Yalçın Hacızadə

Yalçın Hacızadə Vəkil. Hüquqi və ictimai-siyasi sahələr üzrə maarifləndirmə.

17/09/2023

Ermənistan – Azərbaycan münaqişəsində maraqlı olan qüvvələr və baxışları.....

Ölkələrin Azərbaycan – Ermənistan münaqişəsinə münasibətinin düzgün analizi üçün həmin ölkələrin daxili vəziyyətini, dövlət və hökümət maraqlarının da nədən ibarət olduğunu bilmək lazımdır.

İran – münaqişənin bitməməsini, Zəngəzur dəhlizin açılmamasını istəyir. Münaqişənin bitməsini Azərbaycanın regionda güclənməsi kimi görür. Zəngəzur dəhlizin açılması ilə bağlı iqtisadi əsasları qəbul etmir. Çünki region üçün özünün çoğrafi mövqeyi itir. Eyni zamanda, dəhlizin açılması ilə Türk ölkələrinin əlaqələrinin genişlənəcəyini və güclənəcəyini bilir. Bunun da regionda türkçülüyün inkişaf etdirəcəyini bilir. Ökəsində yaşayan milyonlarla azərbaycanlıya görə türkçülüyün inkişafını özü üçün böyük təhlükə hesab edir.

Rusiya – münaqişənin bitməməsini istəyir. Çünki tərəflərə, əsasən də Azərbaycana təsir imkanlarını əldə vermək istəmir. Zəngəzur dəhlizinin “Üçtərəfli” bəyanat çərçivəsində, yəni dəhlizin təhlükəsizliyinin onun təmin etməsi şərti ilə açılmasında maraqlıdır. Həm də dəhliz vasitəsilə Yaxın şərq qısa vasitə ilə çıxış imkanı qazanacaq.

Türkiyə - münaqişənin bitməsində və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu istiqamətdə Azərbaycana tam dəstəyini göstərir.

Avropa İttifaqı – münaqişənin bitməsini istəyir. Çünki Rusiyanın regiona təsir imkanının aradan qalxmasını arzu edir. Öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün Orta Asiya ölkələrinin karbohidrogen ehtiyyatlarının Avropaya çatdırılması üçün Zəngəzur dəhlizin açılmasında maraqlıdır.

ABŞ – Rusiyanın bölgədən çıxartmaq məqsədi ilə münaqişənin bitməsində maraqlıdır. Zəngəzur dəhlizinin açılmasını istəmir. Dəhlizin təhlükəsizliyinin Üçtərəfli bəyanatda göstərildiyi kimi Rusiyanın təmin etməsini, ona regionda uzunmüddətli qalması üçün əlavə fürsət verdiyini bilir. Həmçinin, dəhlizi əsas rəqibi olan Çinin İpək yolunun tərkib hissəsi kimi görür və Çinin Avropaya çıxışının əsas xətti hesab edir. Çinin beynəlxalq ticarət yollarının qarşısını almağa çalışan Amerika, G-20 sammitində Çinə qarşı bəslədiyi Hindistanın Yaxın Şərqə və Avropaya çıxışı üçün İMEC kimi adlanan yeni layihəni dəstəklədiyini bildirdi.

Fransa – Azərbaycana təsir etmək, aktiv iştirakçı mövqeyi əldə etməklə münaqişənin bitməsinə maneə olan əsas qüvvələrdəndi. Regionda qalmaq, Rusiyanın zəifləyən mövqeylərini tutmağa çalışır. Türkiyəfob və islamafob siyasət aparan Fransa Zəngəzur dəhlizin açılmasının türk dünyasının inkişafı, Türkiyənin regiona daha çox təsir etmək imkanları əldə edəcəyini hesab etdiyi üçün qarşı çıxır. Azərbaycan – Ermənistan münaqişəsinə daha çox dövlət yox, hökümət maraqları konteksindən yanaşır. Hakimiyyətdəkilər erməni lobbisinə gəlir mənbəyi kimi yanaşır. Yoxsa böyük iqtisadi imkanlara, coğrafi mövqeyə, neft-qaz, təbii ehtiyatlara malik Azərbaycanla normal əlaqələr qurmaq, əməkdaşlıq etmək varkən, dalanda yerləşən Ermənistan nələrinə lazımdır.

Çin – Azərbaycanın ərazi bütövlüyünü tanısa da beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı kəskin və konkret mövqe sərgiləmir. Zəngəzur dəhlizinin açılması onun üçün böyük loğistika imkanları yaratsa da beynlxalq müstəvidə daha çox iqtisadi siyasət apardığı təəssüratı yaratmağa çalışan Pekin höküməti bu məsələ ilə bağlı da açıq dəstəkdən çəkinir.

Hindistan – yeni oyunçu olaraq əsas məqsədi istehsal etdiyi silahları satmaq üçün bazar formalaşdırmaq və silahlarını təcrübədən keçirmək. Həmçinin, Pakistanı dəstəkləyən Azərbaycan – Türkiyə cütlüyünə təsir imkanları qazanmaq və əsas rəqibi Çinin Avropaya alternativ çıxışı üçün nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmamasına, Çinin İpək Yolu əleyihinə nəzərdə tutulan və G-20 sammitində açıqlanan İMEC (keçmiş ədviyyat) yolunu açılmasına nail olmaq.
Cənubi Qafqaz Hindistandan çoğrafi baxımdan uzaqda yerləşdiyi üçün münaqişənin davam etməsi onun üçün heç bir risk yaratmır.

Vəkil.
Hüquqi və ictimai-siyasi sahələr üzrə maarifləndirmə.

Türkiyədə Prezident və parlament seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Hətta 2023-cü ilin ən önəmli hadisəsi ki...
13/05/2023

Türkiyədə Prezident və parlament seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Hətta 2023-cü ilin ən önəmli hadisəsi kimi qiymətləndirənlər də var. Əlbəttə, bu Türkiyənin son illər beynəlxalq münasibətlərdə oynadığı aktiv və həlledici rolu ilə bağlıdır. Bizim kimi bir çox ölkələr gələcək siyasətlərini Türkiyənin gücünə və dəstəyinə arxalanaraq qurublar. Həm rəqiblərin həm də dəstəkçilərin maraqları baxımından Türkiyədəki seçkilər artıq Türkiyənin daxili işi olmaqdan çıxıb.

