Məcid Məmmədov

Directions

Məcid Məmmədov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Məcid Məmmədov, Lawyer & Law Firm, 674 Azadliq Square, Baku.

New York şəhərində gecə gəzintisi. 🇺🇲🌃Dünyanın ən möhtəşəm və dinamik meqapolislərindən biri olan New York şəhərində gec...
13/10/2026

New York şəhərində gecə gəzintisi. 🇺🇲🌃
Dünyanın ən möhtəşəm və dinamik meqapolislərindən biri olan New York şəhərində gecə gəzintisi etdik. Şəhərin gecə işıqları, küçələrin özünəməxsus ab-havası və fasiləsiz həyat ritmi bizə bu möhtəşəm şəhəri fərqli prizmadan kəşf etmək imkanı verdi.
Burada yaşayan insanların və dünyanın müxtəlif ölkələrindən gələn turistlərin gecə həyatını öz baxış bucağımızdan müşahidə etdik, şəhərin gecələr qazandığı xüsusi enerjini və rəngarəngliyi yaxından hiss etdik.
New York — gündüzü qədər gecəsi də möhtəşəm olan, heç vaxt yatmayan şəhər! ✨🇺🇲

🇺🇲Amerika səfərimiz zamanı dünyanın möhtəşəm təbiət möcüzələrindən biri olan Niaqara şəlaləsini ziyarət etməmək, əlbəttə...
11/10/2026

🇺🇲Amerika səfərimiz zamanı dünyanın möhtəşəm təbiət möcüzələrindən biri olan Niaqara şəlaləsini ziyarət etməmək, əlbəttə ki, mümkün deyildi. Bu möhtəşəm gözəlliyi canlı görmək, onun əzəmətini və təbiətin yaratdığı misilsiz mənzərəni yaxından hiss etmək bizə də qismət oldu.
Arzu edirəm ki, hər bir dostumuza bu bənzərsiz gözəlliyi öz gözləri ilə görmək, bu unudulmaz anları yaşamaq nəsib olsun.
Həyat gözəl anlarla, səyahətlər isə unudulmaz xatirələrlə zəngin olsun! 🌊🇺🇸
Hər kəsə xoş günlər arzulayıram.

11/10/2026

Amerika Birləşmiş Ştatları tərəfdən Niaqara Şəlaləsinə baxış.🇺🇲

🇺🇸 Amerika Birləşmiş Ştatlarının paytaxtı – Vaşinqton şəhəri.Vaşinqtonu gəzmək, görmək və bu möhtəşəm şəhərin ab-havasın...
09/10/2026

🇺🇸 Amerika Birləşmiş Ştatlarının paytaxtı – Vaşinqton şəhəri.
Vaşinqtonu gəzmək, görmək və bu möhtəşəm şəhərin ab-havasını yaxından hiss etmək bizim üçün həqiqətən çox xoş oldu. Hər addımında tarix, dövlətçilik və Amerika həyatının fərqli çalarları ilə qarşılaşdığımız bu şəhər bizdə çox gözəl və unudulmaz təəssüratlar yaratdı.
Vaşinqton sadəcə ABŞ-ın paytaxtı deyil, həm də tarixlə müasirliyin bir arada yaşadığı xüsusi bir şəhərdir. Geniş prospektləri, monumental binaları, yaşıllıqları, muzeyləri və möhtəşəm memarlığı ilə insanda xüsusi hisslər yaradır. Şəhərin küçələrində gəzərkən həm Amerikanın keçmişinə, həm də bu gününə şahidlik etmək mümkündür.
Ağ Ev, Kapitoli, Vaşinqton abidəsi, Linkoln Memorialı və şəhərin digər məşhur məkanlarını görmək, onların qarşısında dayanaraq tarix haqqında düşünmək bizim üçün olduqca maraqlı və təsirli anlar idi. Bu məkanların hər birinin özünəməxsus hekayəsi, öz tarixi və yaddaşlarda qalacaq görüntüsü var.
Ən gözəl tərəfi isə bütün bunları sadəcə şəkillərdə və videolarda görməklə kifayətlənməyib, canlı şəkildə yaşamaq idi. Bəzən bir şəhəri tanımaq üçün onun küçələri ilə addımlamaq, insanlarını müşahidə etmək, memarlığını seyr etmək və həmin atmosferi hiss etmək lazımdır.
Vaşinqton səfərimiz bizə həm yeni yerlər kəşf etmək, həm də gözəl xatirələr toplamaq imkanı verdi. Hər dayanacaqda çəkilən bir foto, hər gəzintidə yaşanan kiçik bir an bu səfərin yaddaşımızda xüsusi yer tutmasına səbəb oldu.
Bu gözəl şəhərlə vidalaşarkən özümüzlə yalnız fotolar deyil, həm də uzun müddət xatırlayacağımız xoş təəssüratlar apardıq. 🇺🇸❤️
Vaşinqton — gördük, gəzdik, hiss etdik və gözəl xatirələrlə yaddaşımıza həkk etdik.
Bəzən səyahətin ən böyük qazancı getdiyin yer deyil, orada yaşadığın hisslər və topladığın xatirələr olur.

