Foreign Educated Lawyers’ Association - FELAS

Foreign Educated Lawyers’ Association - FELAS Professional networking & discussion platform of Azerbaijani lawyers 🌐 və sosial media platformaları (Təşkilatın rəsmi hesabları, ortaq qruplar və s.)

• "FELAS" xarici ölkələrdə hüquq təhsili almış azərbaycanlı hüquqşünasların öz ideyalarını, fikirlərini, hüquq düşüncələrini və ortaq dəyərlərini paylaşdığı bir şəbəkələşmə platformasıdır.

• Təşkilatın fəaliyyət istiqamətləri:

(a) Şəbəkələşmə tədbirləri vasitəsilə xaricdə təhsil almış azərbaycanlı hüquqşünasları bir araya gətirmək;
(b) Tanınmış və təcrübəli məzunları dəvət edərək müzakirə sessiy

aları, tədbirləri təşkil etməklə təcrübə və bilik mübadiləsi üçün ortaq platforma yaratmaq;
(c) Hüququn müxtəlif sahələrində müzakirə mühiti yaratmaqla qanunvericiliyin və hüquqi praktikanın təkmilləşməsinə nail olmaq;
(d) Müxtəlif növ təlimlər, yay və qış məktəbləri, vörkşoplar təşkil etməklə ölkədə hüquq sahəsində yeni akademik mühit yaratmaq;
(e) Sosial şəbəkə hesabları və digər vasitələrlə xaricdə təhsil almış tanınmış azərbaycanlı məzunların profillərini tanıtmaq;
(f) Yerli universitetlərin hüquq fakültələri arasında tanınmış və yüksək reytinqli xarici universitetlərin, hüquq məktəblərinin yaxşı təcrübələrini təşviq etmək.

• Tədbirlər planı:

(a) Peşəkar tədbirlər – beynəlxalq müstəvidə möhkəmlənən, lakin Azərbaycanda hüquqşünaslar tərəfindən diqqət yetirilməyən və müzakirə edilməyən hüquq sahələrinin, mözvularının həmin istiqamətlər üzrə ixtisaslaşmış xarici və yerli hüquqşünasların iştirakı ilə müzakirəsinin seminarlar, təlimlər, workshoplar vasitəsilə təşkili;

(b) Təhsil tədbirləri – hüquq tələbələri və gənc hüquqşünasların müxtəlif ölkələrdə hüquq təhsilinin xüsusiyyətləri, təhsil və təqaüd imkanları, tələbə həyatı və s. barədə həmin ölkələrdə təhsil almış hüquqşünaslar tərəfindən məlumatlandırılması;

(c) Şəbəkələşmə layihələri – müxtəlif əyləncəli tədbirlər (intellektual yarışlar, gəzintilər, görüşlər və s.) vasitəsilə xaricdə təhsil almış azərbaycanlı hüquqşünasları bir araya gətirmək.

• Hüquqi təhlil və dəstək:

(a) Qanunvericiliyin sahəvi təhlili üzrə qruplar – milli qanunvericilikdə mövcud olan çatışmazlıqlar, kolliziyalar, mümkün yeni yanaşmalar və inkişaf imkanları barədə Təşkilatın nəzdində fəaliyyət göstərəcək Sahəvi Təhlil Qrupları tərəfindən mütəmadi təhlillərin aparılması və təhlillərin nəticələrinin aidiyyəti dövlət qurumlarına ünvanlanması;

(b) "Amicus Curiae" – Ali Məhkəmə tərəfindən ictimai müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələlərlə bağlı hüquqi rəylərin hazırlanması;

(c) "Moot Court" müsabiqələri – beynəlxalq məhkəmə müsabiqələrində yerli universitetləri təmsil edəcək komandaların yarışmalara hazırlaşmasına dəstək göstərilməsi məqsədilə müvafiq sahə üzrə təcrübəsi olan üzvlərin iştirakı ilə təlimlərin, əlçatan xarici universitetlərin komandaları ilə simulyasiyalarının və s. təşkil edilməsi.

