Alfa Legal

Alfa Legal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alfa Legal, Legal, Əhməd Rəcəbli küç. , Adore Plaza, Baku.

Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin əsasları qüvvədə olan Cinayət Məcəlləsinin 74-cü maddə...
28/01/2021

Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin əsasları qüvvədə olan Cinayət Məcəlləsinin 74-cü maddəsində təsbit edilmişdir. Şəraitin dəyişməsi ilə bağlı azad etmə bəzi şərtlər daxilində mümkündür:

1. Cinayətin ilk dəfə törədilməsi;

2. Törədilən cinayətin böyük ictimai təhlükə törətməyən, yaxud da az ağır cinayətlər kateqoriyasına aid olması;

3. Şəraitin dəyişməsi ilə şəxsin təhlükəliliyinin, cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılması

Bu halda cinayət məsuliyyətindən azadetmə təhqiqat və istintaq orqanının, yaxud da məhkəmənin hüququdur.

Şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad etmə institutu həm cinayət işinin istintaqı dövründə, həm də işə məhkəmədə baxılan dövrdə tətbiq edilə bilər.

Şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi anlaşılır. Belə hallarda şəraitin dəyişməsi fərdi xarakterdə olub, ancaq şəxsin həyatı ilə bağlı olur.

Şəraitin dəyişməsi siyasi, sosial və iqtisadi sahələrdə baş verən dəyişikliklərlə bağlı ola bilər.

Məsuliyyətdən azad etmənin bu növü CM-in 73-cü maddəsində nəzərdə tutulur. Normada göstərilir: “İlk dəfə böyük ictimai t...
22/01/2021

Məsuliyyətdən azad etmənin bu növü CM-in 73-cü maddəsində nəzərdə tutulur. Normada göstərilir: “İlk dəfə böyük ictimai təhlükəli əməl törətməyən cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə vəya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

Cinayət məsuliyyətindən zərərçəkmiş şəxslə barışmaqla azad etmə ancaq müəyyən şərtlər daxilində mümkündür. Bu şərtlərə aiddir:

1. Cinayətin ilk dəfə törədilməsi

2. Cinayətin Böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından olması

3. Cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması

4. Zərərçəkmiş şəxsə dəyən zərərin ödənilməsi

5. Vurulmuş zərərin aradan qaldırılması

Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqi məhkəmə, prokuror, müstəntiq və təhqiqat orqanı tətəfindən həyata keçirilir.

Təqsirkarın barışmağa cəhd etməsi müxtəlif niyyətlərlə - peşmanlıq hiss ilə, xəcalət duyğuları ilə, rüsvay olmaq təhlükəsilə, cinayət məsuliyyətinə cəlb ediləcəyindən və cəza tətbiq ediləcəyindən qorxu hissi ilə və s. bağlı ola bilər.

Heç kim unudulmur, heç nə yaddan çıxmır!
20/01/2021

Heç kim unudulmur, heç nə yaddan çıxmır!

Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə anlayışı Cinayət Məcəlləsinin 72-ci maddəsində göstərilmişdir...
08/01/2021

Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə anlayışı Cinayət Məcəlləsinin 72-ci maddəsində göstərilmişdir.

Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməni cinayəti başa çatdırmaqdan könüllü imtinaya görə məsuliyyətdən azad etmədən fərqləndirmək lazımdır. Səmimi peşmanlıq çəkən şəxs başladığı cinayəti başa çatdırır. Könüllü imtina edən şəxs başladığı cinayəti ya hazırlıq mərhələsində, ya da ki, cinayət etməyə cəhd mərhələsində başa çatdırmaqdan könüllü imtina edir.
Səmimi peşmanlıq çəkən şəxs ancaq böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məsuliyyətdən azad edilir.
Səmimi peşmanlığa görə cinayət məsuliyyətindən azad etmə üçün şəxsin sadəcə törədilən əməldən peşmanlıq çəkməsi azdır, o həm də cinayətin neqativ nəticələrinin aradan qaldırılmasına fəal kömək etməlidir. Bunun üçün cinayət törətmiş şəxs qanunda nəzərdə tutulan aşağıdakı aktiv hərəkətləri etməlidir:

1. Könüllü gəlib təqsirini boynuna almalıdır
2. Cinayətin açılmasına fəal kömək etməlidir
3. Cinayət nəticəsində yetirilən ziyanı ödəməli və ya vurulan zərəri başqa cür aradan qaldırmalıdır.

Qeyd edilən fəal hərəkətlər aşağıdakı hallarda məsuliyyətdən azad etmə üçün əsas ola bilər:

1. Şəxsin törətidiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olsun
2. Belə əməl ilk dəfə törədilsin
3. Şəxs gəlib özünü istintaq orqanına təqdim etsin.

