11/03/2024
40-il Paz avtobusunda sərnişin kimi bir-birimizin qucağında səsimiz çıxmadan ictimai nəqliyyatdan istifadə edənlərin kafasını dəyişmək çətin məsələdir.
Hamı tənqidçidir, amma heç kim özündən, ailə üzvlərindən başlamır tənqidə.
Gül kimi müasir dünyanin avtobuslarindan da Paz avtobusu kimi istifadə edirik.
Avtobuslar öndən daxil olub, arxadan düşmək üçündür. Bunu anlamaq nə qədər çətindir? Hansısa ağır məntiqi məsələ deyil axı!!
Lom kimi kartını vurub, ödənişini edəndən sonra sürücünün başına niyə yığılır millət? Nə var orada?
Sən gedəcəyini ünvana vaxtında çatmaq üçün muradına çatmısan, imkan ver başqası da minsin də avtobusa.
Mindin avtobusa keç ən axıra, oradan da duş rədd ol da! Qadını belə, kişi belə, yaşlısı, cavanı hər təbəqədən adam vardı avtobusda bu səhvi edən.
Sonra da səslərini başlarına atırlar ki, kimsə sürtündü keçdi. Bir nəfər yaxasından tutub mütləq soruşmalıdımı ki, öndən düşməyə icazə yoxdursa, nə itin azıb burada?
13 nömrəli marşrut avtobuslarını görmüsüz? Bir kəndin camaatı sığışar onun içinə. Hər gün 20 -30 nəfər qotur kartını vurub dayanır girişin qarşısında. Avtobusun arxası boş, amma dayanacaqda 20 nəfər yerdə qalıb, minə bilmir.
Hələ irad tutanda da deyirlər ki, niyə hamı bir yerdən minməlidir, dövlət iki yerə kart vurmağa yer qoysun.
Bu adamlar həqiqətən də axmaqdirlar. Belələri necə hansısa işdə məsuliyyətlə, baş çalışdırıb işləyirlər? Bu adamlar necə ailəyə başçılıq edirlər. Bir avtobusa hardan minib, haradan düşmək lazım olduğunu, buna görə necə davranmağı bilməyən necə yararlı biri ola bilər?!
Tənqid edək, qinayaq, bəlkə görüb utandılar, düzəldilər.
Bəlkə audio yazı səsləndirilsin ki, ay qanacaqlı, avtobusa minən kimi ən axıra qədər get! Qorxma o qapı da dayanacaqda açılacaq.
Köhnə avtobuslarda pulu düşəndə verirdilər deyə, qaçıb axırda gözləyirdilər ki, birdən kiminsə yerinə ödəniş eləmək zorunda qalar. İndi həmin kütlə avtobusun ilk qapısının qarşısından sallana qalıblar.
Mən hər görəndə etiraz edirəm, sözümü deyirəm. Siz də deyin. O dayanacaqda sizlərə görə qalan, soyuqda üşüyən şagirdlərə görə susmaq olmaz.
Siz özünüz tələb edirsiz ki, kimsə başınıza qapaz vurub, yerinizi göstərsin. Adam öz yerini bilməlidir. Media da bu işə dəstək versin. Başqa əlac yoxdur, öyrətmək lazımdır! Necə, hansı yolla olacaq, bilmirəm. Ancaq ki, bu belə qala bilməz. Şəhərdə ictimai nəqliyyatdan istifadə qaydaları primitiv qaydadır, barı bunu öyrənsin hamı.