Vekil Ilham Mehtiyev

Vekil Ilham Mehtiyev Bakı şəhəri 22 saylı Vəkil bürosu
Ilham Mehtiyev, Vəkil, Azərbaycan Respublikası Vəkillə

14/10/2025
18/06/2025

Vəkili təhqir etdiyi üçün Yevlax 1 saylı Mediasiya Təşkilatının Direktoru barəsində xüsusi ittiham qaydasında cinayət işi məhkəməyə verildi. Bu barədə ətraflı öncəki paylaşımda yazmışam.

18/06/2025

Mediasiya Şurası həmişəki kimi yenə öz səlahiyyətlərini aşır, qanunla və Nizamnamə ilə üzərinə qoyulmuş (Nizamnamənin 2.2.3 və 2.2.7ci bəndləri) vəzifələri icra etmək əvəzinə, gah Təşkilatlardan ianə adı ilə ödəniş tələb edir, gah ianəni məcburi qaydada müqaviləyə əlavə edilməsinə cəhd göstərir və s. Məncə bunlara vaxt sərf etməkdənsə Bakı 13 Saylı Mediaisya Təşkilatı tərəfindən Mediasiya Haqqında qanun ilə Mülki Prosessual Məcəllənin 36-cı maddəsində aidiyyat məsələlərinə aydınlıq gətirmək məqsədilə verilmiş İnformasiya Sorğusuna cavab versin. Lakin Şuranın marağı başqadır. Bu gün Votsap Qrupunda aşağıdakı məzmunda paylaşım edib:❗️
Hörmətli mediatorlar, Baş vermiş bir kazusla bağlı hər gün demək olar ki, narahatçılıq bildirən onlarla sual Mediasiya Şurasının rəhbərliyinə və əməkdaşlarına mediatorlar tərəfindən ünvanlanır. Hər birinizə cavab vermək inzibati və mənəvi borcumuzdur.
Amma eyni zamanda təmsil olunduğumuz mediasiya mühitində qeyd edilən məsələ ilə bağlı suallardan da aydın olur ki, bir çox anlaşılmaz məqamlar var və mühitimizdə baş verən məsələlər barədə demək olar ki, hərədə fərqli informasiyalar və dezinformasiyalar var. Bu isə bir çox anlaşılmaz suallar və düzgün olmayan fikirlərin yaranmasına səbəb olur.
Odur ki, hər kəsdə tam aydın təsəvvürün olması və dezinformasiyaların qarşısının alınması məqsədilə prosesin də açıq və şəffaf olmasını nəzərə alaraq, əldə etdiyimiz bəzi məsələlərlə bağlı cavabları sizə çatdırmaqla vəzifə borcumuzu qarşınızda yerinə yetirdiyimizi düşünürük.
Verilən suallar bununla bağlıdır ki, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə @~. niyə digər kolleqası, Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev tərəfindən məhkəməyə verilib.
Bu barədə bizə Yevlax 1 saylı mediasiya təşkilatının rəhbəri Nigar Hüseynzadə çox düzgün olaraq məlumat verib və xüsusi məktub da ünvanlayıb.
Qeyd edək ki, nə şikayətçi, nə də şahidlər Şuraya məhkəmə və hərəkətləri ilə bağlı heç bir məlumat verməyiblər.
Bu məsələ barədə Şuranın öncədən heç bir xəbəri və məlumatı olmayıb. Odur ki, bu açıqlamanı vermək məcburiyyətindəyik.
İşin detallarına getmədən qeyd etmək istərdik ki, bəli, belə bir hal var, davam edir və kolleqamız, Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev digər kolleqamız, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bizə bildirilən məlumata görə qeyd edilən ilk məhkəmədə tərəflərlə yanaşı Nigar xanımın müdafiəsinə qoşulan vəkilindən başqa həmçinin 11 mediator da Nigar xanıma həmrəylik məqsədi ilə məhkəmədə iştirak edib.
Digər məlumata görə isə 3 kolleqamız - Bakı 8 saylı mediasiya təşkilatının direktoru Mayıl Əhməd @Маиль Ахмед Медиация, Qəbələ 1 saylı mediasiya təşkilatının direktoru Ədalət Əliyev @Адалат Габала Медиация və Qusar 1 saylı mediasiya təşkilatının direktoru Radik Kazımovun @. Радик Гусар Медиация 2 da məhkəməyə təqdim etmək üçün şahid kimi Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyevə izahat verməklə onun şahidi qismində qeyd edilən izahatları - sənədləri məhkəməyə təqdim edilib.
Bu sənədlər isə rəsmi olaraq məhkəməyə İlham Mehtiyev tərəfindən təqdim edilib.
Mediasiya Şurası olaraq mövqeyimiz: Ümumiyyətlə bu cür halın baş verməsini, 4 mediasiya təşkilatı rəhbərinin 1 mediasiya təşkilatının qadın rəhbərinə qarşı mübahisənin alternativ yollarla həlli imkanı ola-ola, xüsusən də ki, texniki olaraq tərəflərin bir-birinə votsap qrupunda yazılan hansısa söz üstündə bu işlərin məhkəməyədək gedib çıxmasını mübahisələrin alternativ həlli olaraq yaradılan mediasiya təşkilatlarının, təşkilat direktorlarının məhkəmə mövqeyində olmalarının ölkəmizin məhkəmə tarixinə düşməsini mediasiya islahatları adına qınayırıq.
Bəlkə də məsələlər hüquqi cəhətdən baxsaq, hər bir tərəf haqlı olduğunu qeyd edə bilər və istənilən tərəf bununla bağlı 100-lərlə haqlı səbəb göstərə bilər.
Biz Azərbaycan ədalət mühakiməsi sisteminin iştirakçılarından biri olaraq Azərbaycanın məhkəmə sisteminə güvənir və inanırıq.
Hər zaman da ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində öz dəstək və töhfələrimizi vermişik.
Amma ki, bizim adımız və peşəmiz mediasiyadır. Odur ki, proseslərlə bağlı Şuranın mövqeyi məhkəmə proseslərinə müdaxilə etmədən məhkəmənin nəticəsini gözləməkdir.
Bu da bir həqiqətdir ki, dövlətin mediasiya təşkilatlarına etibar etdiyi Nizamnamə məqsədləri keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi və mübahisələrin alternativ həllidir, yəni mediasiya təşkilatı məhkəməsiz mübahisələri həll edə bilən qurumdur.