[ENG version below🇬🇧]Beynəlxalq Gənclər Gününüz mübarək! 🎊12 avqust dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. “G...
12/08/2026

[ENG version below🇬🇧]

Beynəlxalq Gənclər Gününüz mübarək! 🎊

12 avqust dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. “Gənclər tərəqqi üçün lazım olan bilik və imkanlarla təmin olunduqda inkişaf üçün müsbət qüvvə ola bilər” (Gənclər 2030: BMT-nin Gənclər Strategiyası).

17 dekabr 1999-cu il tarixində BMT Baş Assambleyası Gənclər üzrə Məsul Ümumdünya Nazirlər Konfransının hazırladığı tövsiyəni təsdiqləmiş və bununla da “Beynəlxalq Gənclər Günü” təsis edilmişdir. İlk dəfə 12 avqust 2000-ci il tarixində bütün dünyada cəmiyyəti gənclər işi sahəsində maarifləndirmək və gəncləri qlobal problemlərin həllində iştiraka cəlb etmək üçün bu gün qlobal səviyyədə qeyd edilmişdir. Həmin gündən bəri gənclər qlobal dünyada dəyişimin və inkişafın tam mərkəzində yer alır.


___________________________________________

Happy International Youth Day! 🎊

12 August is celebrated as "International Youth Day" in the world. “Youth can be a positive force for development when provided with the knowledge and opportunities they need to thrive” (Youth 2030: UN Youth Strategy).

On 17 December 1999, the UN General Assembly endorsed the recommendation made by the World Conference of Ministers Responsible for Youth, and the “International Youth Day” was established. At the global level, it was first celebrated on 12 August 2000, in the whole world to educate society on youth work and engage young people in solving global problems. Since that day, youth have been at the center of change and development in the global world.

📣 Əziz izləyicilər, hər birinizi bu həftənin bazar günü (5 iyul) saat 11:00-da “LL.M. Application Strategies” adı altınd...
01/07/2026

📣 Əziz izləyicilər, hər birinizi bu həftənin bazar günü (5 iyul) saat 11:00-da “LL.M. Application Strategies” adı altında keçirəcəyimiz məlumat sessiyasında iştirak etməyə dəvət edirik.

FELAS olaraq bu sessiyanın keçirilməsində məqsədimiz xarici universitetlərdə hüququn müxtəlif sahələri üzrə magistratura təhsili almağı planlaşdıran tələbə və hüquqşünas həmkarlarımızla ərizə prosesində diqqət yetirməli olduqları məsələləri müzakirə etməkdən ibarətdir.

🇺🇸 Görüşdə spiker qismində 2026-2027-ci tədris ili üzrə dünyanın ən nüfuzlu hüquq məktəblərindən biri olan Harvard Hüquq Məktəbinin Hüquq üzrə magistratura proqramına tam təqaüdlə qəbul olmuş və yaxın zamanda həmin proqramda təhsilinə başlayacaq Selcan Məmmədli çıxış edəcək.

✔️ Selcan bu il Harvard Hüquq Məktəbi ilə yanaşı həm də Amerikanın ən nüfuzlu universitetlərindən olan Çikaqo, Nyu York və Kaliforniya (Berkeley) Universitetlərinin də magistratura proqramlarına qəbul olmuş, o cümlədən “DAAD ERP” və “Erasmus Mundus” təqaüd proqramlarının qalibi olmuşdur. O, 2023-cü ildə ADA Universitetinin Hüquq Fakültəsindən fərqlənmə ilə məzun olmuş və tələbə olduğu dövrdə Prezident təqaüdçüsü olmuşdur.

🔗 Qeydiyyat linki: https://shorturl.at/W08R5

🔺 Bu görüş yalnız hüquq tələbələri və hüquqşünaslar üçün nəzərdə tutulub.

⏰ Son müraciət tarixi: 4 iyul, saat 18:00 (Bakı vaxtı)

20 iyun 2026-cı il tarixində “Techlaw.az” texnoloji hüquq platforması ilə birgə təşkilatçılığımız çərçivəsində “Əmək hüq...
23/06/2026

20 iyun 2026-cı il tarixində “Techlaw.az” texnoloji hüquq platforması ilə birgə təşkilatçılığımız çərçivəsində “Əmək hüququ və süni intellekt” mövzusunda daha bir maraqlı onlayn tədbirimiz baş tutdu.