Dövlətlərarası münasibətlərin qurulmasında və inkişafında liderlərin rolu danılmazdı. Türkiyənin bizə olan dövlət dəstəyinin arxasında AKP və əsasən də Ərdoğan dayanır. Solçu, sağçı, “millətçi”, dinçi ittifaqın namizədinin bizə olan münasibəti bəllidir. Ona görə bütün Türk və islam aləminin və dünyada sülhün, ədalətin inkişafına çalışa biləcək şəxsin seçilməsi arzu olunandır.

21/07/2022

Türkiyə terroristlərə qarşı Suriyada yeni bir hərbi əməliyyata hazırlaşır.
Amerika, Rusiya və İran əməliyyatın əleyihinədir. Hərəsi müxtəlif formada Türkiyəni təhdid edir. Yəni mövzu Türkiyə və ya türkçülüksə bütün düşmənlər birləşir, eyni havanı oynaya bilirlər.

Rusiya ənənəvi ampulasındadır.Guya telejurnalist Vladimir Solovyovu öldürmək istəyiblər.Rusiya xüsusi xidmət orqanları d...
26/04/2022

Rusiya ənənəvi ampulasındadır.

Guya telejurnalist Vladimir Solovyovu öldürmək istəyiblər.

Rusiya xüsusi xidmət orqanları da sui-qəsdin qarşısını alıb.

Prezident Vladimir Putin deyib ki, “FSB” tanınmış rusiyalı jurnalistə hücum və onu öldürməyi planlaşdıran terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb.

İddiaya görə, planı hazırlayanlar ukraynalı “milliyyətçilər” olub.

Teleaparıcı Vladimir Solovyov RİA Novosti-yə bildirib ki, izlənilməsini müşahidə etməyib.

Solovyov hesab edir ki, planlaşdırılan sui-qəsdin iştirakçıları birbaşa Zelenski ilə əlaqəlidirlər. O, “FSB” əməkdaşlarına təşəkkür edib.

Ukrayna Kəşfiyyat Xidməti bildirib ki, Solovyovun “öldürülməsi” daxili auditoriyaya hesablanan yeni fantaziyalardır. Bunu ciddi şəkildə şərh etmək niyyətində deyillər.

Rusiya Ukrayna müharibəsi 60-cı günündə.Müharibəni bitirmənin iki yolu var; hərbi - qələbə və diplomatiya - sülh. Rusiya...
24/04/2022

Rusiya Ukrayna müharibəsi 60-cı günündə.

Müharibəni bitirmənin iki yolu var; hərbi - qələbə və diplomatiya - sülh. Rusiya – Ukrayna müharibəsi davam edir, amma sülhə doğru real addımlar atılmır. Bu istiqamətdə danışıqlar ancaq Türkiyənin vasitəçiliyi ilə gedə bilir. Əlbəttəki, Türkiyənin mövqeyi, çabaları, sülhə nail olma cəhdləri təqdirə layiqdir. Amma Rusiya burada imitasiya edir.

Fiziki baxımdan müharibə Rusiya və Ukrayna arasında getsə də əslində Rusiya və qərb, daha doğrusu Rusiya - Amerika arasındadır.. Müharibənin başlamasına səbəb bu iki beynəlxalq gücün öz aralarında razılığa gələ bilməməsidi.

Müharibədən əvvəl Bayden Putinlə görüşməyəcəyini və onunla bu məsələləri müzakirə etməyəcəyini bildirdi. Özünü dünyanın super gücü və lideri hesab edən Putin də öz tərəf müqabilini və ya rəqibi olaraq, ancaq Baydeni görür. ABŞ-da danışıqlarda iştirak etməməklə müharibənin davam etməsində maraqlı görünür.

Müharibələr bir tərəfin məğlubiyyəti qəbul etməsi və digər tərəfin öz məqsədlərinə çatması ilə dayanır. Rusiya 9 maya qədər qondarma respublikaların ərazisini tam işğal edərək, qoparmaqla müharibəni dayandırmaq istəyir. Ukrayna isə öz torpaqlarını azad edəcəyinə qədər müharibə aparacağını bildirir. Deməli müharibə dayanmayacaq, çünki qalib və məğlub bəlli olmayacaq. Müharibənin də bir tərəfli dayandırılması mümkün deyil.

Müharibənin dayanması üçün ABŞ-ın danışıqlarda iştirakı vacibdir. Çünki müharibənin başlaması üçün siyasi vəziyyəti o formalaşdırıb. Rusiyanın dövlət kimi 500 illik tarixi var. Bu müddətin demək olar ki böyük hissəsi müharibələrlə, işğallarla, imperiya maraqlarının təmin edilməsi ilə həyata keçirilib. Rusiya “müharibə” və ya “geri çəkilmə” dileması qarşısında qalanda heç vaxt geri çəkilməyib, müharibəni seçib. Hətta məğlub olacağı daha çox bəlli olmuş olsa belə. Bu dəfə də Rusiya qarşısında belə bir siyasi şərait formalaşdırıldı. Əlbəttəki, bu Rusiyanın Ukraynaya qarşı işğal hərəkətinə bəraət qazandıracaq hal deyil.

Öz maraqlarını müharibə vasitəsilə təmin etməyə çalışan hər bir ölkə müharibənin gedişində guya müharibəni istəmədiyini, sülh tərəfdarı olduğunu göstərmək üçün danışıqlar qapısını açıq saxlayır. İkinci Qarabağ müharibəsində biz də bu variantdan istifadə etdik. Müharibənin gedişində Ermənistan şərtlərimizi qəbul etməsə də danışıqlara gedirdik.

Bir neçə dövlət vasitəçilik təklifi etdiyi halda niyə Türkiyənin seçildiyi məsələsinə gəldikdə isə, burda həm Rusiyanın həm də Türkiyənin öz maraqları var. Rusiya Türkiyəni seçməklə onun qərbin sanksiyalarına qoşulmamasını təmin etmiş oldu. Həm də Rusiya Türkiyəni qərbdən kənarda saxlamağa maraqlıdır.

