Huquqi Destek Merkezi

Huquqi Destek Merkezi Korporativ xidmətlər (hüquq, maliyyə, vergi və marketin üzrə)

02/02/2020
- - - DAŞINMAZ ƏMLAKa ETİBARNAMƏ İLƏ " kupça " ALMAQ OLARMI ? .... Qonşumdan etibarnamə ilə torpaq sahəsi almışam . Yaln...
24/02/2018

- - - DAŞINMAZ ƏMLAKa ETİBARNAMƏ İLƏ " kupça " ALMAQ OLARMI ? .... Qonşumdan etibarnamə ilə torpaq sahəsi almışam . Yalnız həmin etibarnaməni təqdim etməklə torpağa dair öz adıma reyestrdən çıxarış ala bilərəmmi ?
- Etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında TƏMSİLÇİLİK ÜÇÜN başqa şəxsə verdiyi vəkalətdir .
- Yəni bir şəxs etibarnamə ilə digərinə hüquq verir ki, onu TƏMSİL etsin .
- Lakin bu zaman etibarnamə verən şəxsin əmlakı digər şəxsin mülkiyyətinə keçmir . Hətta etibarnaməni sizə vermiş şəxs bir müddətdən sonra onu LƏĞV EDƏ də bilər " .
- Qonşular arasında NOTARİAT QAYDASINDA təsdiq edilmiş alqı - satqı müqaviləsi olduğu təqdirdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxıla bilər .

- - - YOL POLİSinin AVTOMOBİLini ÖTMƏK OLARMI ? ___________________-  Yol polisi avtomobili gördükdə , QORXMAYIN !  YPX ...
09/01/2018

- - - YOL POLİSinin AVTOMOBİLini ÖTMƏK OLARMI ? ___________________
- Yol polisi avtomobili gördükdə , QORXMAYIN ! YPX avtomobilini ötə bilərsiniz .
- - Azərbaycanda hərəkət sürətini saatda 10 km - dən DAHA ÇOX AŞILDIQDA cərimə tətbiq edilməyə başlanılır . Yəni tutaq ki , YPX avtomobili saatda 60 km sürətlə gedir , siz isə saatda 70 km sürətlə . Bu zaman sizə CƏRİMƏ yazılması mümkün deyil .
- - - Radar göstəriciləri olmadan İDDİA yersizdir və ümumiyyətlə hərəkət sürətinin aşılması radar vasitəsi ilə aşkara çıxarılırsa, ona görə YOLDA SAXLAMIRLAR . Bir başa evə MƏKTUB göndərirlər. YPX inspektoru " Mən 60-la gedirdim , sən məni ötdün . Demək ki , sürəti aşmısan deməsi SÜBUT SAYILMIR " .

- YPX avtomobilini SAĞDAN üstələsəniz , sizin saxlanılma ehtimalınız böyükdür . Burada " sağdan ötmə "-dən başlamış , " avtoxuliqanlıq " kimi iddialarla rastlaşa bilərsiniz .
- - YPX inspektoru saatda 60 km sürətlə hərəkət edir . Sizin sürətiniz saatda 70 km-dir . Siz heç bir zolağı dəyişmədən onun sağ zolağı ilə üstələmə həyata keçirirsinizsə , siz QAYDANI POZMAMISINIZ . Çünki siz onunla eyni sürətdə getməyə borclu deyilsiniz
- - - Əsas məsələ qaydalara uyğun sürət həddinə əməl etmək və manevr etməməkdir . Yox , əgər siz onun arxasıyca gəlib , sonra zolağı dəyişib və onu üstələsəniz bu zaman QAYDA POZMUŞ OLACAQSINIZ . Bu sağdan ötmə hesab edilə bilər .
- - - - Siz zolağı sağa dəyişirsiniz və təxmini 5 dəqiqədən sonra onu üstələyirsinizsə , bu artıq SAĞDAN ÖTMƏ hesab edilmir . Çünki ÖTMƏ DƏRHAL YERİNƏ YETİRİLƏN MANEVİRDİR . "
* * * Sayrışan xarici işıq cihazı və səs-siqnalı qoşan nəqliyyat vasitəsinə QOŞULUB hərəkət etmək, ona YOL VERMƏMƏK və ya onu ÖTÜB KEÇMƏK qadağandır .

