Arbitro

Arbitro Korporativ Hüquqi Xidmətlər. Məhkəmədə Təmsil.

🔹“Arbitro” hüquq şirkəti 30-cu Yubiley Xəzər İnşaat Həftəsində uğurla iştirak edib.Bakı Ekspo Mərkəzində keçirilən 30-cu...
28/10/2025

🔹“Arbitro” hüquq şirkəti 30-cu Yubiley Xəzər İnşaat Həftəsində uğurla iştirak edib.

Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” çərçivəsində təşkil olunan “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri başa çatıb. Üç gün davam edən tədbir regionun inşaat sektorunda ən nüfuzlu sənaye platformalarından biri kimi çıxış edib.

🔹Bu il “BakuBuild” sərgisi 30 illik, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edib. Sərgilərdə 17 ölkədən 299 şirkət iştirak edib. İştirakçı ölkələr sırasında Azərbaycanla yanaşı Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya və Cənubi Koreya yer alıb. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunublar.

Tədbirdə “Arbitro” hüquq şirkətinin direktoru Nəcəf Əliyev və şirkətin hüquqşünasları da iştirak ediblər. Onlar sərgi iştirakçıları ilə görüşlər keçirərək “Arbitro” şirkəti tərəfindən göstərilən hüquq xidmətləri barədə ətraflı məlumat veriblər, inşaat və investisiya sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

🔹“Arbitro” hüquq şirkətinin bu tədbirdə iştirakı inşaat sənayesində fəaliyyət göstərən tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yeni layihələrdə hüquqi dəstəyin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

🔸The law firm “Arbitro” has successfully participated in the 30th Anniversary of Caspian Construction Week.

The 30th of Anniversary Caspian Construction Week – “Caspian Construction Week”, held at the Baku Expo Center, has concluded with the “BakuBuild” and “Rebuild Karabakh” exhibitions. The three-day event served as one of the most prestigious industrial platforms in the region’s construction sector.

🔸This year, the “BakuBuild” exhibition celebrated its 30th anniversary, while the “Rebuild Karabakh” exhibition marked its 5th anniversary. A total of 299 companies from 17 countries participated in the exhibitions. Alongside Azerbaijan, participating countries included Germany, Belarus, the United Arab Emirates, Bulgaria, the United Kingdom, Israel, Iran, Italy, Kazakhstan, China, Russia, Romania, Türkiye, Uzbekistan, the Czech Republic, and South Korea. Germany, Italy, Uzbekistan, and Türkiye were represented with national pavilions.

The Director of “Arbitro” Law Firm, Najaf Aliyev, and the firm’s lawyers also took part in the event. They held meetings with exhibition participants, provided detailed information about the legal services offered by “Arbitro”, and discussed prospects for cooperation with local and foreign companies operating in the construction and investment sectors.

🔸The participation of “Arbitro” Law Firm in this event played an important role in strengthening partnerships with actors in the construction industry, acquiring international experience, and expanding legal support for new projects.

🔹Müasir dövrdə mübahisələr zamanı insanlar çox vaxt bir-birlərinin səsini gizli şəkildə yazmağa üstünlük verirlər. Belə ...
27/10/2025

🔹Müasir dövrdə mübahisələr zamanı insanlar çox vaxt bir-birlərinin səsini gizli şəkildə yazmağa üstünlük verirlər. Belə səs yazısı məhkəmədə sübut kimi istifadə edilə bilərmi❓

⚖️ Azərbaycan Respublikası qanunvericiliyinə görə, şəxsin razılığı olmadan onun səsinin yazılması şəxsi həyatın toxunulmazlığına müdaxilə hesab olunur və bu, qanunsuz yolla əldə edilmiş sübut sayılır.
Belə sübutlar isə Mülki Prosessual Məcəllə və Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən, məhkəmədə etibarsız sübut kimi qiymətləndirilir.

📌Əgər səs yazısı qanunsuz şəkildə (icazəsiz, qarşı tərəfə xəbərdarlıq etmədən) əldə edilibsə bu, sübut kimi qəbul edilmir.

📌Belə ki, Konstusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarına əsasən, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı sübut kimi istifadə edilməsi şəxsi həyatın toxunulmazlığına müdaxilə kimi qiymətləndirilmir. Həmin danışıq və yazışmalar tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir.

⚠ Unutmayın: Hüququnuzu qorumaq istəyərkən, başqasının hüququnu pozmamalısınız.

🔹In modern times, during disputes, people often prefer to secretly record each other’s voices.
Can such a voice recording be used as evidence in court❓

⚖️ According to the legislation of the Republic of Azerbaijan, recording a person’s voice without their consent is considered an interference with the inviolability of private life and is regarded as evidence obtained illegally.
Such evidence, under the requirements of the Civil Procedure Code and the Criminal Procedure Code, is considered invalid evidence in court.