Türkiyənin maraqlarına gəldikdə isə, bu misiyanı yerinə yetirməklə Rusiyaya qarşı sanksiyalara qoşulmayaraq iqtisadi əlaqələrini davam etdirir. Bunu da vasitəçinin bitərəfliyini əsas gətirərək təmin edə bilir. Çünki sanksiyalara qoşulsa bitərəfliyini itirmiş olar. Vastiçəlik donunu geyinməklə sanksiyalara qoşulmadığına görə qərbdən gələ biləcək təzyiqlərin qarşısını da almış olur. Həmçinin, özü üçün Rusiyaya qarşı təsir mexanizmləri yaratmış olur.

Ümumiyyətlə uzun müddət idi ki, Rusiya qonşu ölkələrdə yaratdığı separat münaqişələrdə tək söz sahibi idi. İndi isə vəziyyət dəyişir və həmin münaqişələrə digər güclərin müdaxilə etmək imkanları yarandığı üçün Rusiyaya əlavə problemlər yaradılır. Misal üşün Qarabağ məsələsi 30 ilə yaxın idi, Rusiyanın inhisarında idi. Amma Türkiyənin müdaxiləsi ilə böyük həcmdə həll olundu, kiçik hissə qaldı. Bu kiçik hissəyə Rusiya daha çox maliyyə və digər resurslarını xərcləmiş olur, həmçinin əvvəlkinə nisbətən təsir imkanlarını da böyük həcmdə itirdi. Bununla yanaşı Türkiyə kimi bir ölkə ilə bu məsələdə üzüzə dayandı. Yəni Rusiya yaratdığı münaqişələrdən əvvəllərbaşqa ölkələrə təsir etmək üçün istifadə edirdisə, getdikcə bu münaqişələrdən daha çox ona qarşı istifadə edilir.

27/03/2022

Azərbaycan bayrağı Fərrux kəndində dalğalanır.

ABŞ Prezidenti Xarici Yardım haqqında 1961-ci il qanununun ona verdiyi səlahiyyətlərdən istifadə edərək Konqresin təsdiq...
13/03/2022

ABŞ Prezidenti Xarici Yardım haqqında 1961-ci il qanununun ona verdiyi səlahiyyətlərdən istifadə edərək Konqresin təsdiqi olmadan Ukrayna ordusuna 200 milyon dollar vəsait ayırıb. Vəsaitin ayrılması məqsədlərindən biri də “Ukrayna ordusunun təlimlərinə xərclənməsi” nəzərdə tutulub.
Görünən odur ki, Amerika müharibənin tezliklə bitməsini düşünmür və üstəlik müharibənin davam etməsi üçün yeni qüvvələrin hazırlanmasında da maraqlıdır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və Müdafiə katibi olmuş Robert Qeyts “Kölgədən çıxış” adlı xatirə kitabında “Amerika kəşfiyyat orqanlarının Sovet Ordusunun Əfqanıstana girməsindən altı ay əvvəl mücahidlərə kömək etməyə başladığını etiraf edərək, “əslində ABŞ-ın Kremli Əfqanıstana girməyə təhrik etdiyini bildirir. ABŞ Prezidentinin keçmiş Milli Təhlükəsizlik Müşaviri və görkəmli siyasətçi Zbiqnev Bjezinski də Qeytsin sözlərini təsdiqləyərək “bu məxfi əməliyyat parlaq bir ideya idi, biz rusları Əfqan tələsinə sala bildik”. Həmçinin, Bjezinski SSRİ-nin Əfqanıstana hücumunu ABŞ-ın o zamankı Prezidenti Karterə “cənab Prezident, SSRİ bizim Vyetnamdakını yaşamaq üzrə Əfqanıstana daxil olmuşdur” kimi məruzə edib. SSRİ-nin Əfqanıstan məğlubiyyəti onun sonunu gətirən amillərdən biri oldu.

İndi də NATO-nun “B” və ya “II” planı kimi təqdim olunan Rusiyanın zəiflədilərək tabe etdirilməsi və ya dağıdılması ssenarisi qüvvədədir. Əlbəttəki, Rusiya dövləti bunu qavramamış deyil. Ona görə də Ukraynada qazandıqlarını saxlamaq və bazarlıq imkanlarını möhkəmləndirmək üçün hücum meydanını genişləndirərək başqa ölkələrə keçə bilər. Təəccüblüsü odur ki, bizə “Rusiya məğlub olur, istədiyinə nail ola bilmir” kimi məlumatlar təqdim olunsa da, qərb mediasında həm də Ukraynadan sonra hansı ölkənin ola biləcəyi müzakirəsi gedir.

Türkiyə ilə yanaşı ABŞ və İsrailin də son model PUA-ları var, amma Ukraynada görünmürlər. Qərb mediası Türkiyə Bayraktar...
12/03/2022

Türkiyə ilə yanaşı ABŞ və İsrailin də son model PUA-ları var, amma Ukraynada görünmürlər.
Qərb mediası Türkiyə Bayraktarlarının Rusiya qüvvələrini necə partlatdığını "həvəslə" yayımlayırlar. Əlbəttə, bunların məqsədi Türkiyə PUA-larını reklam etmək deyil.
Bu müharibədə qərb, Rusiya ilə Türkiyənin də münasibətlərini pozmaq, onları da müharibə vəziyyətinə gətirmək istəyir. Ona görə də Rusiya dövlətinin və ictimaiyyətinin alt şüuruna "görürsüz, sizi Türkiyə puaları qırır" anlayışını yeritməyə çalışır.

Ukraynanın işğalında daha çox kim maraqlıdır, ABŞ yoxsa Rusiya?Ukrayna ətrafındakı baş verənlər Qarabağda qələbənin əldə...
19/02/2022

Ukraynanın işğalında daha çox kim maraqlıdır, ABŞ yoxsa Rusiya?

Ukrayna ətrafındakı baş verənlər Qarabağda qələbənin əldə edilməsinə gedən siyasi yolun, bu istiqamətdə siyasi mühitin formalaşdırılmasının nə qədər ağır olduğunu da göstərir.

