19/12/2022
📌Beləliklə, Satışın 5 Qızıl Qaydası:
1. Müştərilərlə kontaktın qurulması. Satışa başlamazdan öncə müştəri ilə salamlaşmalı və özümüzü təqdim etməliyik. Çünki satışa necə başlasaq, bir o qədər də satışımız istədiyimiz kimi, daha effektiv və daha rahat olacaq.
2. Müştərilərin tələbatlarının aşkara çıxarılması. Satış üçün onun tələbatını aşkara çıxarmaq mütləqdir. Müştərilərin ehtiyaclarını öyrənmək üçün onlara düzgün və cavabının bizə daha çox informasiya verəcəyi suallar ünvanlamalıyıq. Düzgün və yaxşı verilmiş suallar bizə müştərinin tam dəqiq nəyə ehtiyacı olduğunu bildirəcək;
3. Məhsulun (xidmətin) təqdimatı. Bu mərhələdə biz müştəriyə məhsullar haqqında məlumat verməliyik və məhsulun təqdimatını aparmalıyıq. Müştərinin fikrində heç bir sual qalmayacaq qədər məhsulumuz haqqında tam məlumatlı olmalı və məhsulumuzun təqdimatını aparmalıyıq.
4. Etirazlarla iş. Ola bilsin ki, məhsulun təqdimatından sonra müştəri məhsul haqqında nəyəsə öz etirazını bildirsin. Bu zaman müştərini incitmədən, ona qarşı kobud hərəkət etmədən onun etirazını gözəl bir şəkildə cavablandırmalıyıq.
5. Satışın sonlandırılması. "Etirazlarla iş" hissəsində hər şey yolunda getdisə və biz müştərini razı sala bildiksə, ona satış edəcəyik və satdığımız məhsulun müqabilində müəyyən qədər bir məbləğ alacağıq və bununla da satış sonlandırılmış olacaq. Əgər bu mərhələdə də müştəri yenidən etirazları ilə qarşımızda dayanarsa, əvvəlki mərhələyə qayıdıb təzədən etirazların üzərində işləməliyik.
Onu da unutmayaq ki, satış ancaq ticari mərkəzlərdə, yerlərdə deyil, satış bütünlükdə gündəlik həyatımızın bir hissəsidir.
📍Nərimanov rayonu.Əhməd Rəcəbli küç. M-plaza
📞0559060716