi onun payına düşüb. Qoyun da otarıb, mal nobatına da gedib. Buna baxmayaraq təhsildən də yayınmayıb, məktəbin əlaçı şagirdlərindən biri olub. Doqquzuncu sinifdə oxuyanda təsadüfən televizorda eşitdiyi bir elan onun həyatını dəyişib. Həmin elanın sorağı ilə Bakıya gəlib və müsabiqədən keçərək Türkiyyədə təhsil almağa göndərilən istedadlı şagirdlərin sıralarına qəbul edilib. İki il Türkiyədə litseydə oxuyub. Sonra Ankara Universitetinin hüquq fakultəsinə daxil olub. 2000-ci ildə ali təhsilini başa vurub. 2003-cü ildə magistr təhsilini bitirərək doktoranturaya götürülüb. Doktoranturada təhsil aldığı zaman bir türk tələbə yoldaşının təklifi ilə ABŞ-ın “Yaşıl kart” lotoreyasına sənədlərini təqdim edib. Bu lotoreyanı udaraq ABŞ-da yaşamaq hüququ qazanıb və qısa müddətdə ABŞ-ın Massaçutes ştatına gəlib. ABŞ-a gələndə onun cibində cəmi iki yüz əlli dollar pulu olub. Türkiyədə yaşayarkən idmanın karate növü üzrə professonal şəkildə məşğul olması, qara kəmər qazanması ABŞ-da onun köməyinə yetişir. Bir il məşqçi kimi fəaliyyət göstərir. Sonra Massaçusets ştatında, Konnektikut Hüquq universitetinə qəbul olunur. Oranı bitirdikdən sonra vəkillik fəaliyyətinə başlayır. Hazırda ştatın ən yaxşı vəkillərindən biri kimi ad qazanıb. Söhbət ABŞ-da sayılıb-seçilən vəkillərdən biri- Vüqar Eyyub oğlu Cəfərovdan gedir.

ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston dünyanın ən bahalı şəhərlərindən biridir. Burada əcnəbilərin hər hansı bir nüfuzlu vəzifəyə yüksəlməsi çox çətindi. Vüqar Cəfərov 2003-cü ildən Boston şəhərində yaşayır. Nyu York vəkillər kollegiyasının həqiqi üzvüdür. Bundan əlavə o, Amerika vəkillər kollegiyasının, eləcə də Yeni İngiltərə Müsəlman Vəkillər kollegiyasının üzvüdür. ABŞ-ın harasında olmasından asılı olmayaraq müştərilərinin hüquqlarını Federal Məhkəmələrdə və dövlət orqanlarında müdafiə etmək hüququ qazanıb. Yeganə Azərbaycanlı vəkildir ki, məhkəməyə tabel silahı ilə daxil ola bilir. ABŞ kimi bir ölkədə qısa müddətdə bu səviyyəyə çatmaq elə də asan deyil.

Vüqar təpədən-dırnağa vətənpərvər, azərbaycançıdır. ABŞ-ın harasında yaşamasından asılı olmayaraq ona müraciət edən soydaşlarımıza yardım etməkdən usanmır. O, eyni zamanda Bostondakı həmvətənlərimizin təşkil etdikləri toplantı və görüşlərdə də aktiv iştirak edir. Buradakı diaspora ilə daim əlaqədədir. Vüqar Cəfərov eyni zamanda öz üzərində çalışmağı, elmini artırmağı çox sevir. Hazırda hüquq üzrə doktorantura (SJD – Senior Judicial Doctor) proqramına qoşularaq doktorantura təhsilini davam etdirir.

Bəli, ucqar bir rayonun, ucqar kəndində, zəhmətkeş bir ailədə doğulub, on altı yaşından qürbət ellərdə həyatın çətinliklərinə sinə gərərək öz taleyini yazan Vüqar Cəfərov kim bilir hələ neçə-neçə uğurlara imza atacaq. Biz ona bu yolda uğurlar diləyirik.
Sonda onu da qeyd edək ki, Vüqar Cəfərov millət vəkili, professor Musa Qasımlının bacısı oğludur.

"Moderator.az

27/02/2016
27/02/2016

Farabi'den sevgi ve adalet ilişkisi...

16/02/2016

Immanuel Kant'tan adalet hakkında önemli bir söz…

16/02/2016

Honoré Gabriel Riqueti de Mirabeau’dan adalet için bir söz…

16/02/2016

"Hayatımın en mühim prensibi, kimseye hiçbir şekilde adaletsiz davranmamaktır." Socrates

16/02/2016

Blaise Pascal’dan adalet ve kuvvet ilişkisine dair...

16/02/2016

Ömer Hayyam’dan Adalet...

16/02/2016

Montesquieu’den Haksızlık...

16/02/2016

Voltaire’den insanlık...

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Hüquq Akademiyası I Юридическая Академия I Law Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share