Beynəlxalq münasibətlərdə belə bir söz var “böyük dövlətlər istədiklərini, balaca dövlətlər də onların icazə verdiklərini edə bilirlər”. Amma böyük dövlətlərin bir çoxu bizim Qarabağ qələbəmizi arzulamır, hətta onun qarşısını almağa çalışırdılar. Ərazi baxımından kiçik dövlət olsaq da, Dövlət, Xalq, hakimiyyət birliyi, həmçinin bu istiqamətdə aparılan düzgün siyasət kiçik dövlətlərin də böyük işlər görə biləcəyini sübut etdi.

Ukrayna məsələsində Amerikanın “bugün, sabah, gələn həftə, filan tarixdə” işğal “münəccimliyi” davam edir. Görünən odur ki, Ukraynanın işğal olunmasını Amerika Rusiyadan daha çox istəyir və Rusiyanı bu addıma təhrik edir. Yoxsa gərginliyin yatırılması üçün “bizim, Ukraynanı hələlik NATO-ya daxil etmək fikrimiz yoxdur” cümləsi və ya Qarabağ müharibəsində qardaş Türkiyənin “Azərbaycana müdaxilə edən qarşısında bizi görəcək” kimi konkret mövqeyi bəs edir.

Rusiya Ukrayna hərbi gücü müqayisə olunmaz dərəcədə fərqlidir. Texnika sayına, növünə və ağırlığına görə 10-20 dəfə Rusiyanın üstünlüyü var, həmçinin, hərbi arsenalın müasirliyi baxımından da. Amma bu o demək deyilki, böyük dövlətlərdən qorxaraq, dərhal olnların qarşısında təslim olmaq lazımdır. İndiki Rusiyadan dəfələrlə güclü SSRİ Əfqanıstana hücum edəndə Əfqanıstanda top-tüfənk belə tapılmırdı. Lakin ona baxmayaraq SSRİ qələbəsini təmin edə bilmədi və süquta məhkum oldu. Əlbəttəki, Ukrayna və Əfqanıstan xalq, dövlət və çoğrafi baxımdan müqayisə olunmaz, lakin düşmənə qarşı birlik, iradə, əzm baxımından nümunə ola bilər.

Eyni ssenari Rusiyaya qarşı oynalınaraq, uzunmüddətli müharibəyə cəlb edilməyə çalışılır. Amerika bilirki, SSRİ kimi Rusiyanı da hərbi güclə məğlub etmək olmaz. Ona görə əlavə iqtisadi xərclərə cəlb etməklə, iqtisadi-maliyyə sanksiyalarına məruz qoymaqla və ən böyük gəlir mənbəyi olan qaz bazarını əlindən almaqla zəiflədib, özünə tabe edə bilər.

Vəziyyət Rusiyanın geri çəkilə bilməyəcək qədər gərginləşdirilib. Rusiya geri addım atacağı təqdirdə həm Putinin həm də Rusiyanın imici kifayət qədər zədələnəcək, bundan sonrakı hədələri təsirsizləşəcək. Rusiya Ukraynanı işğal etməklə əlavə torpaqlar qazana, əldə edə bilər, amma nəticədə böyük iqtisadi-maliyyə itkilərinə məruz qalacaq. Daxildə Putinin imici yüksələcək, lakin əziyyəti dövlət xalqla birlikdə çəkəcək. Bu günlərdə Rusiyanın Qərb ölkələrində olan pul, qızıl və investisayalarını geri çəkməyə başlaması, həmçinin beynəlxalq banklarda olan vəsaitini təminat olaraq göstərməklə əvvəlcədən kreditlər alması qarşıda üzləşə biləcəyi sanksiyalardan qorunma planıdır.

Avropanın illik istifadə etdiyi 510 milyard kubmetrlik qazın 170 milyardını, təqribən 40 %-nı Rusiya təmin edir. ABŞ, Rusiyanın işğalçı, yırtıcı imicinin formalşdırmaqla Avropanı qoruyacaq yeganə gücün özü olduğunu və gələcəkdə Rusiyanın Avropanı da işğal etməsinin qarşısının alınması üçün onun zəiflədilməsinin vacibliyinə inandırmağa çalışır. Bu minvalla da Avropanı yenidən öz təsir dairəsinə keçirməyə və Rusiyanın qaz bazarını onun əlindən almağı planlaşdırır.

Amerikanın Rusiyanı zəiflətməkdə məqsədlərindən biri onu Çinlə mübarizədə öz yanına çəkməkdir. Bünün üçün də Rusiyanın Ukraynanı işğal etməsində maraqlıdır ki, Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaların aradan qaldırılması bazarlıqlarında bunu təmin edə bilsin. SSRİ-nin süqutu üçün Çinə investisiya və maddi yardımlar edərək yanına çəkən ABŞ, indi də Çinin qarşısını almaq üçün Rusiyanı öz yanında görməyi arzu edir.

Əslində, indi olmasa da Rusiya üçün gələcəkdə Amerikadan çox Çin təhlükə olacaq. Əhalisinin sayı artan və bunu dövlət səviyyəsində başqa ölkələrdə təmin etməyə çalışan Çin və əhalisinin sayı sürətlə azalan, ucsuz-bucaqsız boş ərazilərə malik olan Rusiya. Məlumatlara görə Çinə yaxın Rusiya əraziləri əsas olmaqla Rusiyada 100 milyondan çox çinli işləyir, torpaqları əkib-becərirlər. Belə bir təhlükəyə qarşı Putinin də “30 ildən sonra çinlilər Rusiyada prezident seçəcəklər” fikri var.

Ukrayna ətrafında baş verən Rusiya Qərb mübarizəsinin mahiyyəti əslində daha böyük və qədimdir. Bu, beynəlxalq güclər tərəfindən dünyanın yenidən bölüşdürülməsinin tərkib hissəsidir ki, 1600-ci illərdən bəri davam edir və hər yüz illiyin birinci yarısında həyata keçirilir. Demək olar ki, 500 il bundan əvvəl olduğu kimi elə oyunçuların çoxu da eynidir – Osmanlı (indiki Türkiyə) imperiyası, Rusiya imperiyası, Fransa və İngiltərə. Sadəcə olaraq ABŞ sonradan yaranıb, Çin yenidən güclənib.

