05/03/2022
HRLAW, müqavilə əsasında müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyi üzrə müvafiq normativ-hüquqi aktların düzgün tətbiq edilməsi və qanunvericiliyin tələblərinin pozulmasına yol verilməməsi sahəsində hüquqi xidmətlər göstərir, bu sahə üzrə ünvanlanan suallara qanunvericiliyə əsaslanaraq cavablarını təqdim edir.
Qeyd olunan xidmətlərə:
- Müxtəlif xarakterli əmək müqavilələrinin qanuna uyğun tərtibatı, əlavə və dəyişikliklərin edilməsi;
- İş rejiminin və onun icra mexanizminin qurulması, tələb olunan işçi sayının müəyyənləşdirilməsi;
- Əmək haqqı sisteminin qurulması və tətbiqi, kadr üzrə sənədlərin hazırlanması;
- Müxtəlif xarakterli əsasnamələrin, “Vahid Bəyannamə” –nin hazırlanması;
- Əmək qanunvericiliyi və əmək haqqı üzrə təlimlərin keçirilməsi və digər analoji xidmətlər daxildir.