Vəliyev, Bağırov və Partnyorları Vəkil Bürosu

Vəliyev, Bağırov və Partnyorları Vəkil Bürosu Büromuz "Yenilik bizim qanunumuzdur!" sloqanı ilə müştərilərə hər növ yüksək keyfiyyətli hüquq xidmətlər göstərir.

"Vəliyev, Bağırov və Partnyorları" Vəkil Bürosunun vəkili Ruslan Veliyev "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbində fər...
07/09/2022

"Vəliyev, Bağırov və Partnyorları" Vəkil Bürosunun vəkili Ruslan Veliyev "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbində fərqlənən tələbələrə Sertifikatlar təqdim etmişdir.

"Vəliyev, Bağırov və Partnyorları" Vəkil Bürosunun vəkili Ruslan Vəliyev "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbinin keç...
07/09/2022

"Vəliyev, Bağırov və Partnyorları" Vəkil Bürosunun vəkili Ruslan Vəliyev "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbinin keçirilməsində təlimçi kimi verdiyi töhfəyə görə Təşəkkürnamə ilə təltif olunmuşdur.

"Vəkil olmaq istəyirəm" adlı yay məktəbi davam edir.Təlimçi: Ruslan VəliyevMövzu: Prosessual sənədlərin tərtib edilməsi.
12/08/2022

"Vəkil olmaq istəyirəm" adlı yay məktəbi davam edir.

Təlimçi: Ruslan Vəliyev
Mövzu: Prosessual sənədlərin tərtib edilməsi.

Bizim xidmətlərimiz:AZE:1.Hüquqi şəxslərin dövlət qeydiyyatı, təkrar qeydiyyatı, ləğvi;2.Fiziki və hüquqi şəxslər üçün b...
04/07/2022

Bizim xidmətlərimiz:

AZE:
1.Hüquqi şəxslərin dövlət qeydiyyatı, təkrar qeydiyyatı, ləğvi;
2.Fiziki və hüquqi şəxslər üçün bank hesablarının açılması, möhür-ştampların və ASAN imza sertifikatların sifariş edilməsi və alınması;
3.Xarici nümayəndəlik və filialların dövlət qeydiyyatı və ləğvi;
4.Şirkətin nizamnaməsinin, təsis sənədlərinin və daxili qaydalarının hazırlanması;
5.Hüquqi şəxslərin müflisləşmə və iflas proseslərinin təhlili və bu sahədə məsləhətlər, bu proseslərdə hüquqi şəxslərin və onların payçılarının təmsil edilməsi;
6.Müqavilələrin tərtib edilməsi, onların hüquqi ekspertizası, müqavilələrə əlavə və dəyişikliklərin edilməsi, müqavilələrin imzalanmasında təmsil olunma v.s;
7.Kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin fəaliyyətinin hüquqi müşayiət edilməsi.

Our legal services:

ENG:
1.Registration of companies, the establishment of other legal entities;
2.Opening bank accounts for individuals and legal entities, ordering and obtaining stamps and ASAN signature certificates;
3.Establishment and registration of representative offices and branches;
4.Preparation of the company's charter, the foundation documents, and internal rules;
5.Analysis of liquidation, and bankruptcy processes in Azerbaijan, advice in this area, representation of legal entities and their shareholders in these processes;
6.Drawing up of contracts, legal examination, amendments and dissolutions of contracts, representation in the signing of contracts;
7.Legal support of commercial and non-commercial legal entities.

Наши юридические услуги:

RUS:
1. Государственная регистрация, перерегистрация и закрытие юридических лиц;
2. Открытие банковских счетов для физических и юридических лиц, заказ и получение печатей-штампов, а также сертификатов подписи АСАН;
3. Государственная регистрация и закрытие иностранных представительств и филиалов;
4. Приготовления устава компаний, учредительных документов и внутренних правил;
5. Анализ процессов ликвидации и банкротства, консультации в этой области, представительство юридических лиц и их акционеров в этих процессах;
6. Составление договоров, их юридическая экспертиза, изменение и расторжение договоров, представительство при подписании договоров;
7. Юридическое сопровождение коммерческих и некоммерческих юридических лиц.