Tədbirdə spikerlərimiz tərəfindən əmək münasibətlərində süni intellekt və "rəqəmsal işçi" məsələləri, neyrohüquqlar, insan əməyinin avtomatlaşdırılmasının fəlsəfi əsasları və yaratdığı sosial nəticələri, o cümlədən süni intellekt vasitəsilə yaradılmış əsər üzərində müəlliflik hüququnun rejimi məsələləri üzrə təqdimatlar edildi. Bununla yanaşı, sonda iştirakçıların mövzu üzrə sualları və fikirləri əsasında müzakirələr aparıldı.

Tədbirimizə maraq göstərib iştirak edən bütün həmkarlarımıza bir daha öz minnətdarlığımızı bildiririk. FELAS olaraq hüquqşünaslar arasında müxtəlif maraqlı mövzular üzrə müzakirələrin təşkilini gələcəkdə də davam etdirəcəyik.

20 iyun 2026-cı il tarixində FELAS və Techlaw.az texnoloji hüquq platformasının ortaq təşkilatçılığı ilə “Əmək hüququ və...
15/06/2026

20 iyun 2026-cı il tarixində FELAS və Techlaw.az texnoloji hüquq platformasının ortaq təşkilatçılığı ilə “Əmək hüququ və süni intellekt” mövzusunda onlayn panel müzakirə təşkil olunacaq.

Bənzər mövzuda bu ilin aprel ayında keçirilmiş tədbirin davamı kimi keçiriləcək olan tədbirdə spikerlər qismində “IronWood Consulting” hüquq şirkətinin təsisçisi və “TechLaw.az” platformasının həmtəsisçisi Ruslan Muxtarov, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Ümumi hüquq kafedrasının müəllimi Əli Qədimov və “Daşkəsən Dəmir Filiz” MMC-nin Korporativ hüquqi tənzimləmə və komplayens sektorunun müdiri, Masarik Universitetinin İKT hüququ üzrə fəlsəfə doktoru namizədi Kənan Nağıyev aşağıdakı mövzular üzrə təqdimatla çıxış edəcək:

– Rəqəmsal işçi: süni intellekt və əmək münasibətləri;
– İnsan əməyinin avtomatlaşdırılması və sosial ədalət problemi;
– İşçi tərəfindən süni intellekt vasitəsilə yaradılmış əsər üzərində müəlliflik hüququ rejimi.

✔️ Qeyd etmək istərdik ki, panel müzakirədə müxtəlif sektorlarda, o cümlədən elmi və praktiki sahələrdə fəaliyyət göstərən hüquqşünaslar, hüquq tələbələri və mövzu ilə maraqlanan digər şəxslər iştirak edə bilərlər.

📋 İştirakçılara sonda tədbirdə iştirakla bağlı onlayn sertifikat təqdim ediləcək.

📩 Qeydiyyatdan keçmiş şəxslərə görüşün linki əvvəlcədən email vasitəsilə təqdim ediləcək.

👉🏻 Qeydiyyat linki: https://shorturl.at/pFjkx

⏰ Son müraciət tarixi: 19 iyun, 18:00 (Bakı vaxtı)

Bu gün 28 May – Müstəqillik Günüdür! 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demok...
28/05/2026

Bu gün 28 May – Müstəqillik Günüdür!

1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik respublika olaraq tarixin səhifələrində öz yerini tutmuşdur. Müstəqilliyimizin əldə olunmasında mühüm rolu olan şəxsləri dərin hörmət və ehtiramla anırıq.

Müstəqillik günümüz mübarək! 🇦🇿
__________________________________

Today is May 28 – Independence Day!

The Azerbaijan Democratic Republic, established in 1918, has been the first democratic republic in the Muslim East in history. We remember with deep respect and reverence those who played an important role in achieving our independence.

Happy Independence Day! 🇦🇿

☘️ 24 may tarixində Astaranın Sım kəndinə hüquqşünas həmkarlarımızla birlikdə şəbəkələşmə məqsədli hiking səfərimiz baş ...
26/05/2026

☘️ 24 may tarixində Astaranın Sım kəndinə hüquqşünas həmkarlarımızla birlikdə şəbəkələşmə məqsədli hiking səfərimiz baş tutdu.