Bu hadisəni şiddətlə qınamaqla yanaşı, ümumiyyətlə, istənilən mübahisənin məhkəmədənkənar həllinə məsul olan şəxslərin öz kolleqaları barədə kiçik bir mübahisəyə görə məhkəmələrə üz tutması Şura üçün də anlaşılan, ağlabatan deyil.
Bu bizim mediasiya tarixində ilk belə kazus kimi tarixdə qalacaq.
Xüsusən də mediasiya sektorunun içində bu halın baş verməsi mediasiya islahatları adına, aparılan mütərəqqi işlərə, o cümlədən məhkəmədənkənar mübahisələrin həlli üzrə təşviqat işlərinə tamamilə ziddir.
Bu gün demək olar ki, onlarla mediatorumuz bu haldan mediasiya sektorunun nüfuzuna zədə dəyməsindən narahat olduğunu, mediasiya sektoru adına bu halın yaxşı olmadığını qeyd etməklə Şuraya müraciət edir.
Biz bütün narahatçılıqları başa düşürük və narahatçılıq ifadə edən hər kəsə dərin təşəkkür edirik. İşin detalları ilə bağlı isə qeyd etmək istərdik ki, işin bu hal alması Mediasiya Şurasında məyusedici ikrah hissi doğurur. Şuraya bu məsələ ilə bağlı istər mediatorlardan, istərsə də kənar sektorlardan onlarla zəng daxil olur.
Qeyd etmək istərdik ki, Nigar xanım Hüseynzadə bizim qadın mediasiya təşkilat direktoru olmaqla, ən çətin regionların birində fəaliyyət göstərir. Nigar xanımın qeyd etdiyinə görə onun Mediasiya Şurasına heç bir iradı və tələbi yoxdur, dəstəyinə ehtiyacı yoxdur. Nigar xanım peşəkar vəkil, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Sevda Məhərrəmova ilə hüquqlarının müdafiəsinin keyfiyyətli və yüksək səviyyədə təmin olunması məqsədi ilə müqavilə imzalayıb. Sevda xanımın və İlham müəllimin də iştirak etdiyi Yevlax Rayon Məhkəməsindəki məhkəmə prosesində məlum olub ki, İlham müəllim aidiyyəti yurisdiksiyanı pozduğu üçün iş digər rayonun məhkəməsində baxılmalıdır.
Məhkəmədə iş icraata qəbul edildiyi halda adları qeyd edilən mediasiya təşkilatları rəhbərləri məhkəmədə iştirak etməlidirlər. Təbii ki, müdafiə edən tərəfin də şahidləri məhkəmədə iştirak edəcəkdir.
Əlbəttə ki, biz şahidlərin məhkəmədə iştirakının təmin edilib-edilməməsi barədə qərar verə bilən orqan olmasaq da, bu məsələləri Şuradan tələb edilən məlumat kimi kolleqalarımızın diqqətinə çatdırmağı özümüzə borc bildik.
Bir daha qeyd edirik ki, 4 mediasiya təşkilatı rəhbərinin 1 mediasiya təşkilatı rəhbərinə qarşı məhkəməyə şikayət etməsi Mediasiya Şurasında ciddi anlaşılmazlıq və ikrah hissi yaradıb.
Hesab edirik ki, şahid kimi ifadə verməyə həvəsli kolleqalarımız ən azından mübahisənin mediasiya vasitəsi ilə həlli üstünlüklərindən istifadə edib, öz kolleqalarını barışdırmağa cəhd edə bilər və yaxud barışdırardılar.
Amma çox təəssüf ki, biz reallıqda bunun tam əksinin şahidi oluruq. Çox təəssüf.
Qeyd edək ki, mübahisə baş verən qrup bu hal baş verdikdən sonra tərəflərin danışıqlar vaxtı işlədikləri kolleqa, dostyana və yaxud da qeyri-rəsmi fikirlərin problemlər yaradacağı və tərəflərə qarşı müzakirə platformasında etimad mühiti sarsıldığı üçün qeyd edilən təşkilat rəhbərləri votsap qrupu ləğv edilib.
Odur ki, Şuranın yeganə rəsmi qrupu bu qrupdur. Məsələlərin bu həddə qədər gəlib çatmasından bir daha təəssüfləndiyimizi bildiririk. Bu məlumat mediatorlardan gələn onlarla sualı cavablandırmaq üçün xidməti xarakterlidir, heç kəsə - ikinci, 3-cü tərəfə göndərilə bilməz, mediasiya sektorunda baş verən hadisə ilə bağlı xidməti məlumatlandırma karakteri daşıdığı üçün heç bir halda ictimailəşdirilə bilməz.
Özümdən qeyd etmək istəyirəm ki, Yevlax 1 saylı mediasiya təşkilatının rəhbəri Nigar Hüseynzadə məni votsap qrupunda oğru və saxtakar adlandırdığına görə barəsində xüsusi ittiham qaydasında şikayət Yevlax rayon məhkəməsinə verilmişdir. Şəxsən mənə Mediasiya Şurasının mövgeyi heç maraqlı deyil, bilmirəm ki mənim şəxsi mübahisən Şuranı niyə narahat edir. Bundan əlavə Şura 4 mediasiya təşkilatı rəhbərinin 1 mediasiya təşkilatının qadın rəhbərinə qarşı mübahisənin dedikdə həmin qadının bundan öncə Qəbələ rayon Mediasiy Təşkilatının Direktoru Ağsaqqal olan Ədalət müəllimlə olan mübahisəni yadına salıb ondan bir nəticə çıxarmalı idi (Nigar Hüseynzadənin Ədalət müəllimin ünvanına dediklərinin yazmıram) lakin həmin qadın görünür ki özünü cəzasız hiss edərək bu dəfə Vəkilə hücüm edir. Maraqlısı odur ki, Şurasının rəhbəri “Oğru və Saxtakar” ifadələrinin kiçik mübahisə adlandırır, ola bilsin ki, Şura üçün “oğru və saxtakar” sözü onun üçün kiçikdir mənim üçün isə yox. Şura hesab edir ki, şahidlər Şuraya məlumat verməlidirlər, bu gülməlidir....
Bundan əlavə qeyd etmək istəyirəm ki, Mediasiya Şurası şahidlərə təziq göstərməkdə əziyyət çəkməsin, belə ki şahidlərin olub-olmaması işi mahiyyəti üzrə həll etmir, bu hərəkət şahidlərin özlərinin sınaqdan keçən haqq-ədalət prinsipidir.

