IM Hüquq Xidmətləri

IM Hüquq Xidmətləri Hüquq xidmətləri 1. İddia ərizələrinin, şikayətlərin, vəsatətlərin hazırlanması;
2. Məhkəmələrdə və digər dövlət orqanlarında təmsilçilik;
3. Sığorta işləri;
17.

Hüquqi məsləhətlərin verilməsi;
4. Hüquqi şəxslərin qeydiyyatı;
5. Müxtəlif məsələlərlə bağlı hüquqi rəylərin verilməsi;
6. Bütün növ müqavilələrin tərtib edilməsi;
7. Torpaqların, mənzillərin və digər tikililərin sənədləşdirilməsinə yardım;
8. Təşkilatdaxili sənədləşmənin (kargüzarlıq) aparılması;
9. Lisenziyalaşdırma üzrə hüquqi yardımın göstərilməsi;
10. Bankla bağlı məsələlər;
11. Vərəsəlik mə

sələləri;
12. Boşanma işləri;
13. Əmlak bölgüsü ilə bağlı mübahisələr;
14. İnzibati və kommersiya işləri;
15. İnzibati xəta işləri;
16. Miqrasiya məsələləri;
18. Digər hüquqi məsələlər.

https://sia.az/az/news/social/1303959.html
02/12/2025

https://sia.az/az/news/social/1303959.html

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

24/11/2025
Career Engineering Academy HR və hüquq biliklərinizi artırmaq üçün sizi xüsusi master-klasa dəvət edir!Master-klas: “Əmə...
08/10/2025

Career Engineering Academy HR və hüquq biliklərinizi artırmaq üçün sizi xüsusi master-klasa dəvət edir!
Master-klas: “Əmək müqaviləsinə xitam”
📌 Hüquqi aspektlər, tətbiqində çətinliklər və həlli yolları
Əmək qanunvericiliyini oxuyuruq, amma tətbiq zamanı çətinliklərlə üzləşirik.
Riskləri öncədən görmək və qarşısını almaq istəyirik, amma nəyin necə doğru olduğuna əmin deyilik.
👉 Əgər bu suallar sizi də düşündürürsə, bu master-klass məhz sizin üçündür!
Ekspertlərimiz
👨‍⚖ Müşfiq Əmircanov – Əmək Qanunvericilik üzrə ekspert; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi HR direktoru
https://www.linkedin.com/in/mushfig-amirjanov-ab176484/
👨‍⚖ Ayaz Mirzəzadə – Hüquq üzrə ekspert; Azərbaycan Respublikasının Mərkəzi Bankı / Hüquq və təşkilati işlər departamentinin direktoru
https://www.linkedin.com/in/ayaz-mirzazada-4983bb188/
Sizi nələr gözləyir?
🔹 Real məhkəmə təcrübəsindən götürülmüş praktiki nümunələr
🔹 Hər bir xitam əsası üzrə addım-addım prosedurlar və sənədləşmə qaydaları
🔹 Nəzarət orqanlarının mövqeyi – yoxlamalar zamanı nələrə diqqət edilməlidir?
🔹 Qanuni boşluqlar və həll yolları – çətin situasiyalardan necə çıxmalı?
Master-klas kimlər üçündür?:
✅ İşəgötürənlər və müəssisə rəhbərləri
✅ HR mütəxəssisləri və menecerlər
✅ Hüquqşünaslar
✅ Mühasiblər
📅 TARİX — 11 Oktyabr
⏱ SAAT — 11:00-14:00
🔖 Qeyd: Master-klass ödənişli əsaslarla təşkil olunur.
✔ Oktyabr ayının sonuna qədər erkən qeydiyyat edənlər üçün xüsusi endirimlər mövcuddur.
✔ Bundan əlavə, HR Engineering olaraq məzunlarımız , tələbələrimiz və korporativ iştirakçılarımız üçün xüsusi güzəştlər tətbiq edilir.
🎓 Masterklass sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
Video təqdimat linki: https://streamable.com/fr4ewr
Qeydiyyat linki: https://forms.gle/aUDCKZDa7FW6AqYR9
Maraqlanan şəxslər Müraciət et düyməsinə toxuna və ya +994 10 260 01 16 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

CIPD Certified HR manager/HR consultant/Trainer · Experience: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi · Education: National Aviation Academy · Location: Azerbaijan · 500+ connections on LinkedIn. View Mushfig Amirjanov’s profile on LinkedIn, a professional community of 1 billion memb...

https://www.facebook.com/share/p/kiW5rCwoePX3r39e/?mibextid=WC7FNe
01/05/2024

https://www.facebook.com/share/p/kiW5rCwoePX3r39e/?mibextid=WC7FNe

ELAN❗️

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən Bakı şəhərində, regionlarda və müxtəlif sosialyönümlü ünvanlarda minlərlə aztəminatlı şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.