📌 If a voice recording is obtained illegally (without permission or without informing the other party), it cannot be accepted as evidence.

📌 However, according to the Plenary Decision of the Constitutional Court dated April 12, 2021, recordings of conversations directly between the parties themselves (not with third persons) are not considered an interference with private life when used to resolve a civil dispute.
Such conversations or messages are not secret for the parties, and in essence, they do not differ from written statements or notifications expressing their mutual will in their legal relationship.

⚠ Remember: While protecting your own rights, you must not violate the rights of others.

24/10/2025

📌Mirasqoyan əmlakını vəsiyyətnamə üzrə bir şəxsə vəsiyyət edərsə onun qalan vərəsələri həmin əmlakdan məhrum olur?

📌Mirasqoyan şəxs öldükdən nə qədər vaxt sonra vərəsə mirası qəbul edə bilər?

🎥Bu suallara hüquqi baxımdan və ətraflı cavab almaq üçün videonu sona kimi izləməyinizi tövsiyə edirik.

📌If a testator bequeaths their property to a person through a will, are the remaining heirs deprived of that property?

📌How long after the testator’s death can an heir accept the inheritance?

🎥 We recommend watching the video until the end to get a detailed answer to these questions from a legal perspective.

📲 +99455 219 55 25
📧 [email protected]
🌐 www.arbitro.az
📍 Bakı şəh, Həmzə Babaşov 15/21

🔹Arbitro Hüquq şirkətinin direktoru Nəcəf Əliyev Bakı KOB Evində keçirilən “Afrikada biznes imkanları və Efiopiyaya bizn...
22/10/2025

🔹Arbitro Hüquq şirkətinin direktoru Nəcəf Əliyev Bakı KOB Evində keçirilən “Afrikada biznes imkanları və Efiopiyaya biznes missiyası” mövzusunda sahibkarlarla görüşdə iştirak edib.

Afrika–Azərbaycan Əməkdaşlıq Təşkilatının (AFAZ) təşəbbüsü ilə təşkil olunmuş tədbirin məqsədi Azərbaycan sahibkarlarını Afrika bazarlarına, xüsusilə Efiopiya istiqamətində mövcud olan iqtisadi, hüquqi və logistika imkanları barədə məlumatlandırmaq olub.

Görüş çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq və biznes layihələri üzrə perspektivlər müzakirə olunub.

🔹The Director of Arbitro Law Firm, Najaf Aliyev, took part in a meeting with entrepreneurs held at the Baku SME House (Small and Medium Business House) on the topic “Business Opportunities in Africa and a Business Mission to Ethiopia.”

The event was organized at the initiative of the Africa–Azerbaijan Cooperation Organization (AFAZ). Its purpose was to inform Azerbaijani entrepreneurs about the existing economic, legal, and logistical opportunities in African markets, particularly in the direction of Ethiopia.

During the meeting, the participants exchanged views and discussed prospects for mutual cooperation and joint business projects.

Yol polisi yalnız müəyyən qanuni hallarda sürücünü nəqliyyat vasitəsinin idarəsindən uzaqlaşdıra bilər. Bu, qanunla tənz...
21/10/2025

Yol polisi yalnız müəyyən qanuni hallarda sürücünü nəqliyyat vasitəsinin idarəsindən uzaqlaşdıra bilər. Bu, qanunla tənzimlənən prosedurdur.
📋 İdarəetmədən uzaqlaşdırılma halları aşağıdakılardır⤵️
1️⃣ Sürücü spirtli içki və ya narkotik vasitə qəbul edərək sərxoş vəziyyətdə olduqda və onunla birlikdə gedən sərnişinin sürücülük vəsiqəsi olmadıqda;
2️⃣ Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda;
3️⃣ Nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdə sürücülük vəsiqəsi və ya etibarnamə olmadıqda;
4️⃣ Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla icazə verilməyən örtüklər çəkildikdə;
5️⃣ Nəqliyyat vasitəsinə müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları qoşduqda;
6️⃣ Nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;
⚖ Qanunvericiliyə əsasən, bu hallarda yol polisi protokol tərtib etməli, hadisəni sənədləşdirməli və yalnız bundan sonra sürücünü idarəetmədən kənarlaşdıra bilər.
Sürücü isə bu zaman öz hüquqlarını tələb etmək, prosesin video qeydə alınmasını istəmək və aktın surətini almaq hüququna malikdir.