XVII əsrdə (1618-1648-ci illərdə) “Otuz illik” müharibənin nəticəsində bağlanan “Vestfaliya” sülh müqaviləsi ilə yaranan “Vestfaliya siyasi sitemi”; 1700-1721-ci illər Rusiya və İsveç arasında gedən müharibənin sonunda bağlanan “Niştadt sülh müqaviləsi”; Napoleon müharibələrinin nəticəsində 1815-ci ildə bağlanmış “Vyana sülh müqaviləsi – Vyana konqresi”; 1914-1918-ci illərdə davam etmiş “Birinci dünya müharibəsinin” nəticəsində bağlanılmış "Versal sülh müqaviləsi".

Dünya XVII əsrdən hər yüzilliyin birinci yarısında müəyyən güclər arasında yaranmış müharibələrin nəticəsində bağlanmış sülh müqavilələrinin və onun əsasında formalaşdırılmış siyasi sistemləri quran ölkələr tərəfindən idarə olunur.

Nəhayət, sonuncu siyasi sistem, 1941-1945-ci illər “İkinci dünya müharibəsi” zamanı “Yalta konfransı” və onun əsasında rəsmiləşmiş Birləşmiş Millətlər Təşkilatının yaradılması oldu. Bu siyasi sistemin yaradılması ilə dünya 5 (ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin (Çinin sonradan daxil edilməsi ilə)) ölkənin maraqlarının münasibətindən aslı vəziyyətə gətirildi. BMT-nin yaradılmasından sonra bu 5 ölkə dünyada baş vermiş 150-yə yaxın müharibə və münaqişənin ya birbaşa iştirakçısı ya da təşkilatçısı olmuşdur.

Yaranma məqsədi beynəlxalq sülhün və təhlükəsizliyin qorunması olan BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən, daimi olan 5 üzvü dünyada ən çox silah istehsal edən, satan və nüvə arsenalına malik olan ölkələrdi.

Bü güclər arasında gedən mübarizənin nəticəsi olaraq qarşıdakı illərin idarə edilməsi üçün yeni “siyasi sistem” formalaşdırılır. Ona görə mövcud siyasi sistem beynəlxalq güclər (dövlətlər və ya dövlətüstü qüvvələr) tərəfindən dəyişdirilməyə çalışılır.

Dünyada bundan sonra baş verəcək bütün siyasi təlatümlər, münaqişələr, iqtisadi problemlər, süni ərzaq qıtlığı, mal-məhsulların daşınmasındakı əngəllər, pandemik, təbiət və kosmosla bağlı halların hamısı yeni sistemin formalaşdırılmasına hesablanmış addımlardı.

Bütün bunlardan çıxış edərək demək olar ki, Ukrayna mübarizəsində Rusiya imperiyası özünü qorumağa çalışır. Rusiyanı dövlət kimi ayaqda saxlayan imperiya maraqlarıdır. Bu maraqlardan əl çəkdiyi, demokratik sistemə dönüş etdiyi zaman Rusiya parçalanmağa məhkumdur. İndiki halda dilemma qarşısında qalıb ya daxilə çəkilib parçalanma prosesini yaşamalıdır ya da mübarizəni davam etdirib, zəifləyərək ömrünü uzatmalıdır.

Müharibənin bitməsinin rəsmiləşdirilməsi.Beynəlxalq hüquqa və beynəlxalq praktikaya görə müharibənin bitməsinin rəsmiləş...
20/09/2021

Müharibənin bitməsinin rəsmiləşdirilməsi.

Beynəlxalq hüquqa və beynəlxalq praktikaya görə müharibənin bitməsinin rəsmiləşdirilməsinin iki forması var.
I forma – “hərbi əməliyyatların bitməsi”dir. Belə hal müharibə tərəflərinin və digər dövlətlər və ya beynəlxalq təşkilatların iştirakı ilə;
a) “barışıq” (müddətli və ya müddətsiz olmaqla) və ya;
b)“təslim olma” sənədlərinin imzalanması yolu ilə rəsmiləşdirilir.

II forma – “müharibə vəziyyətinin bitməsi”dir. Bu da tərəflər arasında;
a) Sülh müqaviləsinin qəbulu ilə. Misal olaraq, 1947-ci ildə bağlanmış sülh müqavilələri əsasında Almaniyanın keçmiş müttəfiqləri - Finlandiya, İtaliya, Macarıstan, Bolqarıstan və Rumıniya ilə müharibə vəziyyətinin bitməsi rəsmiləşdirilmişdi.

b) Birtərəfli bəyanatın qəbulu ilə. Misal olaraq, 1951-ci ildə İngiltərə, Fransa və ABŞ ayrı-ayrılıqda birtərəfli qaydada Almaniya ilə müharibə vəziyyətinin bitməsi haqqında bəyanat vermişlər.

c) İkitərəfli bəyanatın qəbul edilməsi ilə rəsmiləşir. Buna da misal olaraq, 1956-cı il oktyabrın 19-da SSRİ və Yaponiya müharibə vəziyyətinin bitməsi və diplomatik və konsulluq münasibətlərinin bərpa olunması haqqında birgə Bəyanat imzalamışlar.

Beynəlxalq hüquqa və beynəlxalq müqavilə təcrübəsinə görə tərəflər arasında imzalanmış sənədlər müxtəlif cür (müqavilə, konvensiya, saziş, nizamnamə, pakt, xartiya, bəyannamə, bəyanat, traktat, statut, konkordat və b.) adlandırıla bilər. Sənədlərin belə adlandırılması onların hüquqi statusuna və hüquqi qüvvəsinə təsir etmir.

