08/02/2026
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsinə hər iki istiqamət üzrə qeydiyyat 25 fevraladək uzadılmışdır!
Xatırladaq ki, namizədlik istiqaməti tədqiqat təklifi ilə müraciət edən araşdırmaçılara akademik hüquqi yazı və araşdırma sahəsində təşkil olunan təlimlərdə iştirak imkanı təqdim edir. Təlimlər çərçivəsində verilən tapşırıqlar nəticəsində araşdırmaçılar məqalələrinin ilkin versiyalarını formalaşdırırlar. Daha sonra isə bu yazılar mərhələli redaktələr vasitəsilə dərcə uyğun hala gətirilir.
Digər istiqamət olan "Call for Rough Drafts" üzrə isə araşdırmaçılar Layihəyə artıq əvvəlcədən formalaşdırdıqları məqalə ilə müraciət edirlər. Belə ki, müvafiq iddia-bəyanata malik, lakin jurnal standartlarına uyğunlaşdırılmağa ehtiyacı olan bu məqalələr peşəkar mütəxəssislərin rəy və təklifləri, habelə redaktələr nəticəsində dərcə uyğun hala gətirilir.
Namizədlik üzrə qeydiyyat linki: https://forms.gle/52GaKvuvJEw75Qy58
“Call for Rough Drafts” üzrə qeydiyyat linki: https://forms.gle/8JTjbMmHEu1D3QkT8
E-poçt: [email protected]