Belə ki, ARVK-nın və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 4-də Gədəbəy rayonunda aztəminatlı şəxslərə pulsuz hüquqi yardımla əlaqədar aksiya keçiriləcək.

Gədəbəydə fəaliyyət göstərən fərdi vəkil və Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri tərəfindən keçiriləcək aksiya saat 11:00-dan rayonun Heydər Əliyev Mərkəzində başlayacaq.

Aksiyadan yararlanmaq istəyən aztəminatlı şəxslər müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktor müavini Afət Qaziyeva (Tel: 012 594 99 85, 050 340 09 81).

24/03/2024

Terror harada baş verməsindən, orda kimlərin ölməsindən asılı olmayaraq PİSDİR!

13/02/2023

Türkiyədə baş vermiş zəlzələdən sonra “ölkəmizdə də eyni hadisə yaşanarsa, nəticəsi necə olar?” sualı hər kəsi düşündürür.
Suallar daha çox binaların tikintisi zamanı zəlzələyə davamlılığın nəzərə alınması, buna məsul şəxslərin qaydalara əməl etməsi və ümumilikdə bu işə dövlət nəzarətinin hansı qaydada həyata keçirilməsi ilə bağlıdır.
Azərbaycanda yaşayış binaları 2 – müstəqillikdən əvvəlki və sonrakı dövrlərə bölünür. Müəxəssislər də daxil olmaqla, bir qrup insan sovet dövründə tikilən binaların daha dözümlü olduğunu iddia etsələr də, digər bir qrup bunun əksini düşünür.
Bəs yeni binalar inşa edilərkən hansı tələblərə, qaydalara riayət olunmalıdır?
Bununla bağlı qanunvericiliyin bəzi tələblərini qeyd edəcəm ki, bu da tikinti işlərində tələblərə necə riayət olunması barədə müəyyən təsəvvür yaradacaq.
Belə ki, ölkəmizdə həyata keçirilən tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir.
Məcəlləyə əsasən, Tikinti materialları və məmulatı tikintinin texniki-iqtisadi əsaslandırılmasına və layihə qərarlarının tələblərinə, tikinti işlərinin təyinatına və xüsusiyyətlərinə uyğun seçilir. Tikintidə istifadə edilən materialların uyğunluq sertifikatı olmalıdır. Tikintidə yalnız sertifikatlaşdırılmış və yanğın təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə uyğun tikinti materiallarından və məmulatından istifadə edilməlidir.
Tikintinin layihə sənədlərində tikintidə istifadə ediləcək tikinti materiallarının və məmulatının təsnifatı və xarakteristikası göstərilməlidir.
Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasının mötəbərliyinə, müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğuna əsaslı şübhələr olduğu hallarda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin tələbinə əsasən həmin tikinti materialları və məmulatı nümunələrinin standartlara uyğunluğu laboratoriyalar tərəfindən yoxlanılmalıdır.
Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir:
- yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır;
- sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir;
-istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə - yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və s. zəmin yaratmamalıdır.
Müharibə şəraitində, hərbi və ya fövqəladə vəziyyətlərdə, digər fövqəladə hallarda əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə tikinti obyektlərinin layihələndirilməsi və tikintisi zamanı mülki müdafiə ilə bağlı tələblərə əməl olunması zəruridir. Mülki müdafiə ilə bağlı tələblər, eləcə də bu tələblərin şamil olunduğu tikinti obyektləri “Mülki müdafiə haqqında”, “Hərbi vəziyyət haqqında”, “Müdafiə haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən olunur.
Tikinti obyektlərinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi haqqında müddəalar tikinti layihəsində nəzərdə tutulmalıdır.
Tikinti obyektlərinin seysmiklik dərəcəsi seysmik rayonlaşdırma (zonalaşdırma) və mikrorayonlaşdırma xəritələri əsasında tikintinin layihələndirilməsi zamanı müəyyən edilir. Mühəndis-axtarış işlərinin nəticələri ilə bağlı müvafiq sənədlər olmadan tikinti obyektinin layihələndirilməsinə yol verilmir.
Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda aidiyyəti qurumlar tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir.
Aidiyyəti qurumlar tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə tikintinin ekspertizasınınkeçirirlər.
Tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır.
Tikintiyə dövlət nəzarətini həyata keçirən orqanın (FHN) tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır.
Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.
Tikinti işlərinin aparılması ilə bağlı qanunazidd əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cəza nəzərdə tutulmuşdur.
Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, əgər səlahiyyətli orqanlar qanunvericilikdə göstərildiyi qaydada nəzarəti həyata keçirərlərsə və binalar nəzarət altında tikilərsə, baş verə biləcək bədbəxt hadisələrdən minimum zərərlə qurtulmaq mümkün olar.