Azərbaycan-Ermənistan arasında gedən 44 günlük müharibənin nəticəsi olaraq hüquqi sənəd kimi 10 noyabr 2020-ci ildə “Uçtərəfli bəyanat” imzalanmışdır. Həmin sənədin imzalanması ilə tərəflər arasında “hərbi əməliyyatlar” dayanmışdı. İmzalanmış “Üçtərəfli bəyanatın” məzmununa və ora daxil edilmiş “Ermənistan silahlı qüvvələrinin işğal etdikləri “Azərbaycanın 3 rayonundan çıxması” (bəyanatın 2 və 6-cı bəndi) və ya “sülhməramlıların yerləşdirilməsi ilə paralel erməni silahlı qüvvələrinin ərazidən çıxarılması” (bəyanatın 4-cü bəndi) kimi şərtlərin daxil edilməsi, imzalanmış sənədin Beynəlxalq hüquqa görə müharibənin nəticələrinin rəsmiləşdirilməsinin I formasına, yəni “hərbi əməliyyatların bitməsi” üçün “təslim olma” aktına uyğundir və eyni statusludur.

Məğlub Ermənistanın Rusiya, İran və digər ölkələr tərəfindən yenidən “dirçəldilməyə” çalışılması tərəflər arasında böyük sülhə nail olmaqda çətinliklər yaradır. Halbuki, beynəlxalq praktikadan çıxış edərək demək olar ki, “hərbi əməliyyatların dayandırılması” üçün “təslim olma” aktını imzalamış tərəf müharibə vəziyyətinin bitməsində maraqlı olduğu üçün “sülh müqaviləsinin” imzalamasına məhkumdur.

Müharibənin sona yetməsini təsdiq edən “sülh müqaviləsinin” bağlanması aşağıdakı hüquqi nəticələr doğurur:
a) tərəflər arasında ərazi məsələlərinin həlli;
b) hərbi əsirlərin dəyişdirilməsi;
c) dövlətin (dövlətlərin) və ayrı-ayrı fərdlərin məsuliyyəti haqqında məsələlərin həlli;
ç) tərəflər arasında diplomatik və konsulluq münasibətlərinin bərpası və yaradılması.

"Tələbələrin" yaratdığı Taliban....Bir neçə müddətdir ki, dünyanın ən çox diqqət mərkəzində olan yerlərdən biri də Əfqan...
17/08/2021

"Tələbələrin" yaratdığı Taliban....

Bir neçə müddətdir ki, dünyanın ən çox diqqət mərkəzində olan yerlərdən biri də Əfqanıstandır. Beynəlxalq tədbirlərdə, ikili görüşlərdə, mediada geniş müzakirələr aparılır. Mədəni, iqtisadi, elmi inkişafdan uzaq, terrorizmin, qəbilə idarəçiliyinin və feodalizmin höküm sürdüyü, ərazisinin 75 %-dan çoxu dağlıq olan, dünyada dənizə çıxışı olmayan az ölkələrdən biri olan Əfqanıstanı beynəlxalq güclər üçün vacib edən nədir?

ABŞ 20 illik işğaldan sonra geri çəkilsə də Əfqanıstan, yüzilliklər ərzində bir çox imperiya və dövlətlər tərəfindən işğal edilmişdi. Ancaq heç bir işğalçı öz mənafeyini təmin edə biləcək güclü bir mərkəzi hökumət qurmağı bacarmamışdı.

Ona görə Əfqanıstan üçün istifadə olunan bir ifadə var: imperiyalar qəbiristanlığı.

Ölkə, Çin, İran və Türkmənistan, Özbəkistan, Tacikistan kimi dövlətlərin sərhəddində, köç və ticarət yollarının ortasındadır, bir çox fərqli tayfaların, etnik qrupların və fərqli dillərin danışıldığı, fərqli mədəniyyətlərin yaratdığı bir quruluşa malikdir.

Belə bir coğrafiyada bir-birinə rəqib və ya hətta düşmən olan tayfa və ya etnik qrup öz bölgəsində qalalar kimi fiziki cəhətdən qorunan yaşayış məskənləri yarada bilmişdi.
Buna görə də belə quruluşa malik bir ölkəyə girmək və mərkəzi hökumət qurmaq asan deyildi.

SSRİ kimi güclü bir imperiya 1979-cu ildə Əfqanıstana hücum etsə də məqsədinə çata bilmədən, on ildən sonra böyük hərbi, fiziki və maddi itkilərlə geri çəkilmişdir.

Əfqanıstanın 84 faizini sünni müsəlmanlar təşkil edir. Ölkənin qarışıq etnik mənsubiyyətində ən çox əhalisi 38 faizlə Paştunlardır. Əksəriyyəti ölkənin cənubunda və şərqindədir. Təxminən 15 milyon Puştun da ölkənin cənub qonşusu olan Pakistandanda yaşayır.

İngilis hökmranlığı sona çatanda və Pakistan 1947-ci ildə müstəqil bir ölkə olanda, ölkədəki Puştunlar Əfqanıstandakı Puştunlarla birləşərək "Puştunistan" adlı müstəqil bir ölkə qurmaq tələblərini irəli sürmüşlər.

Pakistanla bölgədəki Puştunlar arasında gərginlik davam edərkən, 1971-ci ildə Pakistandan ayrılaraq müstəqil olan Banqladeş İslam birliyi adında ölkə yarandı. Bu ayrılıq Pakistan rəhbərliyi üçün etnik göstəricinin dini bərabərlikdən üstün olduğunu göstərdi. Yəni, dinin birləşdirməsindən çox, etnik mənşə daha çox ayırırdı.

Bununla da Əfqanıstanda Puştunların etnik kimlik təbliğatı Pakistan üçün daha ciddi təhlükəsizlik təhdidinə çevrildi.

Belə bir mühitdə Pakistan Əfqanıstanda Puştunlar arasında İslam hərəkatının yayılmasına dəstək verməyə başladı. Pakistan, Puştunlar arasında yayılmış etnik millətçi hissləri boğmağı, onu “islam həmrəyliyi” ilə əvəzləməyi planlayırdı.

Pakistan kəşfiyyat xidməti (İnter-Services İntelligence - İSİ), bu məqsədlə bölgədən bir çox 'mücahidə” dini və hərbi təhsil verməyə başladı.

Bu tələbələr illər sonra Talibanın əsasını təşkil etdilər. Puştu dilində "tələbələr" Taliban deməkdir.

Pakistan müvəffəqiyyətli və cəsarətli gördüyü tələbələri bölgədəki ABŞ nümayəndələrinə təqdim edirdi. Beləliklə də Talibanla ABŞ-ın ilk əlaqələri yaranmış oldu.