"Vəliyev, Bağırov və Partnyorları" Vəkil Bürosunun vəkili Ruslan Vəliyevin sərnişin və sürücü arasında baş vermiş mübahi...
30/06/2022

"Vəliyev, Bağırov və Partnyorları" Vəkil Bürosunun vəkili Ruslan Vəliyevin sərnişin və sürücü arasında baş vermiş mübahisəyə hüquqi yanaşması barədə yazını linkdən oxuya bilərsiniz.

Sürücü cəzalandırıldı: Bəs sərnişin? Sosial 30 İyun, 13:00 1184 Son günlər sosial şəbəkələrdə yayılan videoda Sumqayıtda sürücü ilə sərnişin arasında yaşanan insident öz əksini tapıb. Hadisə Sumqayıtda 12 saylı sərnişin avtobusunda baş verib. Belə ki, sərnişi...

"Vəliyev, Bağırov və Partnyorları" Vəkil Bürosunun kollektivi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Sədri, ...
19/06/2022

"Vəliyev, Bağırov və Partnyorları" Vəkil Bürosunun kollektivi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Sədri, hörmətli cənab Anar Bağırovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, firavan həyat, xoş günlər və fəaliyyətində uğurlar arzulayır!

🔴Dəyərli izləyicilər, bu gün sizinlə Konstitusiya Məhkəməsinin çox maraqlı bir Qərarından çıxarışı paylaşacağıq. 🔴Məlum ...
14/06/2022

🔴Dəyərli izləyicilər, bu gün sizinlə Konstitusiya Məhkəməsinin çox maraqlı bir Qərarından çıxarışı paylaşacağıq.

🔴Məlum olduğu kimi, vərəsəlik institutu müəyyən dərəcədə həm ailə, həm də əmlak hüquq normaları qrupunun spesifik xüsusiyyətlərini özündə əks etdirir. Vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.
Ərin (arvadın) nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etməsindən sonra ölməsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflərdən birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz olduğu, eləcə də şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Bu cür hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə uyğun olaraq, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi isə işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılması üsullarından biridir.

🔴Beləliklə, məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən ölməsi iş üzrə icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və tərəflərin ər-arvad statusunun ləğv edilməməsi, eləcə də onların bu statusdan irəli gələn hüquq və vəzifələrinin davam etməsi ilə nəticələnir.

🔴Göründüyü kimi, nikaha xitam verilməsi üçün iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minməsi zəruri olduğundan, nikahın pozulması barədə məhkəmədə iddianın qaldırılması ər-arvadın bir-birini vərəsəlik hüququndan məhrum etməsi üçün kifayət deyildir. Belə ki, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddiaçı iddiadan imtina edə bilər, tərəflər barışa bilər və s hallar baş verə bilər.

🔴Bəzi hallarda isə ər-arvad arasında qeydiyyata alınmış nikahın mövcud olmasına baxmayaraq, onların məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir.

🔴Beləliklə, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.

🔴Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 1 may 2019-cu il tarixli Qərarı.

✅Covid-19 pandemiyası dövründə A adlı şəxs bankla kredit müqaviləsini banka getmədən elektron sənəd mübadiləsi yolu bağl...
25/05/2022

✅Covid-19 pandemiyası dövründə A adlı şəxs bankla kredit müqaviləsini banka getmədən elektron sənəd mübadiləsi yolu bağlayır. A daha sonra krediti ödəyə bilmədiyi zaman Mülki Məcəllənin 407.2 və 740.2-ci maddələrində müəyyən olunmuş müqavilənin yazılı formada bağlanması qaydasının bank tərəfindən pozulduğunun və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

✅Qanunvericiliyimizdə olan bu yeni və ziddiyətli hala isə Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin 12 avqust 2020-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” qərar ilə aşağıdakı qaydada aydınlıq gətirilmişdir.

✅Qərarda qeyd olunur ki, müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur.

✅Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir.

✅Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.