15/07/2022


Hüquqşünasların diqqətinə!!!
- minimum 2 il korporativ hüquqşünas kimi (o cümlədən müəssisədaxili normativ sənədlərin, müqavilələrin hazırlanması ilə əlaqədar) iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini səlis bilmə (rus dili bilgisi arzuolunandır);
- qanunvericilik bilikləri (xüsusilə də Mülki Məcəllənin hüquqi şəxslərlə və müqavilələrlə bağlı müddəaları, o cümlədən əmək, vergi və digər zəruri qanunvericilik).

QEYD: maraqlananlar şəxsidən yaza və ya [email protected] elektron poçtuna CV göndərə bilərlər.

12/06/2022

ƏMƏK MƏCƏLLƏSİNƏ EDİLƏN SON DƏYİŞİKLİK İŞÇİNİN ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLƏ BİLMƏMƏSİ HALI İLƏ BAĞLI PROBLEMİ TAM ARADAN QALDIRA BİLDİMİ?

Uzun müddətdir işəgötürən qismində çıxış edən fiziki şəxslərin vəfatı zamanı onunla əmək münasibətlərində olan işçilərin “aqibəti” qanunvericlikdə tənzimlənmədiyi üçün sual altında idi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 9 iyun tarixli Fərmanı “Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 529-VİQD nömrəli Qanunu təsdiq edilməklə qüvvəyə minməsi əsasında qanunvericiliyə edilən dəyişikliyə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi əsaslarının (ƏM 74-cü maddəyə bax) dairəsi genişləndirilmişdir. Belə ki, qanuna dəyişiklik əsasında fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə onun tərəfindən xitam verilməsi halları mümkün olmadıqda (işəgötürənin vəfatı, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş, o cümlədən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs elan edilməsi və digər hallarda), bu funksiyanın icrası işçinin dövlət nəzarətini həyata keçirən orqana (Dövlət Əmək Müfəttişliyi Xidməti) müraciəti əsasında həmin orqan tərəfindən həyata keçiriləcəyi müəyyən olunmuşdur (ƏM 74.1-1 maddəsinə bax).
Amma, qanunvericiliyə edilən bu dəyişiklik bir çox işçinin qeyd olunan məsələ ilə bağlı pozulan hüquqlarını (ƏM 9-cu maddəsinin “b” bəndinə və 69-cu maddəsinin 1-ci hissəsinə bax) qismən aradan qaldırmış oldu.
Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, təsərrüfat cəmiyyətlərinin (Səhmdar Cəmiyyət və ya Məhdud Məsuliyyətli Cəmiyyət) yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyətinin ola bilmədiyi halı istisna olmaqla (MM 88.2 və 98.5-ci maddələrinə bax), digər hallarda bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla biləcəyi və ya cəmiyyətin bütün paylarını bir iştirakçının əldə etdiyi halda yeganə iştirakçıdan ibarət olması mümkündür.
Əlavə olaraq onu da qeyd edim ki, təsərrüfat cəmiyyətinin iştirakçılarının (təsisçi, payçı və ya səhmdar) eyni zamanda onun icra orqanının üzvü və ya rəhbəri ola bilməsi, o cümlədən təsərrüfat cəmiyyətinin yeganə fiziki şəxsdən ibarət iştirakçısı eyni zamanda onun icra orqanının üzvü və ya rəhbəri ola bilməsi qanunvericiliklə qadağan edilməyib.
Təsəvvür edək ki, bir təsərrüfat cəmiyyətinin yeganə fiziki şəxsdən ibarət iştirakçısı eyni zamanda onun təkbaşına icra orqanının rəhbəridir. Həmin şəxsin vəfat etməsi halında Cəmiyyət adından işəgötürən qismində çıxış edən onun rəhbərinin olmaması və eyni zamanda Ümumi yığıncaq adından qərar vermək səlahiyyətinə sahib olan, yeni icra orqanı rəhbərini təyin edəcək iştirakçının da olmaması halında həmin Cəmiyyətdə işləyən işçilərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliyə qədər mövcud olan çıxılmaz vəziyyət yaranır.
Qanunvericiliyə dəyişiklik zamanı bu hal nəzərə alınmasa da, hesab edirəm ki eyni vəziyyətdən çıxış yolu kimi Dövlət Əmək Müfəttişliyi Xidməti bu işçilərə münasibətdə də eyni funksiyanı icra etməlidir. İşə götürən bir halda fiziki, digər halda hüquqi şəxs olsa da, yaranmış analoji vəziyyətdən çıxış yolu hazırda Əmək Məcəlləsinin 74.1-1-ci maddəsinin analogiya əsasında qeyd olunan vəziyyətə də tətbiq edilməsi ola bilər.
Amma təcrübə onu göstərir ki, Əmək Məcəlləsinin tətbiqində nəinki nəzarət orqanı, heç məhkəmələr də qanunun hərfi mənasından kənara çıxmağa cəsarət göstərmir.
Əmək Məcəlləsinə Cinayət Məcəlləsinə yanaşıldığı kimi (yalnız Cinayət Məcəlləsində göstərilən hallar cinayət hesab olunur) yanaşmağı doğru hesab etmirəm. Elə hallar var ki analogiyanın tətbiqi qaçılmazdır.
Ümumilikdə isə, mütərəqqi yeni Əmək Məcəlləsinin qəbulu uzandıqca işçi və işəgötürən münasibətlərinin tənzimlənməsində ciddi problemlər qalmaqda davam edəcəkdir.

