Bakı 29 saylı Mediasiya Təşkilatı

Bakı 29 saylı Mediasiya Təşkilatı Mülki, ailə və kommersiya mübahisələrinin məhkəmədənkənar, tərəfsiz və peşəkar həlli.

29 SAYLI BAKI MEDİASİYA TƏŞKİLATI✨ ​MEDİATOR KİMDİR?​MEDİATOR (vasitəçi):Mübahisə edən tərəflər arasında dialoq yaradan,...
26/07/2026

29 SAYLI BAKI MEDİASİYA TƏŞKİLATI

✨ ​MEDİATOR KİMDİR?
​MEDİATOR (vasitəçi):
Mübahisə edən tərəflər arasında dialoq yaradan, mediasiya prosesini müstəqil və qərəzsiz şəkildə idarə edən peşəkar şəxsdir.
​MEDİATORUN ƏSAS VƏZİFƏLƏRİ:
​Qərar vermir: Hakim və ya arbitr deyil, tərəflərin yerinə qərar qəbul etmir.
​Körpü qurur: Tərəflərin bir-birini anlamasına və ortaq məxrəcə gəlməsinə şərait yaradır.
​Neytraldır: Heç bir tərəfin vəkili deyil, tamamilə bitərəf mövqe tutur.
​Məxfiliyi qoruyur: Proses zamanı danışılan bütün məlumatların gizliliyini təmin edir.

​Əlaqə vasitələri:
​📞 Telefon: +994 55 428 08 85
​📧 E-poçt: [email protected]
​📍 Ünvan: AZ1006, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 6.

Bakı 29 saylı Mediasiya Təşkilatında dəyərli qonaqlarımız💙 Bəzi görüşlər sadəcə bir ziyarət deyil, dostluğun, etimadın v...
13/07/2026

Bakı 29 saylı Mediasiya Təşkilatında dəyərli qonaqlarımız💙
Bəzi görüşlər sadəcə bir ziyarət deyil, dostluğun, etimadın və insani dəyərlərin gözəl təcəssümüdür.
Bu gün təşkilatımızda əslən Hindistandan olan Kanada vətəndaşı Sarita Vaid xanımı, eləcə də hörmətli Almaz İsmayılova, İlhamiyə Rza, Cəfərova Xatirə və Təranə Əsgərova xanımları böyük məmnuniyyətlə qarşıladıq.
Səmimi söhbətlərimiz və dəyərli fikir mübadiləmiz bir daha göstərdi ki, fərqli ölkələr və mədəniyyətlər insanlıq, hörmət və xeyirxahlıq kimi ortaq dəyərlər qarşısında sərhəd tanımır.
Dəyərli qonaqlarımıza göstərdikləri diqqətə, səmimiyyətə və xoş ziyarətlərinə görə ürəkdən təşəkkür edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayırıq.
Bakı 29 saylı Mediasiya Təşkilatının qapıları da, qəlbləri də Sizin üçün hər zaman açıqdır. 🌹🇦🇿

“Hakim olmaq peşədir, ədalətli insan olmaq isə ömür boyu qorunan mənəvi zirvədir.”Bəzi insanlar tutduqları yüksək vəzifə...
09/07/2026

“Hakim olmaq peşədir, ədalətli insan olmaq isə ömür boyu qorunan mənəvi zirvədir.”
Bəzi insanlar tutduqları yüksək vəzifələrlə deyil, ömür boyu qoruduqları vicdan, dürüstlük və ədalət prinsipləri ilə cəmiyyətin yaddaşına həkk olunurlar.
Bərdə Rayon Məhkəməsinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi Mayıl Bayramov məhz belə dəyərli şəxsiyyətlərdəndir.
Uzun illər hüququn aliliyinə, insan hüquqlarının müdafiəsinə və ədalətin bərqərar olmasına xidmət edən Mayıl müəllim peşəkarlığı, prinsipiallığı, yüksək mənəvi keyfiyyətləri, sadəliyi və təvazökarlığı ilə hər zaman böyük hörmət qazanmışdır.
Hörmətli Mayıl müəllim!
Yeni yaşınız mübarək! Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, tükənməz həyat enerjisi və Azərbaycan hüquq sisteminin inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Allah Sizi qorusun, ömrünüzü bərəkətli, nüfuzunuzu daim uca etsin! 🇦🇿

Hörmətlə, Bakı 29 saylı Mediasiya Təşkilatının kollektivi!

Peşəkar dostluq və ortaq amal: Bakı 29 saylı Mediasiya Təşkilatında dəyərli görüşBakı 29 saylı Mediasiya Təşkilatı media...
02/07/2026

Peşəkar dostluq və ortaq amal: Bakı 29 saylı Mediasiya Təşkilatında dəyərli görüş
Bakı 29 saylı Mediasiya Təşkilatı mediasiya ailəsinin dəyərli nümayəndələrini qəbul edərək, peşəkar həmrəyliyin ən gözəl nümunəsini nümayiş etdirdi. Bu görüş təkcə təcrübə mübadiləsi deyil, həm də mediatorlar arasında formalaşan səmimi dostluq münasibətlərinin və bir-birimizin uğurlu fəaliyyətinə duyduğumuz yüksək etimadın təzahürüdür.
Görüşdə iştirak edərək peşəkar dəstəklərini əsirgəməyən Tural Şahbazov və Hüseyn Məmmədov (Bakı 6 saylı MT), Nicat İsmayılov (Bakı 20 saylı MT), Ülkər Zülfüqarova (Bakı 24 saylı MT), Aqil Əsgərov və Tural Məmmədov (Bakı 25 saylı MT) ilə bir araya gəlməkdən böyük məmnunluq duyduq. Təşkilatımızın kollektivi – Şəmsənur Allahverdiyeva, Fatimə Mehdiyeva, Leyla Məmmədova və Venera Əsgərova ilə birlikdə həmkarlarımızı qəbul edərək, mediasiya institutunun gələcəyi üçün yeni və uğurlu üfüqlər müəyyən etdik.
Bir-birimizin uğuruna sevinmək və eyni amal uğrunda çiyin-çiyinə çalışmaq bizim ən böyük gücümüzdür. Bu xoş görüşə və göstərdikləri peşəkar dəstəyə görə hər bir həmkarımıza dərin təşəkkürümüzü bildirir, daha ədalətli və barışdırıcı bir cəmiyyət naminə birlikdə daha böyük nailiyyətlərə imza atmağı arzulayırıq.
Bakı 29 saylı Mediasiya Təşkilatı

30/06/2026

Fəxri qonağımız

13/06/2026
13/06/2026
13/06/2026

Address

Baku

Telephone

+994554280885

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı 29 saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bakı 29 saylı Mediasiya Təşkilatı:

Shortcuts

Share