- - - - KREDİT GÖTÜRəndən VƏ YA ZAMİNin MAAŞından KREDİT TUTULA BİLƏR ?____________________________________- Məhkəmənin ...
08/01/2018

- - - - KREDİT GÖTÜRəndən VƏ YA ZAMİNin MAAŞından KREDİT TUTULA BİLƏR ?____________________________________
- Məhkəmənin QƏRARI OLMADAN bankın, kreditə görə müştərinin maaş hesabından pul tutması QANUNSUZDUR .
- yalnız kredit götürənin kredit götürdüyü zaman banka İCAZƏ ƏRİZƏSİ verdiyi zaman bu hal mümkündür . Belə ki, kredit götürən şəxs bankdan pul götürən zaman ərizə yazaraq bildirir ki, ödənişi ödəyə bilmədiyi və ya digər hallarda bank şəxsin ƏMƏK HAQQI HESABINDAN kredit ödənişini çıxsın . Yalnız bu zaman bankın kredit götürənin maaşından ödənişi tutmağı mümkündür .
- Məhkəmə qərarı olmadan bankın ZAMİNİN əmək haqqı hesabından kredit ödənişini tutması QANUNSUZDUR .

~ KİMlər İŞSİZlikdən SIĞORTA ÖDƏNİŞi ALA BİLƏR ? ____________________________________   01 yanvar 2018-ci ildən etibarən...
08/01/2018

~ KİMlər İŞSİZlikdən SIĞORTA ÖDƏNİŞi ALA BİLƏR ? ____________________________________
01 yanvar 2018-ci ildən etibarən YENİ QANUNLA İLK DƏFƏ olaraq Azərbaycan Respublikasında bu iki kateqoriya şəxslər İŞSİZLİKDƏN sığorta ödənişi almaq hüququna malik olacaqlar .
- dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi
- - işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər
^ ^ Göründüyü kimi ÖZ ƏRİZƏSİ İLƏ əmək müqaviləsinə xitam verilən şəxslər üçün işsizlikdən sığorta ödənişi verilməsi nəzərdə tutulmamışdır .
^ ^ digər vacib məqam yuxarıda göstərilən 2 kateqoriya şəxslər “ Məşğulluq haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Məşğulluq İdarəsində İŞSİZ KİMİ QEYDİYYATA ALINMIŞ OLMALIDIR .
-- - Qanuna əsasən 1 şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı iki il ərzində 9 AYDAN ARTIQ OLA BİLMƏZ . Bu müddət işsizlikdən sığorta haqqı almaq barədə ilk müraciətdən sonrakı birinci il üçün 6 ay, ikinci il üçün isə 3 ay olmaqla müəyyən edilmişdir.
- Şəxsə təyin olunan işsizlikdən sığorta ödənişi yalnız qanunda müəyyən olunmuş hallarda ( yeni işə başladıqda , pensiyaya çıxdıqda , ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunduqda , hərbi xidmətdə olduqda və s ) DAYANDIRILA BİLƏR .
- işçilərin ixtisarı ilə əlaqədar Əmək Məcəlləsinə edilmiş yeni düzəlişlərdə İŞÇİNİN STAJI əsas götürülür .
- İşsizlikdən sığorta ödənişi verilərkən də eyni qaydada işçinin stajı mühüm əhəmiyyət kəsb etməkdədir . Həmçinin sığorta ödənişi məbləği hesablanarkən işçinin İTİRİLMİŞ ORTA AYLIQ ƏMƏK HAQQI məbləği də əsas hesab olunur . __________________
- İşsizlikdən sığorta ödənişi məbləğinin 3 növü vardır .
1. Əsas sığorta ödənişi .
2. Sığorta ödənişinə əlavə . Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin əsas sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz , lakin 20 faizdən çox olmamaq şərtilə artırılır .
- Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə , onlardan YALNIZ BİRİNİN bu əlavəni almaq hüququ var .
3. Minimum sığorta ödənişi . Bu məbləğ ikinci il üçün müraciət olunan zaman 3 ay müddətinə və MİNİMUM ƏMƏK HAQQI (hazırda 2018 - ci il 01 yanvar tarixindən etibarən 130 AZN ) müəyyən edilir .
- İşsizlikdən əsas sığorta ödənişinin məbləği ilkin müraciət zamanı birinci il üçün 6 ay ərzində aşağıdakı qaydada müəyyən olunur .

- İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox , lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – orta aylıq əmək haqqının…
işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faizi
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faizi
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faizi ödənilir .
~ İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az , lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – minimum sığorta ödənişi məbləğində .
~ Yekunda isə qeyd etmək mümkündür ki , sığorta ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.

- - CƏRİMƏ MEYDANÇAsında NƏ QƏDƏR PUL ÖDƏMƏliyik ?________________- Cərimə meydançasında ödənilən məbləğ bütün avtomobil...
27/10/2017

- - CƏRİMƏ MEYDANÇAsında NƏ QƏDƏR PUL ÖDƏMƏliyik ?________________
- Cərimə meydançasında ödənilən məbləğ bütün avtomobillər üçün eyni deyil.
~ Cərimələr avtomobillərin modellərinə görə dəyişir.
- - - Cərimə meydançasında avtomobilin 1 gün saxlanılmasına görə :
~ 3.5 tona qədər çəkidə olan avtomobillərin sürücüləri 1 Azn
~ 3.5 tondan 10 tona qədər çəkidə olan avtomobillərin Sürücüləri 2 Azn
~ 10 tondan yuxarı avtomobillərin Sürücüləri isə 3 Azn ödəməlidirlər.
+ Bu məbləğdən artıq məbləğin tələb edilməsi QANUNSUZDUR.

25/10/2017

--- İTİRİLMİŞ SÜRÜCÜLÜK VƏSİQƏsi NECƏ BƏRPA EDİLİR ?_____________________________________________________
~ Vətəndaşın süRücüLük vəsiQəsiNi itirdiyini, yoxsa qayda pozuntularına yol verdiyi üçün sürücülük hüququndan MƏHRUM EDİLDİYİ dəqiqləşdirilməlidir.
~ Vəsiqə HƏQİQƏTƏN itirilibsə, vətəndaşa onun sürücülük hüququndan məhrum edilmədiyinə dair Arayış verilir.
~ Bundan sonra həmin şəxs, Baş Dövlət Yol Polisi İdarəsinin yerli qeydiyyat - imtahan şöbəsinə həmin Arayışı, şəxsiyyət vəsiqəsini və s. təqdim etməlidir.
~ Bir gün ərzində Sürücü yeni sürücülük vəsiqəsi ilə təmin edilir. Bunun üçün 18 manat həcmində dövlət rüsumu nəzərdə tutulur.

-- Uşağın anadan olmasına görə verilən Müavinət (Südpulu) birdəfəlik xarakter daşıyır və hər hansı bir şərt qoyulmadan, ...
12/10/2017

-- Uşağın anadan olmasına görə verilən Müavinət (Südpulu) birdəfəlik xarakter daşıyır və hər hansı bir şərt qoyulmadan, o cümlədən VALİDEYNLƏRİN İŞLƏYİB-İŞLƏMƏMƏSİNDƏN asılı olmayaraq, ölkədə YENİ doğulan büTün uşaQlaRa şamil olunur.
~ Uşağın anadan olmasına görə verilən birdəfəlik Müavinətin məbləği 99 manat təşkil edir.
~ Aztəminatlı ailələrə ( yəni ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrə ) hər ay 50 manat məbləğində müavinət təqdim olunur.
~ Aztəminatlı ailələrdə 1 yaşadək uşaq olduqda, ailəyə təyin olunan sosial yardımdan ƏLAVƏ , həmin uşağa görə hər ay 50 manat məbləğində Müavinət də təyin olunur. Həmin AYLIQ MÜAVİNƏT uşağın 1 yaşı tamam olana qədər müddətdə ödənilir.

- -  İki halda Sürücüyə avtomobildə SİQNAL VERMƏYƏ icazə verilir. (məcburi deyil, sadəcə tövsiyə edilir)- Bunlardan biri...
10/10/2017