✅Mülki Məcəllənin 331.3-cü maddəsində, “Elektron ticarət haqqında” Qanunda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur.

✅Nəticə olaraq, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır.

📞 (012) 596 12 75
📧 [email protected]
📍 Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov 5/3A.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarından çıxarış.✅Məhkəmələr tərə...
10/05/2022

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarından çıxarış.
✅Məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
✅Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

📞 (012) 596 12 75
📧 [email protected]
📍 Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov 5/3A.

“Vəliyev, Bağırov və Partnyorları” Vəkil Bürosu ailə hüququ sahəsində müştərilərinə aşağıdakı xidmətləri təklif edir.1.N...
05/05/2022

“Vəliyev, Bağırov və Partnyorları” Vəkil Bürosu ailə hüququ sahəsində müştərilərinə aşağıdakı xidmətləri təklif edir.

1.Nikah müqaviləsinin hazırlanması ilə bağlı hüquqi yardımın göstərilməsi;
2.Birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü məsələləri ilə bağlı hüquqi yardımın göstərilməsi;
3.Nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar hüquqi yardımın göstərilməsi;
4.Uşağın mənşəyinin müəyyən edilməsi, məhkəmə qaydasında atalığın tanınması faktının müəyyən olunması, atalığa, analığa dair mübahisə açma məsələlərində hüquqi yardımın göstərilməsi;
5.Ailədə valideyn-uşaq münasibətləri, valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələlər üzrə hüquqi yardım;
6.Ailə üzvlərinin aliment öhdəlikləri üzrə məsələlər, alimentin ödənilməsi barədə sazişin hazırlanması;
7.Övladlığa götürmə, uşaqlar üzərində qəyyumluq və himayə məsələləri ilə bağlı hüquqi xidmətlər;
8.Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın pozulması məsələlərində hüquqi yardımın göstərilməsi.

📞 (012) 596 12 75
📧 [email protected]
📍 Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov 5/3A.



Bizim xidmətlərimiz:1. Hüququn bütün sahələrinə dair yazılı və ya şifahi konsultasiyalar;2. Müqavilələrin tərtib edilməs...
25/04/2022

Bizim xidmətlərimiz:

1. Hüququn bütün sahələrinə dair yazılı və ya şifahi konsultasiyalar;
2. Müqavilələrin tərtib edilməsi, hüquqi ekspertizası, əlavə və dəyişikliklər edilməsi, müqavilələrin imzalanmasında təmsil olunma v.s.;
3. Dövlət orqanlarına ərizələrin, şikayətlərin, sorğuların verilməsi və təmsil olunma;
4. Rayon (şəhər) məhkəmələrində, Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə, habelə Ali Məhkəmənin Plenumunda və Konstitusiya Məhkəməsində mülki, ailə, əmək, cinayət, bank, inzibati xətalar, kommersiya və inzibati işlərin aparılması, hüquqların müdafiəsi;
5. Bütün məhkəmə instansiyalarına iddiaların, ərizələrin, şikayətlərin, etirazların, vəsatətlərin hazırlanması və elektron məhkəmə portalı vasitəsilə göndərilməsi;
6. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsi və hüquqların müdafiəsi;
7. Kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin, xarici şirkətlərin filial və nümayəndəliklərin yaradılması, dövlət qeydiyyatı, təkrar qeydiyyatı və ləğv edilməsi, bank hesablarının açılması, möhür-ştampların və ASAN imza sertifikatların sifariş edilməsi və alınması;
8. Miqrasiya işləri, o cümlədən iş icazələrin alınması, yaşayış və ya olduğu yer üzrə qeydiyyat, vətəndaşlıq məsələləri v.s.
9. Kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin faəliyyətinin hüquqi müşaiyət edilməsi.

Address

Azerbaijan, Yasamal, Fuad İbrahimbeyov 5/3A
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00

Telephone

+994125961275

Website

Alerts

Be the first to know and let us send you an email when Vəliyev, Bağırov və Partnyorları Vəkil Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vəliyev, Bağırov və Partnyorları Vəkil Bürosu:

Share

Category