21/01/2020
Bakı şəhəri,Yasamal rayonu,Cəfər Cabbarlı küçəsi 44 ünvanında, "Caspian Plaza"-nın 3-cü korpus 6-cı mərtəbəsində, 12.02. 2020 tarixində saat 12 : 00-da açıq auksion formasında hərrac keçiriləcək.
Hərracın iştirak qaydası :
Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 % -i məbləğində beh ödəməlidir.Hərrac addımı - ilkin satış qiymətinin 3 % -indən artıq olmamalıdır.
Hərracın keçirilmə qaydası :
Hərrac Azərbaycan Respublikasının “Mülki Məcəlləsi” nin 415-ci maddəsinə, “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 61-ci maddəsinə, Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”nin 90-cı maddəsinə və “İpoteka Haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinə əsasən keçirilir
Hərracın təşkilatçısı,icra məmurundan sifarişi aldığı gündən etibarən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.İlkin hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir.
İlkin hərrac baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
Hərracın predmeti :
Nizami rayonu, 1-ci şərq döngəsi 0,0313 ha torpaq sahəsində yerləşən 2mərtəbəli, 6otaqlı, yaşayış sahəsi 156,1kv.m, köməkçi sahəsi 268,2 kv m. olan 37saylı fərdi yaşayış evi.
Hərraca çıxarılan predmetin ilkin qiyməti - 700.000 AZN
P.S Qeyd : Əmlak məhkəmə qərarına əsasən açıq hərrac vasitəsi ilə satışa çıxarılır.