06/01/2022

Mübahisələrin məhkəmədənkənar həlli: Mediasiyanın üstünlükləri nədir?

Məhkəmədə mübahisə üzrə qərarı hakim hansısa tərəfin xeyrinə verir və təbii ki, tərəflərin biri mütləq narazı qalır. Mediasiyada isə tərəflər mübahisələrini özləri və maraqlarına uyğunlaşdırmış şəkildə həll edərək, iradələrini sərbəst ifadə etməklə uğurlu nəticəyə nail ola bilirlər.
Aylarla, bəzən illərlə davam edən məhkəmə çəkişmələrinin sonunda qərardan asılı olmayaraq, bəzən tərəflərin hər ikisi ən azı vaxt, pul, əsəb və gərginlik itkisi ilə “uduzmuş” vəziyyətə düşür.
Sadə bir misal: tərəflər arasında müqavilə öhdəliyinin pozulması nəticəsində yaranmış 10 min manatlıq kommersiya mübahisəsi var. Tərəf məhkəməyə müraciət etdikdə hətta qazanma ehtimalı 100 faiz olan işdə belə pulun ona çatması ən azı aylarla mümkün olmur. Hələ qarşı tərəf vaxt qazanmaq üçün apellyasiya və kassasiya şikayətləri vermək hüququndan istifadə etdikdə bu proses illərlə də uzana bilir. Daha sonra məhkəmə qərarının icra edilməsi də xeyli çətinlik yaradan bir prosesdir. Halbuki tərəflər mediasiyada, möhlət verilməsi, həmin məbləğin hissələrə bölünərək ödənilməsi və s. alternativ razılıqlara gəlməklə, mübahisəni çox qısa müddət ərzində, bəzən bir gün, hətta bir neçə saat ərzində həllinə nail ola bilərlər. Əgər tərəflər öz aralarında razılaşdıaraq barışığa gələ bilməsələr, hər kəsin məhkəməyə müraciət etmək hüququ yenə də qalır.
Elə isə mediasiyanın üstünlüklərindən yararlanmağa dəyər!
Mediasiya proseslərinin qanunvericiliyə uyğun və operativ şəkildə keçirilməsini üçün bizə - Bakı 2 saylı Mediasiya təşkilatına müraciət edə bilərsiniz. Bunun üçün sadəcə [email protected] email ünvanına müraciət etməyiniz kifayətdir. Həmçinin 012-449-62-08, 012-449-91-11, 070-511-49-90, 050-611-49-90 telefon nömrələri ilə əlaqə saxlaya, Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F (Şam restoranının yanı) ünvanına yaxınlaşa bilərsiniz.

Address

Baku

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 09:00 - 17:00

Telephone

+994558297486

Website

Alerts

Be the first to know and let us send you an email when IM Hüquq Xidmətləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IM Hüquq Xidmətləri:

Share