- - İki halda Sürücüyə avtomobildə SİQNAL VERMƏYƏ icazə verilir. (məcburi deyil, sadəcə tövsiyə edilir)
- Bunlardan biri AVTOMOBİL QƏZASININ qarşısını almaq üçün İSTƏNİLƏN YERDƏ verilən Siqnaldır. Burada ərazinin yaşayış məntəqəsi və yaxud qeyri-yaşayış məntəqəsi olmasının heç bir fərqi yoxdur.
~ Əgər qəza ehtimalı varsa, sürücü dərhal Siqnal vasitəsilə reaksiya verərək intizamsız nəqliyyat vasitəsi iştirakçısını Xəbərdar etməlidir.
- İkinci hal isə ÖTMƏ ƏMƏLİYYATI ilə bağlıdır. Ötmə əməliyyatı həyata keçirən Sürücü ötülən avtomobil sahiblərini xəBərDar eTməK üçün Siqnal verə bilər. "Bu digər sürücüyə xitabən "ötmə əməliyyatı edirəm, diqqətli ol! deməkdir". Bu hala isə yalnız yaşayış məntəqələrindən kənar yollarda icazə verilir.
--- İki haldan başqa digər hallarda ( məs: siqnalla qarşıdan gələn avtomobil sürücüsü ilə salamlaşarkən) sürücü Siqnal verərsə 30 manat cərimələnə bilər.

~ Ər-arvadın bİrGə niKah döVrüNdə əldə etdikləri MÜLKİYYƏT onların Ümumi Birgə Mülkiyyəti hesab olunur. ~ Əgər birgə nik...
09/10/2017

~ Ər-arvadın bİrGə niKah döVrüNdə əldə etdikləri MÜLKİYYƏT onların Ümumi Birgə Mülkiyyəti hesab olunur.
~ Əgər birgə nikahdan dünyaya Övlad gəlməyibsə, nikah pozuLarKən, yaxud pozuLduQdan sonra tərəflərin BƏRABƏR HÜQUQLARI əmələ gəlir.
~ Əgər Övlad dünyaya gəlibsə, Övlad ata və ananın hər hansısa birində qalarsa, həmin şəxsin ÜSTÜN HÜQUQLARI əmələ gəlir. Praktikada 1 övlad olduqda 60%, 2 övlad olduqda 70%, 3 və daha artıq övlad olduqda 80% tərəfin üstünlüyü təmin olunur.
~ Nikah poZulduQda ər-arvadın Ümumi Əmlakının Bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

- - - Fiziki şəxs barəsində İcra Sənədi icra olunarkən TƏLƏBİN YÖNƏLDİLMƏSİNƏ YOL VERİLMƏYƏN  əmlak növlərinin dəqiq   ~...
29/09/2017

- - - Fiziki şəxs barəsində İcra Sənədi icra olunarkən TƏLƏBİN YÖNƏLDİLMƏSİNƏ YOL VERİLMƏYƏN əmlak növlərinin dəqiq ~ ~ ~
SİYAHISI
~ Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla Fiziki şəxs barəsində İcra Sənədi icra olunarkən aşağıdakı əmlaklara TƏLƏBİN YÖNƏLDİLMƏSİNƏ YOL VERILMIR : ____________________________________________________________
~ borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (1 ailə üçün 1 ev və ya mənzildən çox olmamaq şərti ilə)
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından 1 baş və ev quşlarından 1 cütünə
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yem
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə 1 aylıq dolanışıq azuqəsinə
~ xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa
~ borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə
~ əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə
~ əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə
~ borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə
- - borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara :
- hər 1 şəxs üçün paltar: 1 yay, 1 payız paltarı, 1 qış paltosu və ya başqa üst geyimi, 1 qış kostyumu (qadınlar üçün 2 dəst qış paltarı), 1 yay kostyumu (qadınlar üçün 2 dəst yay paltarı), hər 1 mövsüm üçün 1 baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün 2 baş yaylığı və 1 isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri
- geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı
- mebel — hər 1 şəxs üçün 1 çarpayı və stul, 1 ailə üçün 1 stol, 1 şkaf, 1 sandıq, mənzildə olan 1 soyuducu, 1 radio və 1 televizor
- bütün uşaq ləvazimatı.
---------------------------------------------------------------------------------
Qeyd. Bu Siyahı ev tikmək və ya almaq üçün Kredit Təşkilatı tərəfindən verilmiş KREDİTİN TUTLMASI hallarına, habelə Girov və İpoteka ilə yükLü ediLmiŞ əmlaka şamil edilmir.

Address

6-cı Paralel Küçəsi
Baku
1065

Telephone

+994554845555

Website

Alerts

Be the first to know and let us send you an email when Huquqi Destek Merkezi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Huquqi Destek Merkezi:

Share