vekiliniz.az

vekiliniz.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from vekiliniz.az, Lawyer & Law Firm, Khariji Dairavi (Mikhail Aliyev), Baku.

İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə mü...
01/07/2021

İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
 
 
Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

⚖Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əc...
22/06/2021

⚖Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
⚖Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.
⚖ Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.
⚖ İşəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar.
⚖Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlər bu Məcəllə ilə tənzimlənir.
⚖ İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

🇦🇿🇦🇿🇦🇿
15/06/2021

🇦🇿🇦🇿🇦🇿

⚖Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizl...
07/06/2021

⚖Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.

⚖Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.

⚖ Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.

⚖Sürücü tərəfindən piyadaya yol verilməməsinə,yəni:⚖nizamlanmayan  piyada  keçidinə daxil olmuş piyadaya;⚖yolayrıcında s...
19/05/2021

⚖Sürücü tərəfindən piyadaya yol verilməməsinə,yəni:
⚖nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya;
⚖yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə-əlli manat məbləğində cərimə edilir.

Qeyd:"Yol verilməməsi "dedikdə,sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması,yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

✔Aliment almaq hüququ olan şəxs,aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə,aliment almaq hü...
08/05/2021

✔Aliment almaq hüququ olan şəxs,aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə,aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
✔Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
✔Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü ,lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə,əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

✅Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və y...
30/04/2021

✅Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

✅Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

✅İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
 

✅Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və  dövlət tərəfindən müdafiə olunur✅Mülkiyyət dövlət mülkiyyəti,xüs...
22/04/2021

✅Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur

✅Mülkiyyət dövlət mülkiyyəti,xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilir.

✅Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları ,cəmiyyətin və dövlətin mənafeləri ,şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

1.Əmək müqaviləsi işçinin peşəkarlıq  səviyyəsini,müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə s...
16/04/2021

1.Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini,müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.Sınaq müddəti 3aydan artıq olmamaq şərtilə müəyyən edilir.

2.Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir.İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi,habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

3.Sınaq müddəti gösdərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər,epidemiyalar,epizootiyalar,böyük  ekoloji və başqa  qəzalar baş v...
06/04/2021

Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər,epidemiyalar,epizootiyalar,böyük ekoloji və başqa qəzalar baş verdikdə,habelə Azərbaycan Respublikasının ərazi bötüvüyünün pozulmasına,dövlətə qarşı qiyama və ya dövlət çevirilişinə yönəldilən hərəkətlər edildikdə,zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda,vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərindı fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

-Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına,yəni-su obyektlərinin  çirklənməsinin,zibillənməsinin və suların  ...
31/03/2021

-Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına,yəni
-su obyektlərinin çirklənməsinin,zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin,kommunal və digər obyektlərin istismar edilməsinə;
-su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə,onların istismar qaydalarına riayət edilməməsinə;
-su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə;
-xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;
-su obyektlərinin dövlət monitorinqinin,suların dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə;
-su toplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə,torpaqların si eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına;
-su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə fiziki,hüquqi və vəzifəli şəxslər müəyyən olunmuç məbləğdə cərimə edilir.

⚖Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüq...
29/03/2021

⚖Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.
⚖Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ vardır.
⚖Hərbi qulluqçularln,hakimlərin,dövlət məmurlarının ,din xadimlərinin,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin ,bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər!

Address

Khariji Dairavi (Mikhail Aliyev)
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when vekiliniz.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share