08/06/2025
30/05/2025

Tərəfimdən Yevlax 1 Saylı Mediasiya Təşkilatına və onu Direktoru Hüseynzadə Nigar Qubaq qızına qarşı olna bütün şikayətlər və iddialara dair ödənişsiz hüquqi yardım göstəriləcək. İstənilən şəxlər müraciət edə bilər.

03/05/2025

Mübahisələrinizi bizimlə həll edin!

25/02/2025
17/02/2025

Vəkillər Kollegiyasının Mətbuat xidmətinin məlumatı

Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq. Belə ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yayımlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilmişdir. Sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir. Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik.

Bildiririk ki, İTV kanalının “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir. Belə ki, Qanunun 14.1.6-cı maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir. Həmçinin, Qanunun 14.1.7-ci maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir.

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.5-ci maddəsinə görə audiovizual media olaraq, Qanunun 39.1.3-cü maddəsinə əsasən, Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək kimi vəzifəsi mövcuddur.
Bildirmək istərdik ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınmış və yaxın zamanda Azərbaycan Respublikasının Audiovizual Şurasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcəkdir.

Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir.

Address

Bakı şəhəri, Yasamal Rayonu, Şərifzadə 237a
Baku

Alerts

Be the first to know and let us send you an email when Vekil Ilham Mehtiyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vekil Ilham Mehtiyev:

Share