AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov

AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov, Legal Service, Baku.

25/08/2026

Hüquqi məsləhət, məhkəmədə təmsilçilik və digər hüquqi xidmətlər üçün şirkətimizə müraciət edə bilərsiniz.
Sizə xidmət etməkdən məmnunluq hissi duyuruq.

⚖️SƏRDAR İSMAYILOV & PARTNYORLARI
📞 +994514448888
📩[email protected]

08/08/2026

Bəs sizcə❓

Ən çox problem yaşanan 3 tip insan:

1️⃣ Valideynlərinin təsiri altında yaşayanlar.
Ailə qurduqdan sonra qərarlar həyat yoldaşı ilə verilməlidir. Kənar müdaxilə artdıqca, mübahisələr də artır.

2️⃣ Xəyallarda yaşayanlar.
Gəliri ilə uyğun olmayan həyat tərzini qarşı tərəfdən tələb etmək zamanla narazılıq, borc və gərginlik yaradır.

3️⃣ Bir-biri ilə dost və sirdaş olmayanlar.
Güclü ailənin təməli təkcə sevgi deyil. Etibar, açıq ünsiyyət və dostluq olmadıqda, ən kiçik problem belə böyük münaqişəyə çevrilə bilir.

Bu, hüquqi norma deyil, təcrübəmizdə olan ailə mübahisələrindən etdiyimiz müşahidədir.

⚖️SƏRDAR İSMAYILOV & PARTNYORLARI
📞 +994514448888
📩[email protected]

02/08/2026

Nikahdan əvvəl alınan mənzil avtomatik olaraq birgə əmlak sayılmır.
Əgər mənzil nikahdan əvvəl ipoteka ilə alınıb və alqı-satqı müqaviləsi də nikahdan əvvəl bağlanıbsa, həmin mənzil, bir qayda olaraq, həmin şəxsin şəxsi mülkiyyəti hesab edilir.
Bəs ipoteka ödənişləri nikah dövründə ailənin ümumi vəsaiti hesabına edilibsə?
Bu halda digər həyat yoldaşının mənzilin yarısına deyil, nikah dövründə ipoteka üzrə ödənilmiş ümumi vəsaitdəki payına dair hüquqi tələbi yarana bilər. Hər bir işin konkret halları, təqdim olunan sübutlar və tətbiq olunan hüquq normaları nəticəyə təsir edə bilər.

Sərdar İsmayılov & Partnyorları
📞 Əlaqə: +994514448888

28/07/2026

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Prezident qanun qəbul etmir. Qanunları Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir.

Prezident isə iki növ hüquqi akt qəbul edir: fərman və sərəncam.

Ümumi xarakterli hüquqi normalar müəyyən edildikdə fərman, digər məsələlər üzrə isə sərəncam qəbul olunur.

Sərdar İsmayılov & Partnyorları
☎️0514448888

27/07/2026

Hüququnuzu bilmədən atdığınız bir addım sonradan böyük problemə çevrilə bilər.

Gündəlik həyatda qarşılaşdığımız bir çox hüquqi vəziyyətdə insanlar nə edəcəyini dəqiq bilmir. Məhz bu səbəbdən hüquqi məlumatlı olmaq hər kəs üçün vacibdir.

Bu videoda mövzu ilə bağlı bilməli olduğunuz əsas məqamları sadə və anlaşılan şəkildə izah edirik.

26/07/2026

Bir uşaq qatilinin yaşamağa haqqı varmı?

Əlbəttə, yoxdur.
Amma dünya hüquq təcrübəsində fərqli yanaşma vardır.

Təsəvvür edin ki, bir nəfər edam edilir. İllər sonra yeni sübut ortaya çıxır və məlum olur ki, əsl cinayətkar o deyilmiş.

Həbs cəzasında belə bir səhvi müəyyən qədər düzəltmək mümkündür. Bəs icra olunmuş edam hökmünü necə geri qaytarmaq olar?

Məhz buna görə dünyanın bir çox ölkəsində edam hökmü ətrafında mübahisələr hələ də davam edir.

Bəs Sizcə, bir nəfərin günahsız yerə edam edilmə ehtimalı olsa belə, edam hökmü tətbiq olunmalıdırmı?

Sərdar İsmayılov & Partnyorları
Hüquqi mövzuları sadə dillə izah edirik.

Address

Baku

Telephone

+994514448888

Website

Alerts

Be the first to know and let us send you an email when AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov:

Shortcuts

Share

Category