19/06/2026
Bu gün Azərbaycan vəkilliyinin inkişafında müstəsna rolu olan, vəkillik institutunun müasirləşdirilməsi və gücləndirilməsi istiqamətində yorulmadan çalışan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun 50 illik yubileyidir.
Anar müəllim hüququn aliliyinə, vətəndaşların hüquqlarının müdafiəsinə və vəkillik peşəsinin nüfuzunun yüksəldilməsinə verdiyi mühüm töhfələrlə hüquq ictimaiyyətində böyük hörmət qazanmışdır.Bu əlamətdar gün münasibətilə Anar müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və Azərbaycan vəkilliyinin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
50 illik yubileyiniz mübarək olsun, əziz Anar müəllim! 🌹