Əvvəllər böyük ictimai təhlükə törətməyən əməl etmiş və məsuliyyətdən azad edilmiş , yaxud da cinayətə görə məhkum edilərək cəza çəkmiş, lakin məhkumluğu götürülən və ya ödənilən şəxs də ilk dəfə cinayət törədən şəxs sayılır.
Cinayət Məcəlləsinin 72.2-ci maddəsinin göstərişinə görə başqa növ cinayət törətmiş şəxs CM-nin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində CM-in Xüsusi hissəsinin müvafiq maddələrində biləvasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər.
Başqa növ cinayət adı altında az ağır, ağır, xüsusilə ağır cinayətlər nəzərdə tutulur.
Qüvvədə olan Cinayət Məcəlləsinin 144(adam oğurluğu), 214 (terrorçuluq), 234 (qanunsuz olaraq narkotik vasitələri psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 274 (dövlətə xəyanət), 312 (rüşvət vermə) və s. maddələrində nəzərdə tutulan cinayətləri törədən şəxslər bu maddələrin qeyd hissəsinin göstərişinə əsasən başladıqları cinayətə son qoyduqlarına görə, habelə bu Məcəllənin 72.1-ci maddəsində göstərilən və peşmanlığı ifadə edən digər fəal hərəkətləri etdikdə, törətdikləroi cinayətə görə məsuliyyətə alınmaqdan azad edilirlər.

Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibətilə təbrik edirik! 🇦🇿     ̈nü
31/12/2020

Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibətilə təbrik edirik! 🇦🇿

̈nü

Klassik cinayət hüquq məktəbinin banilərindən sayılan Ç.Bekkariya özünün “Cinayətlər və cəzalar” adlı məşhur əsərində ya...
30/12/2020

Klassik cinayət hüquq məktəbinin banilərindən sayılan Ç.Bekkariya özünün “Cinayətlər və cəzalar” adlı məşhur əsərində yazırdı ki, cinayətdən çəkindirici mühüm vasitə tətbiq edilən cəzanın sərtliyi deyil, onun labüdlüyüdür.

BMT-in araşdırmaları göstərmişdir ki, dünya dövlətlərinin cinayət hüquq siyasətinin fərqləndirici xüsusiyyəti məhkəmə icraatına qədər cinayət işlərinin müəyyən hissəsinin müxtəlif əsaslarla xitam edilməsidir. Dünya ölkələrində cinayət hüquq siyasətinin əsas istiqaməti humanizm, məsuliyyətin differensiasiyası və fərdiləşdirilməsi prinsipi zəminində , imkan olduqda, cinayət-hüquqi məcburiyyət tədbirlərini realizə etmədən məhkumun islah edilməsinə nail olmaqdır.

Xarici ölkələrin cinayət hüququ sahəsində istifadə etdiyi alternativ tədbirlər sisteminin iki əsas mödeli mövcuddur.

Transaksiya modeli - bu model Hollandiya-Belçika modeli də adlanır. İstintaq orqanlari şəxsi törətdiyi cinayətə görə hər bir konkret halda müəyyən edilən məbləği dövlət nəfinə keçirməyə razı saldıqda , cinayət-hüquqi təqibə son qoyulur, cinayət işi xitam edilir.

Mediasiya modeli - təqsirkarla zərərçəkənin barışması və təqsirkarın vurduğu ziyanı ödəməsi təqsirkarla zərərçəkən arasında vasitəçilik tədbirlərinin istifadə edilməsi ilə izah edilir. Mediasiya modelində cinayət-hüquqi konfliktin tənzimi üzrə aktiv tədbirləri - təqsirkarla zərərçəkəni barışdırmağa istiqamətlənən xüsusi səlahiyyətli subyektlərin fəaliyyətini nəzərdə tutur. Hazırda cinayət məsuliyyətinin alternativi kimi mediasiyadan AFR-də, Avstriyada, Portuqaliyada, Fransada və digər ölkələrdə istifadə edilir.

Qüvvədə olan Cinayət Məcəlləsinin 11-ci fəslində məsuliyyətdən azad etmənin müxtəlif növləri təsbit edilmişdir.

- Səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmə
- Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə
- Şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad etmə
- Müddətin keçməsilə bağlı cinayət məsuliyyətindən azad etmə

Azərbaycanın Baş naziri “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 12 sen...
27/12/2020

Azərbaycanın Baş naziri “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarda dəyişiklik edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;
- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;
- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qeyd edək ki, qərar dekabrın 28-dən qüvvəyə minir.

İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 3 ay müddətinədək müəyyən olunur və...
25/12/2020

İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 3 ay müddətinədək müəyyən olunur və hakim tərəfindən tətbiq edilir.

İnzibati həbs ən ağır inzibati tənbeh növüdür. Bu tənbeh növü təqsirkarın azadlığını müvəqqəti məhdudlaşdırır. İnzibati həbs ictimai təhlükəsizlik dərəcəsinə görə cinayətə yaxın olan inzibati xətalarla əlaqədar tətbiq edilir. İnzibati həbsin tətbiq edilməsi məhkumluq yaratmır və işdən, təhsil müəssisələrindən çıxarmaq üçün əsas sayıla bilməz.

