Hüquq Bürosu

Hüquq Bürosu Hüquqşünaslar və Qeyri-hüquqşünaslar üçün Hüquq Kursları tədris olunur
Mülki, Mülki-Prosessual
Cinayət,Cinayət-Prosessual
Mənzil, Ailə,Əmək Məcəllələri .

Kurslar azərbaycan və rus dillərində tədris edilir. Xidmətlərimiz:
1.Mənzil mübahisələri
2.Pensiya məsələləri və pensiya hüququna dair bütün mübahisələr :
3. Torpaq mübahisələri
4.Əmək mübahisələri
5. Ailə münasibətləri üzrə yaranan mübahisələr:
6. Vərəsəlik hüquq münasibətlərindən yaranan mübahisələr :
7.Dövlət ehtiyacları üçün alınan torpaq sahələrində vətəndaşlara xüsusi mülkiyyət hüququ əsa

sında məxsus olan evlərin söküntüsü zamanı yaranan mübahisələr üzrə işlərin aparılması
8. Borcun qaytarılması
9. Siğorta mübahisələri
10. Bank mübahisələri
11. Öhdəliklərin polulması üzrə yaranan mübahisələr və s.mülki mübahisələr
12. Cinayət işində təqsirləndirilən şəxsin , mülki iddiaçının və mülkicavabdehin hüquqlarının müdafiəsinin təşkili
13. İnzibati-İqtisadi məhkəmələrdə baxılan mübahisələr üzrə işlərin aparılması

Ən dəyərli məkanlar divarları ilə deyil, yaşatdığı dəyərlər və toxunduğu həyatlarla yadda qalır.21 iyul 2026-cı il tarix...
23/07/2026

Ən dəyərli məkanlar divarları ilə deyil, yaşatdığı dəyərlər və toxunduğu həyatlarla yadda qalır.

21 iyul 2026-cı il tarixində AQSİA üzvləri ilə birlikdə Loqos Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri, eyni zamanda AQSİA İdarə Heyətinin üzvü hörmətli Təranə xanım Paşayevanın təşəbbüsü və rəhbərliyi ilə fəaliyyətə başlayan, mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunmuş Loqos Qadın Uzunömürlülük Rezidensiyasını ziyarət etdik.

Yaşlı qadınların təhlükəsizliyi, psixoloji rifahı və cəmiyyətə yenidən inamla inteqrasiyasına xidmət edən belə layihələr həm sosial məsuliyyətin, həm də humanist dəyərlərin bariz nümunəsidir. Qənirə Paşayevanın ömrü boyu müdafiə etdiyi humanist dəyərlərin məhz belə bir təşəbbüsdə yaşadılması isə bu layihəyə xüsusi məna və dəyər qazandırır.

Bu dəyərli layihənin həyata keçirilməsində göstərdiyi təşəbbüs və rəhbərliyə görə hörmətli Təranə xanım Paşayevaya səmimi təşəkkürümüzü bildirir, Loqos Qadın Uzunömürlülük Rezidensiyasına xeyirli, uğurlu və qadınların həyatına işıq saçacaq bir ünvan olmasını arzulayırıq.

Ümid edirik ki, bu rezidensiya uzun illər insanların həyatına dəyər qatacaq. 🤍

⚖️ PENSİYA HÜQUQU ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ TƏLİMƏ QEYDİYYAT BAŞLADI!Pensiya qanunvericiliyi hüquq praktikasında ən çox mü...
29/06/2026

⚖️ PENSİYA HÜQUQU ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ TƏLİMƏ QEYDİYYAT BAŞLADI!

Pensiya qanunvericiliyi hüquq praktikasında ən çox müraciət edilən və daim yenilənən sahələrdən biridir. Bu istiqamətdə biliklərinizi dərinləşdirmək, qanunvericilikdəki son dəyişiklikləri öyrənmək və real praktikaya əsaslanan yanaşmalar əldə etmək istəyirsinizsə, “Hüquq Bürosu” MMC sizi 2 günlük ixtisaslaşdırılmış “Pensiya Hüququ” təliminə dəvət edir.

Təlim “Hüquq Bürosu” MMC-nin təsisçisi və direktoru, peşəkar vəkil Arzu Alıyevanın təqdimatında keçiriləcək. Təlim müddətində qanunvericilik normaları real praktik nümunələr, kazuslar və hüquqi təhlillərlə izah olunacaq.

📚 Təlim proqramı

📅 24 iyul 2026
🔷 Yaşa görə əmək pensiyasının təyin olunması şərtləri
🔷 Yaşa görə əmək pensiyasının məbləği və hesablanması qaydası
🔷 Güzəştli şərtlərlə əmək pensiyası hüququ

📅 25 iyul 2026
🔶 Əlilliyə görə əmək pensiyasının təyin olunması şərtləri
🔶 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması şərtləri
🔶 Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin hesablanması

🎯 Bu təlim kimlər üçündür?
• Hüquqşünaslar
• Pensiya hüququ sahəsində ixtisaslaşmaq istəyən bütün hüquq mütəxəssisləri

📅 Tarix: 24–25 iyul 2026
🕙 Saat: 10:00–13:00

💰 İştirak haqqı: 200 AZN

📍 Yerlər məhduddur. Qeydiyyat davam edir!

📩 Ətraflı məlumat və qeydiyyat üçün DM vasitəsilə yazın və ya bizimlə əlaqə saxlayın:

📞 050 355 75 83

📌Peşəkar hüquqşünasın üstünlüyü yalnız qanunu bilməsində deyil, onu düzgün tətbiq etməsindədir.

Address

Abbas Mirzə Şərifzadə Küçəsi, AZ Bakı
Baku

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994503557583

Alerts

Be the first to know and let us send you an email when Hüquq Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hüquq Bürosu:

Shortcuts

Share

Category