🌀 Müxtəlif sahələrdə çalışan gənc hüquqşünasların iştirakı ilə keçirilən səfər iştirakçılar arasında yeni tanışlıqların və əlaqələrin formalaşdırılması, eyni zamanda onların gündəlik iş mühitindən uzaqlaşaraq səmərəli vaxt keçirmələri məqsədilə təşkil olunmuşdur.

🤝 Bizimlə birlikdə bu gəzintidə iştirak edən hər bir iştirakçımıza təşəkkür edir, turun təşkilində göstərdiyi dəstəyə və peşəkar bələdçiliyə görə komandasına minnətdarlığımızı bildiririk.

🤝 Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyası (FELAS) və “PRAKKOM” hüquq platforması arasında əməkdaşlığa dair Anlaşma M...
18/05/2026

🤝 Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyası (FELAS) və “PRAKKOM” hüquq platforması arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Bu əməkdaşlıq çərçivəsində hər iki platformanın hüquqi maarifləndirmə, tələbə və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, innovativ hüquqi platformalarının ölkədə təşviqi, qanunvericiliyin təbliği, eləcə də hüquq sahəsində təlim və tədqiqat fəaliyyətlərinin inkişafı istiqamətlərində birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, sadalanan istiqamətlər üzrə tərəflər hüquqşünasların praktiki bacarıqlarının artırılması və onların peşəkar inkişafına dəstək verilməsi yönündə ortaq fəaliyyətlərin həyata keçirilməsini əməkdaşlığın əsas prioritetləri kimi müəyyən edir.
_______________________________________

🤝 A Memorandum of Understanding on cooperation has been signed between the Foreign Educated Lawyers Association (FELAS) and the “PRAKKOM” legal platform.

Within the framework of this collaboration, both platforms intend to jointly carry out activities in the areas of legal awareness, enhancement of the knowledge and skills of students and young legal professionals, promotion of innovative legal platforms within the country, dissemination of legislation, as well as the development of training and research initiatives in the field of law.

At the same time, the parties identify the implementation of joint initiatives aimed at improving lawyers’ practical competencies and supporting their professional development as key priorities of this partnership.

🏔️ Əziz dostlar, FELAS komandası olaraq sizləri 24 may tarixində Astaranın Sım kəndinə təşkil edəcəyimiz yürüş (hiking) ...
05/05/2026

🏔️ Əziz dostlar, FELAS komandası olaraq sizləri 24 may tarixində Astaranın Sım kəndinə təşkil edəcəyimiz yürüş (hiking) səfərində iştirak etməyə dəvət edirik.

📋 Qeyd edilən linkə daxil olmaqla səfər proqramı ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz: https://shorturl.at/TI2eS

🌀 Bu tip şəbəkələşmə səfərləri və görüşlərini təşkil etməkdə əsas məqsədimiz hüquqşünasları bir araya gətirərək onlar arasında yeni əlaqələr yaratmaq, o cümlədən mövcud əlaqələri gücləndirmək və ümumilikdə hüquqşünasları gündəlik yorucu iş həyatından ayıraraq, onlar arasında qeyri-rəsmi və səmimi bir platforma yaratmaqdan ibarətdir.

✔️ Səfər yalnız peşəkar hüquqşünaslar üçün təşkil olunur və hüquq tələbələrinin iştirakı nəzərdə tutulmayıb.

☘ Qeyd edək ki, hiking turumuzda iştirak etmək üçün yerlərimiz çox məhduddur və mümkün qədər tez qeydiyyatdan keçməyiniz tövsiyə olunur. Səfərdə iştirak etmək üçün iştirak haqqı nəzərdə tutulub.

🤝 Bu səfər şirkəti tərəfindən hazırlanır və təşkil olunur. FELAS heç bir kommersiya məqsədi güdmədən, yalnız koordinasiyaedici və həmtəşkilatçı rolda çıxış edir.

🔗 Qeydiyyat üçün link: https://shorturl.at/jBDVl

❗Son müraciət tarixi: 15 may, saat 23:59 (Bakı vaxtı)

– Qeydiyyat formunu təqdim etmiş iştirakçılarla səfərdən əvvəl əlaqə saxlanılacaq və təşkilati məsələlərlə bağlı daha ətraflı məlumat veriləcək.