Sol və Sovet dəstəkli əsgərlər 1978-ci ildə hakimiyyətə gəldikdə, Taliban Pakistan və ABŞ-ın dəstəyi ilə ölkəyə girərək silahlı üsyan başlatdı.
Buna qarşılıq olaraq Sovet İttifaqı 1979-cu ilin dekabrında Qırmızı Ordunu Əfqanıstana göndərdi.

Sovetlərin hücumu Pakistandan gələn və silahlı üsyana başlayan 'mücahidlərə' xalqın dəstəyini artıraraq onların daha da böyüməsinə səbəb oldu. Bununla da ABŞ və Səudiyyə Ərəbistanından böyük miqdarda maliyyə yardımı alan Taliban daha da güclənə bildi.

Pakistanda “tələbə-mücahid” yetişdirən mədrəsələrin sayı qısa müddətdə 25 minə çatdı.

Əfqanıstan üzərində təhqiqatlar aparan və kitablar yazan Amerikalı akademik Barnett Rubinin qeyd edir ki, 1980-ci ilə qədər ABŞ illik 30 milyon vəsait ayırırdısa Sovetin hücumundan sonra bu rəqəm milyardlarla dollara çatdı. ABŞ-la yanaşı Səudiyyə Ərəbistan, İsrail və Çin də kifayət qədər hərbi və maddi yardımlar edirdilər.

SSRİ 1989-cu ildə Əfqanıstandan geri çəkildikdən sonra ABŞ mücahidlərə yardımını dayandırdı.

Sovet işğalından sonra kommunist hökuməti 1992-ci ilə qədər hakimiyyətdə qaldı.

Əlində silahları olan “mücahid” qruplar qırğınlar təşkil etməyə, adam qaçırma, cinayət, oğurluq, təcavüz, uşaqları və gəncləri zorla özlərinə qoşulmağa, Əfqan xalqının gündəlik həyatına məhdudiyyətlər tətbiq etməyə, qadınları bir çox hüquqlardan məhrum edən və buna qarşı gələnləri vəhşicəsinə cəzalandıran bir qüvvəyə çevrildi. Küçə döyüşləri Əfqanıstan vətəndaşlarının gündəlik həyatının bir hissəsi olmuşdu.

Ayrı-ayrı mücahid qrupların və qəbilələrin mübarizəsi səbəbindən 1992-1996-cı illər arasında artan qarışıqlıqdan istifadə edən Taliban, sabitliyi bərpa etmək vədi ilə nüfuz qazanmağa başladı.

Bu nüfuzdan və əlindəki qüvvələrdən istifadə edən Taliban 1994-cü ildə daha çox Puştunun yaşadığı Qəndahar şəhərində hakimiyyəti ələ keçirdi. Daha sonra ölkənin sərhəd keçid məntələrini ələ keçirən Taliban 1996-cı ildə Kabili almaqla Tacik əsilli Prezident Burhanettin Rabbani hakimiyyətini devirdilər.

Taliban, Vəhhabi (Səudiyyə) təlimi ilə formalaşan şəriət və Puştu qaydalarının bir-birinə qarışdığı bir “üsulu” qəbul etdi.

Əkiz Qüllələrin və Pentaqonun hədəf alınmasında Əl-Qaidəni günahlandıran ABŞ 2001-ci ildə Əfqanıstana hücum etdi.

Ölkənin 90 faizinə nəzarət edən Taliban, Kabili və höküməti tərk edərək əsasən Pakistana qaçdılar. Daha sonra Qəndəhar sərhədində yenidən təşkiltlanmağa başladılar.

ABŞ və NATO-nun başçılıq etdiyi qoşunların dəstəyi ilə Əfqanıstanda yeni bir hökumət qurulsa da, hava əməliyyatları, mülki insanların ölümünə səbəb olan ev basqınları və yerli tayfalar arasında döyüşlərin yenidən başlaması, bəzi bölgələrdə Talibana qarşı xalq rəğbətinin artmasına səbəb oldu.

Yenidən formalaşa bilən Taliban, 2012-ci ildə paytaxt Kabildə və NATO-nun bazalarına hücumlar etmək gücünə çatdı.

ABŞ və NATO 2014-cü ildə artıq 300 minlik Əfqan ordusu formalaşdırdığını, buna görə də təlim keçməyəcəyini və döyüşə birbaşa cəlb edilməyəcəyini bildirdikdən sonra Talibanın hücumları daha da artdı.

Müxtəlif vaxtlarda "işğalçı güc" olaraq xarakterizə etdiyi ABŞ -la bir masa arxasında oturan Taliban, nəhayət, 2020 -ci ilin fevral ayında ABŞ-ın geri çəkilməsi müqabilində müəyyən şərtləri yerinə yetirməklə bağlı öhdəliklər götürdü.

ABŞ-ın 20 ildən sonra nə olursa olsun Əfqanıstandan çıxacağını bilən Taliban, Əfqanıstanı yenidən tam olaraq ələ keçirməyə və beynəlxalq aləmdə leqal güc kimi tanınmaq üçün fəaliyyətə keçdi. Bu məqsədlə Rusiya, Çin, Orta Asiya ölkələri, Ərəb ölkələri, Pakistan və Türkiyə ilə əlaqələr qurmağa başladı.

Bu mərhələdə, qızların, qadın müəllimlərdən dərs ala biləcəyinə və ya həkim olan qadınların qadın xəstəxanalarında işləməyə və qadınları müalicə etmək üçün kənd yerlərinə getməyə icazə verəcəyi kimi açılamalar edərək köhnə sərt qaydalarını da yumşalda biləcəklərini nümayiş etdirirdilər.

Taliban kim idarə edir, gəlirləri haradan gəlir?

Taliban liderlənin əksəriyyəti Sovet müdaxiləsi zamanı Qırmızı Ordu ilə döyüşən mücahidlərdən ibarətdir. Qurucu lider, ABŞ-ın işğalından əvvəl Əfqanıstanı da idarə edən Molla Məhəmməd Ömərdi.