Aşağıdakı şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz:

1. Hamilə qadınlar və ya himayəsində 14 yaşınadək uşağı olan qadınlar
2. 14 yaşına çatmayan uşağını tək başına böyüdən kişilər
3. 18 yaşına çatmayan şəxslər
4. I və II qrup əlillər
5. Sağlamlıq imkanı məhdud uşaqlar
6. 60 yaşına çatmış qadınlar
7. 65 yaşına çatmış kişilər
8. Hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət qulluqçuları
9. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları

"Şeytanın vəkili" ləqəbi ilə tanınan Jak Verjes fransız - vyetnam əsilli dünyanın ən məşhur vəkillərindən biridir. O, hü...
24/12/2020

"Şeytanın vəkili" ləqəbi ilə tanınan Jak Verjes fransız - vyetnam əsilli dünyanın ən məşhur vəkillərindən biridir. O, hüquq təhsilini Paris Universitetində almışdır. İkinci Dünya müharibəsində iştirak etmiş və müharibədən sonra vəkillik fəaliyyəti ilə məşğul olmuşdur.

Jak Verjes 1950-ci illərin sonunda terrorizmdə ittiham olunan Əlcəzair Milli Qurtuluş Cəbhəsinin üzvlərini müdafiə etməklə dünyada tanınmışdır. O, ölüm cəzasına məhkum edilmiş Cəmilə Buxiredin (adamla dolu fransız kafesini partlatmışdır) vəkili olmuşdur. Verjesin müdaxiləsindən sonra, o bəraət qazanmış və daha sonra azadlığa buraxılmışdır. Qeyd edək ki, Cəmilə Buxired Verjesin həyat yoldaşı idi.

Daha sonralar M.Çombenin, Karlosun (Çaqqal), A.Nassaşenin, Klaus Barbinin, Slobodan Miloşeviçin vəkili olan Jak öz xidmətlərini Səddam Hüseynə də təklif etmişdir, lakın, onun ailəsi razı olmamışdır.

O bəyan etmişdir: "Mən hətta Buşu müdafiə edərəm! Əgər o, öz təqsirini qəbul etməyə razılıq versə."

20/12/2020

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin Əfvetmə səlahiyyəti vardır. Əfvetmə Prezidentin sərancamı ilə rəsmiləşdirilir.

Cəzadan azad etmənin aşağıdakı növləri vardır:1. İttiham hökmünün icrası müddətinin keçməsi ilə cəzadan azad etmə (CM-ni...
12/12/2020

Cəzadan azad etmənin aşağıdakı növləri vardır:

1. İttiham hökmünün icrası müddətinin keçməsi ilə cəzadan azad etmə (CM-nin 80-ci maddəsi)
2. Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz etmə (CM-nin 76-ci maddəsi)
3. Xəstəliyə görə cəzadan azad etmə (CM-nin 78-ci maddəsi)
4. Hamilə qadınlar və azyaşlı uşağı olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması (CM-nin 79-cu maddəsi)

Cinayət Qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqinə, törədilən cinayətin ağırlığından, habelə məhkumun şəxsiyyətinin təhlükəliliyindən asılı olaraq məhdudiyyət qoymur.
Qüvvədə olan qanunvericilik cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqinin digər şərti kimi cinayətin kateqoriyaları üzrə təyin edilən cəzanın qanunla təyin edilən hissəsinin çəkilməsi tələbini qoyur.
Cinayətin aid olduğu kateqoriyadan asılı olaraq təyin edilən cəzanın aşağıda göstərilən hədlərinin (hissələrinin) çəkilməsi zəruri sayılır:

1. Böyük ictima təhlükə törətməyən və az ağır cinayətə görə təyin edilən cəza müddətinin yarısını
2. Ağır cinayət törətməyə görə təyin edilən cəza müddətinin ən azı üçdə iki hissəsini
3. Xüsusilə ağır cinayət törətməyə görə təyin edilən cəza müddətinin ən azı dördə üç hissəsini

Məhkəmə islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi üçün zər...
09/12/2020

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi üçün zəruri olan fəaliyyət sahələrinin SİYAHISI

1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
1.1. elmi tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təchizatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat sahələri üzrə:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;
4.3. neft avadanlıqları və qurğularının istehsalı;
4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida
məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.6. kimyəvi məhsulların istehsalı;
4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.8. əkinçilik və məhsul yığımı;
4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.10. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.13. mühəndislik və layihələndirmə xidmətləri;
4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların
tikintisi və təmiri;
4.15. qablaşdırma məhsullarının istehsalı;
4.16. daş, metal və taxta məhsullarının istehsalı;
4.17. mebel istehsalı və təmiri;
4.18. diri heyvanların kəsimi.
5. Pərakəndə və topdansatış üzrə:
5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);
5.2. apteklər;
5.3. yanacaqdoldurma məntəqələri;
5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə
obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. poçt xidmətləri;
6.3. kimyəvi təmizləmə;
6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının
təmizlənməsi;
6.5. avtomobillərin təmiri;
6.6. avtomobil yuyulma məntəqələri;
6.7. heyvan sığınacaqları;
10
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
9. Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;
9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
9.3. dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.
11. Otellərin fəaliyyəti.
12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili

Address

Əhməd Rəcəbli Küç. , Adore Plaza
Baku

Alerts

Be the first to know and let us send you an email when Alfa Legal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category