22/12/2022
Məqalədə şərti olaraq Sahibkarlıq Məcəlləsinə daxil ola biləcək müddəalar, Sahibkarlıq Məcəlləsində potensial ehtiva edilə bilinəcək mövcud qanunvericilik aktları, nümunə kimi Qazaxıstan Sahibkarlıq Məcəlləsi, Ukrayna Təsərrüfat Məcəlləsi, Türk Ticarət Qanunu haqqında və digər məlumatlar və mülahizələr verilmişdir. Düşünürəm ki, məqalə sahibkarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi işi baxımından maraqlı ola bilər.
Məqalədən:
“Sahibkarlıq Məcəlləsinin üstünlükləri
Dövlət-biznes münasibətləri, dövlətin bu sahədə siyasəti, sahibkarların hüquq və vəzifələri, sahibkarlığın dövlət tənzimlənməsi və nəzarəti sərhədləri, mexanizmləri, forma və vasitələri, habelə, təşviq alətləri və digər aidiyyəti məsələlərçoxsaylı qanunvericilik aktlarında deyil, vahid, yığcam, anlaşıqlı, sistemli bir sənəddə - Məcəllədə cəmlənməsi, praktik istifadə, uzlaşma baxımdan səmərəli tətbiqə səbəb ola bilər. Gələcəkdə dövlət-biznes münasibətləri çərçivəsində edilə biləcək qanunvericilik təşəbbüsləri, əlavə və dəyişiklər də vahid sənəddə əks olunarsa, bəzi xüsusiyyətlər nəzərə alınmaqla bütün sahibkarlıq subyektlərinə universal prinsiplər və qaydalar tətbiq edilər, mövcud müxtəlif qanunvericilik aktlarında (məsələn, mövcud məcəllələrdə və qanunlarda) sahibkarlığa aid olan terminlərə vahid yanaşma sərgilənər ki, bunlar həm müxtəlif qanunvericilik aktları arasında uyğunsuzluqları aradan qaldırmağa, həm də sahibkarların bir ümumi sənəd üzərindən qanunvericiliyi izləmələrinə və iş prosesində effektiv tətbiq etmələrinə imkan yaradar. Belə məcəllə sahibkarlıq subyektləri üçün mayak rolunu oynamaqla onların konstitusiyasına çevrilə bilər.”
https://marja.az/96617/qanunvericiliyin-sistemlesdirilmesi-meqsedi-ile-sahibkarliq-mecellesi-teklifi?fbclid=IwAR3exLT7RfKnj-1VXeBeXh3F5qIyQp8H9j9xWj2bsUS540DHHW6qdD682yk
gər hazırlanan Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin yaxın gələcəkdə qəbulu baş tutmazsa, Sahibkarlıq Məcəlləsində ayrıca Rəqabət bölməsi nəzərdə tutula və orada Rəqabət Məcəlləsinin tənzimləmə predmetinə daxil ola biləcək institutlar, o cümlədə...