İdarəçiliyi, Rəhbər Şurası və hərbi və siyasi qərarların verildiyi, 26 üzvdən ibarət Məclis tərəfindən aparılır. Bundan başqa təhsil, səhiyyə, hərbi məsələlər, kəşfiyyat, daxili siyasət və iqtisadiyyat kimi məsələlərdən məsul "nazirliklər" kimi xidmət göstərən 17 komissiyası da vardı.

Əsas maliyyə qaynağının narkotik vasitələr olduğu deyilir. Ümumiyyətlə, dünya tiryək istehsalının 90 faizindən çoxunun Əfqanıstanda olduğu təxmin edilir ki, bunun da satışından Taliban 100 milyonlarla dollar vəsait əldə edir. Bununla yanaşı topladığı 'vergi' gəlirlərindən, yeraltı sərvətlərin çıxarılması və satışından, beynəlxalq yardımlardan da gəlir əldə edir.

Bu qədər qeyri-leqal işlərlə məşğul olmasına baxmayaraq beynəlxalq aləmdə rəsmi güc kimi tanınması üçün münasibətlər yaratmağa çalışıb.

Elə ona görə də 2013-cü ildə Avropa ölkələri ilə əlaqələrin yaradılması məqsədi ilə Qətərin paytaxtı Dohada böyük bir ofis açmışdır. Ondan sonra Almaniya, Fransa İsveç, Norveç, Türkiyə, Rusiya ilə təmasa başladı.

Əfqanıstanın şərq sərhədində yerləşən Əl-Qaidə üzvlərinin burada sığınmasına icazə verməməsi və oradan Çinə hücum etməməsi ilə bağlı 2015-ci ildə Çinlə razılaşmışdı. Çin Sincandakı uyğurları sərhəddə Əl-Qaidə ilə əməkdaşlıqda günahlandırırdı.

Bunun qarşılığında Pekin rəhbərliyi Əfqanıstan hökuməti ilə bəzi sahələrə investisiya qoymaq və mədənlərdə işləmək üçün müqavilələr bağladı. Razılaşmaların edildiyi bəzi yerlər Talibanın nəzarətində idi.

Taliban rəhbərliyinin böyük əksəriyyəti Sovetlərə qarşı mübarizə aparan "mücahidlərdən" ibarət olsa da, 2017-ci ildə Rusiya “inkişaf” edən Talibanla birbaşa təmas quraraq yeni dövrdə bölgədə söz sahibi olmaq üçün fürsəti əldən verməməyə çalışırdı. Danışıqlardan sonra bəzi Taliban rəhbərlərini sanksiyalar siyahısından da çıxartdı.

Talibanla ölkələrin bir neçə il bundan əvvəl əlaqə qurmağa başlaması bu gün baş verən hadisələrin birdən-birə yaranmadığı, əvvəlcədən planlaşdırıldığının göstəricisidir.

Yoxsa necə ola bilər ki, ABŞ-ın rəhbərliyi ilə NATO-nun hazırladığı 300 minlik Əfqan ordusu ancaq yerüstü silahlara malik olan 70 minlik Taliban qarşısında məğlub olsun.

Bu bir neçə il bundan əvvəl eyni ssenari Suriyada da həyata keçirilmişdi. İŞİD üzvü olan 500-600 nəfərlik terrorçular on minlərlə Suriya orsdusunu “məğlub” edərək böyük əraziləri işğal etdi. Daha sonralar həmin ərazilər İŞİD-dən alınaraq PKK-ya verildi.

Əfqanıstan Böyük ipək yolunun üstündə yerləşən, ABŞ-ın rəqibləri olan Çin, İran və Rusiya (KTMT vasitəsilə) ilə ümumi sərhəddə malik olan ölkədir.

Əlbəttəki, Amerika Əfqanıstandan qaçmır, rəqiblərinin sərhəddində əlavə münaqişə yaratmaq üçün gedir.

Çox böyük ehtimalla Əfqanıstanda digər terror təşkilatları və digər etnik qruplar gücləndirilməklə vətəndaş müharibəsi başladılacaq. Bunun da nəticəsində böyük köç yaranacaq. Çin, İran, Rusiya Əfqanıstana müdaxilə etməklə, ölkə bir neçə qüvvənin nəzarətinə keçməklə, parçalanacaq. Bunun da nəticəsində ölkə ərazisindən hansısa beynəlxalq güc öz məqsədi üçün təkbaşına istifadə edə bilməyəcək və ölkədə uzun müddətli qeyri sabitlik yaranacaq (Suriyada olduğu kimi).

Taliban, İranın da qızışdırması ilə orda yaşayan 7 milyondan çox Türk kökənli vətəndaşlara hücum edəcək. Belə bir hücumun olması Çinin də “mənafeyinə uyğundur”.

Əfqanıstan Çinin Uyğurlar yaşayan vilayəti ilə sərhəddir. Ona görə Çin Əfqanıstandan öz ərazisinə keçə biləcək azadlıq hərəkatından çox narahatdır.

Türk kökənli əfqanıstanlılara qarşı hücum nəticəsində Türkiyəyə doğru köç yaranacaq. Köçün və qırğının qarşısını almaq üçün Türkiyə də müdaxilə etmək məcburiyyətində qalacaq. İran və Türkiyə də daxil qonşu ölkələr köçdən böyük zərər görəcəklər.

Əfqanıstan ikinci Suriya olaraq dünyaya terror ixrac edən, yetişdirən region olaraq daha da “inkişaf” edəcək həm də İslam adı ilə.

Bununla da Qərb və müəyyən qüvvələr İslamın terrorla bağlılığı altında yenidən “tezizslər” irəli sürməyə başlayaca, islama qarşı hücumlar, gözdənsalma kompaniyaları artacaq.

ABŞ, rəqibi olan Çin, Rusiya, İran və Türkiyəni eyni məkanda yeni münaqişəyə çəkərək onların əlavə xərcə çəlb olunmasına, əsasən də inkişaf edən Çinin yaxın şərqə olan ən yaxın yolunu kəsməklə 20 ildə milyardlarla dollar vəsait xərclədiyi Əfqanıstanı tərk etdi.

Address

Baku

Opening Hours

Monday 10:00 - 19:00

Telephone

+994502207004

Website

Alerts

Be the first to know and let us send you an email when Yalçın Hacızadə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share