– Müraciət edən şəxslərin sayının səfər üçün nəzərdə tutulan saydan daha artıq olduğu halda FELAS müəyyən edilmiş son müraciət tarixindən əvvəl qeydiyyat prosesini dayandırmaq hüququnu özündə saxlayır.

25 aprel 2026-cı il tarixində Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyası (FELAS) və “Techlaw.az” texnoloji hüquq platfo...
28/04/2026

25 aprel 2026-cı il tarixində Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyası (FELAS) və “Techlaw.az” texnoloji hüquq platformasının ortaq təşkilatçılığı ilə “Süni intellektin məhkəmə sistemində tətbiqi” mövzusunda onlayn panel müzakirə keçirilmişdir.

Tədbirdə spikerlər tərəfindən elektron və smart məhkəmələr, süni intellektin məhkəmə sistemində mövcud olan modelləri, imkanlar və risklər, yüksək riskli süni intellektə dair tələblər üzrə təqdimatlar edilmişdir.

Eyni zamanda, məhkəmələrdə mühakimə prosesinin müxtəlif mərhələlərində süni intellekt həllərinin tətbiqi, bu sferada mövcud dünya təcrübəsi və məhkəmə işləri barədə müzakirələr aparılmışdır. Tədbirin sual-cavab hissəsində spikerlər tərəfindən iştirakçıların mövzu üzrə sualları cavablandırmışdır.

Tədbirimizə maraq göstərib iştirak edən hakim və vəkillərə, hüquq tələblərinə və praktik və akademik sahələrdə fəaliyyət göstərən hüquqşünas həmkarlara təşəkkür edirik.

25 aprel 2026-cı il tarixində “Süni intellektin məhkəmə sistemində tətbiqi” mövzusunda Xarici Təhsilli Hüquqşünaslar Ass...
20/04/2026

25 aprel 2026-cı il tarixində “Süni intellektin məhkəmə sistemində tətbiqi” mövzusunda Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyası (FELAS) və “Techlaw.az” texnoloji hüquq platformasının ortaq təşkilatçılığı çərçivəsində panel müzakirə formatında vebinar baş tutacaq.

Vebinarda müasir dövrdə məhkəmələrdə süni intellektin tətbiqi imkanları, yaratdığı risklər və hüquqi məsuliyyət məsələləri, eləcə də bu prosesdə hakimlərin rolu və mövcud praktik təcrübələr müzakirələr olunacaq.

Panel müzakirədə spikerlər qismində “IronWood Consulting” hüquq şirkətinin təsisçisi və “TechLaw.az” platformasının həmtəsisçisi Ruslan Muxtarov, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Ümumi hüquq kafedrasının müəllimi Əli Qədimov və “Daşkəsən Dəmir Filiz” MMC-nin Korporativ hüquqi tənzimləmə və komplayens sektorunun müdiri, Masarik Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları hüququ üzrə fəlsəfə doktoru namizədi Kənan Nağıyev aşağıda qeyd edilən mövzular üzrə təqdimatla çıxış edəcək:

– Süni intellekt və məhkəmə qərarları: imkanlar, risklər və hakimin rolu;
– Məhkəmələrdə generativ süni intellektin istifadəsi imkanları, riskləri və hüquq məsuliyyəti;
– Məhkəmələrdə süni intellekt həllərinin tətbiqi təcrübələri.

✔️ Qeyd etmək istərdik ki, vebinarda akademik və praktiki sahələrdə fəaliyyət göstərən hüquqşünaslar, hakim və vəkillər, hüquq tələbələri və mövzu ilə maraqlanan digər şəxslər iştirak edə bilərlər.

📝 İştirakçılara sonda sertifikat təqdim edilməsi nəzərdə tutulub.

📩 Qeydiyyatdan keçmiş şəxslərə vebinarda iştirak linki əvvəlcədən email vasitəsilə təqdim ediləcək.

👉🏻 Qeydiyyat linki: https://shorturl.at/3oB36

⏱️ Son müraciət tarixi: 24 aprel, 18:00 (Bakı vaxtı)

Address

Baku

Telephone

+994553855474

Website

Alerts

Be the first to know and let us send you an email when Foreign Educated Lawyers’ Association - FELAS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Foreign Educated Lawyers’ Association - FELAS:

Shortcuts

Share

Category