08/10/2026
5-Oktyabr Beynəlxalq müəllimlər günüdür. Bu münasibət ilə bütün təhsil sahəsində çalışan müəllimləri xoş arzularla təbri...
05/10/2026

5-Oktyabr Beynəlxalq müəllimlər günüdür. Bu münasibət ilə bütün təhsil sahəsində çalışan müəllimləri xoş arzularla təbrik edərək, gələcək fəaliyətlərində uğurlar arzulayıram!

Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri ...
02/10/2026

Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin məruzəsi qurultay iştirakçıları tərəfindən böyük maraqla dinlənildi.

Bu gün Prokurorluq əməkdaşlarının peşə bayramıdır.Bu əlamətdar gün münasibətilə öz vəzifəsinə vicdanla, məsuliyyətlə və ...
01/10/2026

Bu gün Prokurorluq əməkdaşlarının peşə bayramıdır.
Bu əlamətdar gün münasibətilə öz vəzifəsinə vicdanla, məsuliyyətlə və sədaqətlə yanaşan bütün prokurorluq əməkdaşlarını ürəkdən təbrik edirəm.
Hər birinizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyət arzulayıram. Peşə bayramınız mübarək!👏🙏

27 sentyabr 2026-cı il tarixində Niderlandın Rotterdam şəhərində Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şura...
27/09/2026

27 sentyabr 2026-cı il tarixində Niderlandın Rotterdam şəhərində Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin nümayəndəsi, diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan icmasının fəalları, ziyalılar, gənclər və soydaşlarımız iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra gənc diaspor fəalı Əli Məmmədov Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərimizin ruhuna dualar edib.

Ardınca şəhidlərimizin qəhrəmanlığını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin təşkilatçısı, Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin sədri Elsevər Məmmədov açılış nitqi ilə çıxış edib.

O, 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu vurğulayaraq, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini bildirib.

Elsevar Mammadov qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı, Vətənə sədaqəti və fədakarlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Xaricdə yaşayan azərbaycanlıların əsas vəzifələrindən birinin də milli yaddaşımızı qorumaq, Azərbaycanın tarixi həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsinə töhfə vermək olduğunu bildirib.

Daha sonra Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin baş müşaviri Nurlan Əliyev çıxış edib.

Nurlan Əliyev çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından və şəhidlərimizin Vətən qarşısındakı xidmətlərindən bəhs edib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş hərbçilərimizin xatirəsinin daim ehtiramla anıldığını vurğulayıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxışında şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, şəhid ailələrinin göstərdiyi dözüm və fədakarlıqdan danışıb. O, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yasəmən Əkbərova çıxış edib.

O, şəhidlərimizin qəhrəmanlığının milli yaddaşımızda daim yaşayacağını bildirib, onların xatirəsinin ədəbiyyat və poeziya vasitəsilə gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb. Yasəmən Əkbərova çıxışının sonunda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeir səsləndirib.

Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, şəhid qardaşı Niyazi Əmikışızadə də çıxış edib.

Niyazi Əmikışızadə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrinin keçirdiyi hisslərdən və onların göstərdiyi mənəvi dözümdən danışıb. Şəhid qardaşı kimi bu günün onun üçün xüsusi və duyğulu məna daşıdığını ifadə edib. O, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Tədbirin davamında Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının 27 Sentyabr – Anım Günü münasibətilə hazırladığı bəyanat diasporun fəal gənc nümayəndəsi Sürə Gündoğdu tərəfindən səsləndirilib.

Bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş hərbçilərimizin və mülki şəxslərimizin xatirəsi dərin ehtiramla yad edilib. Xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub. Eyni zamanda, bütün dünyada müharibələrin və insan itkilərinin təkrarlanmaması, xalqların sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində yaşaması arzusu ifadə edilib.

Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub və onların əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Rotterdamda keçirilən anım mərasimi Niderlandda yaşayan Azərbaycan icmasının şəhidlərimizin xatirəsinə ehtiramının, milli həmrəyliyinin və Vətənə bağlılığının ifadəsi olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Address

674 Azadliq Square
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Məcid Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share