🇦🇿 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü!   1991-ci il 18 oktyabr - bu gün Azərbaycan xalqı azadlıq arzusunu gerçəkliy...
18/10/2025

🇦🇿 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü!
1991-ci il 18 oktyabr - bu gün Azərbaycan xalqı azadlıq arzusunu gerçəkliyə çevirdi və dövlət müstəqilliyini yenidən bərpa etdi. 🕊️Bu tarix, xalqımızın azad iradəsinin, milli birliyinin və suverenliyinin simvoludur.Bu gün biz müstəqil Azərbaycanın güclü, inkişaf edən və gələcəyə inamla addımlayan bir dövlət olmasından qürur duyuruq.
Yaşasın müstəqil Azərbaycan❗️🇦🇿

16/10/2025

⚖️“Alınan mal geri qaytarılmır” yazısı qanunidirmi?

Mağazalarda tez-tez rast gəldiyimiz bu ifadə, əslində istehlakçı hüquqlarına nə dərəcədə uyğundur?

🔹Belə hallarla qarşılaşdıqda necə davranmalı olduğunuzu öyrənmək üçün videonu izləyin!

⚖️The phrase “Goods once sold are not refundable” — is it legal?

We often come across this statement in stores, but how well does it actually comply with consumer rights?

🔹Watch the video to learn what you should do when you encounter such situations!

📲 +99455 219 55 25
📧 [email protected]
🌐 www.arbitro.az
📍 Bakı şəh, Həmzə Babaşov 15/21

🔹Qara siyahı nədir? “Qara siyahı” dedikdə, əslində “Azərbaycan Kredit Bürosu” tərəfindən toplanan və saxlanılan rəsmi kr...
15/10/2025

🔹Qara siyahı nədir?

“Qara siyahı” dedikdə, əslində “Azərbaycan Kredit Bürosu” tərəfindən toplanan və saxlanılan rəsmi kredit tarixçəsində əks olunan borc və kredit ödənişlərini vaxtında yerinə yetirməyən, bank qarşısındakı öhdəliklərini pozan şəxslər barəsindəki mənfi məlumatlar nəzərdə tutulur. Sözügedən məlumatlar sistemdə daxil edildiyi tarixdən etibarən 10 il ərzində saxlanılır.

🔹Hansı məhdudiyyətlərlə üzləşə bilərsiniz?
“Qara siyahı”ya düşən şəxslərin kredit və kredit kartı müraciətləri adətən avtomatik şəkildə rədd olunur və ya bəzi məhdudiyyətlər tətbiq olunur. Banklar zəif ödəniş tarixçəsinə malik olan müştəriləri yüksək riskli hesab etdikləri üçün yeni borc verməyə ehtiyatla yanaşırlar.

🔹“Qara siyahı”dan necə çıxmaq olar?
1) Qara siyahıdan çıxmağın əsas və ilk şərti bankalara olan bütün borcların ödənilməsidir. Borc ödənilmədikcə siyahıdan çıxmaq mümkün deyil.
2) Borcun birdəfəyə ödənilməsi mümkün deyilsə, bankla danışaraq uyğun taksitlərlə restrukturizasiya tələb edə bilərsiniz. Bu sizin ödənişlərinizin vaxtında icra edilməsini asanlaşdıracaq.
3) Borc ödənildikdən sonra yeni kredit götürüb bütün ödənişləri vaxtında etməklə kredit balınızı tədricən artıra bilərsiniz.
Qeyd: Yuxarıdakı üsullar yalnız kredit tarixçənizin yaxşılaşdırlması üçündür!

🔹Əgər yanlış və ya haqsız yerə qara siyahıya düşdüyünüzü düşünürsünüzsə, müvafiq qurumlara müraciət edərək etiraz etmək hüququnuz var. Pozulmuş hüququnuzun bərpası üçün bizə müraciət edə bilərsiniz.

◾️What is the “blacklist”?

The “blacklist” actually refers to the negative information recorded in the official credit history collected and maintained by the Azerbaijan Credit Bureau about individuals who have failed to make their loan and credit payments on time or who have violated their obligations to banks.
Such information is stored in the system for 10 years from the date it is entered.

◾️What restrictions might you face?
Individuals who are on the “blacklist” usually have their loan and credit card applications automatically rejected, or certain limitations may be applied.
Since banks consider clients with poor payment histories to be high-risk borrowers, they are generally reluctant to issue new loans to them.

◾️How can you be removed from the “blacklist”?
The main and first condition for being removed from the blacklist is to repay all debts owed to banks. It is impossible to be removed from the list until all debts are settled.
If it is not possible to pay the debt in one lump sum, you may negotiate with the bank and request a restructuring with suitable installments. This will make it easier for you to make payments on time.
After paying off the debt, you can gradually improve your credit score by taking out a new loan and making all payments on time.
Note: The methods above are only intended to improve your credit history!

