18/02/2022
Tikinti işlərini həyata keçirmək istəyən mülkiyyətçinin/sahibkarın qarşısında bir neçə mürəkkəb hüquqi məsələlərin həlli durur. Bu məsələləri sənədlərin müəyyənləşdirilməsi və hazırlanması, müraciət olunası dövlət orqanlarının müəyyənləşdirilməsi və bu orqanlara müraciət prosesi, müəyyən layihə, rəy və hesabatların əldə edilməsi başlıqları altında üç qrupa ayıra bilərik.
Sözü gedən sənədlərin siyahısı və məzmunu müxtəlif qanunvericilik aktları ilə tənzimlənir. Dövlət orqanların və bu orqanlara təqdim olunmalı sənədlərin tam siyahısı ilə tanış olan mülkiyyətçinin/sahibkarın işini qat-qat yüngülləşmiş hesab etmək olar.
Layihə, rəy və hesabatlara gəldikdə isə, qanunvericilik bu cür sənədlərin hansı dövlət və ya qeyri-dövlət qurumundan əldə olunmasını və nəcə əldə olunmasını aydın şəkildə tənzimləməkdədir. Onu da qeyd etmək zəruridir ki, qanunvericilik mülkiyyətçinin/sahibkarın bir sıra layihə, rəy və hesabatları dövlət orqanlarından (institutlar, agentliklər və s.), bir sırasını isə müqavilə əsasında dövlət icazəsi olan, yəni lisenziyalaşdırılmış hüquqi şəxslərdən əldə etməli olduğunu bildirir.
Qeyd olunan üç qrup məsələnin həll olunması ilə hüquq peşakarları məşğul olur. Mülkiyyətçilərin/sahibkarların bu məsələlərin həllini peşakar hüquqşünaslara həvalə etməkləri daha məqsədəuyğun kimi görünür. Şirkətimiz bu xidmətləri paket şəklində mülkiyyətçilərin/sahibkarların istəyi ilə həyata keçirməyə hazırdır.