◾️If you believe that you have been placed on the blacklist wrongfully or unfairly, you have the right to appeal to the relevant authorities.
To restore your violated rights, you may also contact us for assistance.

🔹24 sentyabr tarixində “Arbitro” Hüquq Şirkətinin Direktoru Nəcəf Əliyev Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palat...
13/10/2025

🔹24 sentyabr tarixində “Arbitro” Hüquq Şirkətinin Direktoru Nəcəf Əliyev Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası (BritCham) və Böyük Britaniyanın Bakıdakı Səfirliyi tərəfindən təşkil olunmuş məlumat sessiyasında iştirak etmişdir. Tədbir çərçivəsində Nəcəf Əliyev şirkətin hüquqi xidmətləri barədə iştirakçılara geniş məlumat təqdim etmiş, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

🔹Sessiya, Böyük Britaniyanın İxrac Kreditləri Agentliyi (UKEF) nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində baş tutmuşdur. Tədbirdə UKEF-in imkanları, ixrac kredit zəmanətləri, eləcə də Böyük Britaniya ilə Azərbaycan arasında biznes əlaqələrinin gücləndirilməsi potensialı barədə ətraflı təqdimat biznes nümayəndələrinə təqdim olunmuşdur.

◾️On September 24, Mr. Najaf Aliyev, Director of “Arbitro” Law Firm, participated in an information session organized by the British Chamber of Commerce in Azerbaijan (BritCham) and the British Embassy in Baku.
During the event, Mr. Najaf Aliyev provided participants with detailed information about the firm’s legal services and engaged in discussions on various topics.

◾️The session was held within the framework of the visit of representatives from the UK Export Finance (UKEF) to Azerbaijan. During the event, business representatives were given a comprehensive presentation on UKEF’s capabilities, export credit guarantees, and the potential for strengthening business relations between the United Kingdom and Azerbaijan.

Bəzən mağazada vitrində bir qiymət görürük, amma kassada fərqli, adətən daha yüksək məbləğlə qarşılaşırıq. Bu halda çoxl...
10/10/2025

Bəzən mağazada vitrində bir qiymət görürük, amma kassada fərqli, adətən daha yüksək məbləğlə qarşılaşırıq. Bu halda çoxları çaşqın qalır, amma qanun sizin tərəfinizdədir! ⚖️

🔹 İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanuna əsasən, malların satış qiyməti barədə məlumat aydın, düzgün və istehlakçı üçün əlçatan şəkildə göstərilməlidir.

🔹 Əgər vitrində göstərilən qiymət ilə kassada tələb edilən qiymət arasında fərq varsa, istehlakçı vitrində göstərilən qiymət üzrə məhsulu almaq hüququna malikdir.

Yəni, satıcı kassada daha artıq ödəniş tələb edə bilməz.Bu təklif aldadıcı kommersiya təcrübəsinə misaldır və qanunlara ziddir.

Sometimes, we see one price displayed on a store shelf, but at the checkout counter, we’re charged a different—and usually higher—amount. Many consumers get confused in such situations, but the law is actually on your side! ⚖

🔹 According to the Law on the Protection of Consumer Rights, information about the sale price of goods must be clear, accurate, and easily accessible to consumers.

🔹 If there is a discrepancy between the price displayed on the shelf and the price charged at the cash register, the consumer has the right to purchase the product at the price shown on the shelf.

In other words, the seller cannot legally demand a higher payment at the register. Such conduct constitutes a misleading commercial practice and is contrary to the law.

08/10/2025

📌 İşçinin əmək haqqından borcuna görə tutulma mümkündürmü?
📖Əmək hüququ ilə bağlı qanunvericilikdə bu məsələ ilə bağlı xüsusi qaydalar mövcuddur.

📌Is it possible to make deductions from an employee’s salary for their debt?
📖There are specific provisions regulating this matter in Labor Code.

📲 +99455 219 55 25
📧 [email protected]
🌐 www.arbitro.az
📍 Bakı şəh, Həmzə Babaşov 15/21

06/10/2025

📢 8 Noyabr Zəfər Gününədək XÜSUSİ KAMPANİYA!

✨ 44% ENDİRİM şamil olunur⤵️

✅ Vətən müharibəsi iştirakçılarına
✅ İşğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərən şirkətlərə

⚠ Şəhid ailələrinə PULSUZ hüquqi konsultasiya.

Kampaniyadan yararlanmaq üçün vaxt itirmədən əlaqə saxlayın.

📲 +99455 219 55 25
📧 [email protected]
🌐 www.arbitro.az
📍 Bakı şəh, Həmzə Babaşov 15/21

Address

Həmzə Babaşov 15/21
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 15:00

Telephone

+994552195525

Alerts

Be the first to know and let us send you an email when Arbitro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arbitro:

Share