Vəkil Vamiq Şükürov

Vəkil Vamiq Şükürov Mülki, cinayət, inzibati xətalar, kommersiya və icraat, ailə mübahisələri, standartlaşdırma və sair Peşəkar və vicdanlı

*Bir azdan saat 18.00-də Yurd FM-də "Radio Vəkil" verilişində iştirak edib suallarınızı cavablandıracam. Verilişə Yurd F...
12/03/2026

*Bir azdan saat 18.00-də Yurd FM-də "Radio Vəkil" verilişində iştirak edib suallarınızı cavablandıracam. Verilişə Yurd FM-in Tik Tok və Youtube kanalında canlı şəkildə baxa və suallarınızı verə bilərsiniz*.

12/02/2026

Sahibkarlara SADƏ, REAL MİSALLARLA MÜRACİƏT

Mövzu: Şirkətinizdə səssiz gedən, amma böyük xərclərə səbəb olan problemlər

Salam sahibkar dostlar, şirkət rəhbərləri!

Bu yazını sizə reklam üçün yox, səmimi olaraq yazıram. Çünki ya vaxtilə işimiz olub, ya da bir yerdə oturub söhbət eləmişik.

Açıq danışım:
Bizim ölkədə şirkətlərin çoxu qanunu bilmədiyi üçün yox, xırda detallara fikir vermədiyi üçün cərimə və problemə düşür.

İndi sizə kitab dili ilə yox, real baş verən 2–3 misal deyim.

1️⃣ Misal – işçi işdən çıxarılır

Tutaq ki, işçi bu gün azad olunur.
Amma şirkətin bank hesabında bu gün pul yoxdur, maaş və son hesablaşma 2–3 gün gec ödənilir.

Sahibkar düşünür:
“Nə olacaq ki, 2 gün sonra verərik.”

Amma qanun deyir:
👉 işçi azad olunan gün pulu tam almalıdır.
👉 gecikmə varsa – 3000 manata qədər cərimə riski var.

Bu cərimə p*s niyyətə görə yox, sadəcə vaxtında düzgün addım atılmadığı üçün yazılır.

2️⃣ Misal – iş yerində qəza baş verir

Obyektdə, sexdə, tikintidə işçinin başına hadisə gəlir.
Sahibkar panikaya düşür, işçini xəstəxanaya aparır – bu normaldır.

Amma çoxu bilmir ki,
👉 24 saat ərzində Əmək Müfəttişliyi məlumatlandırılmalıdır.

Məlumat verilməsə:
💸 cərimə gəlir,
📄 üstəlik hadisə “gizlədilmiş kimi” qiymətləndirilir.

Hüquqşünas burada lazımdır ki:

kimə,

nə vaxt,

necə məlumat veriləcəyini

vaxtında desin.

3️⃣ Misal – qeyri-rəsmi işləyən adam

Bəzən obyektə kənardan usta, fəhlə gəlir.
Rəsmi işçi deyil, amma hadisə baş verir.

Hadisədən sonra tələsik işçilərdən izahat alınır.
Kiminsə izahatında yazılır:

“Bu şəxs bizimlə işləyirdi…”

Halbuki o, şirkətin işçisi olmayıb.

Nəticə?
👉 Müfəttişlik deyir: “Bu işçi qeyri-rəsmi işləyib”
👉 iri məbləğdə cərimə yazılır

Halbuki doğru izahat vaxtında alınsa, bu problem yaranmazdı.

4️⃣ Misal – müqavilə və gecikən mal

Şirkət mal alır.
Müqavilədə yazılıb:

pul əvvəlcədən verilir

amma mal gecikəndə cərimə yoxdur

Nəticə: mal gec gəlir, iş dayanır, ziyan çəkirsiniz, amma qarşı tərəfə heç nə deyə bilmirsiniz

Çünki müqavilədə yazılmayıb.

Mənim etdiyim iş məhkəmə-məhkəmə gəzmək deyil.

Mənim işim bu problemləri baş verməmişdən əvvəl görmək, sahibkara sadə dildə demək, cərimə gəlmədən qarşısını almaqdır

Əgər istəsəniz, ayda 1 dəfə görüşüb işçi məsələlərinə, müqavilələrə,
riskli vəziyyətlərə, birlikdə baxa bilərik. Bu, xərclə yox, itkinin qarşısını almaq üçündür.

Hörmətlə,
Vəkil Vamiq Şükürov

Address

Nərimanov Rayonu, Heydər Əliyev Prospekti 76, Femida Vəkil Bürosu
Baku

Alerts

Be the first to know and let us send you an email when Vəkil Vamiq Şükürov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vəkil Vamiq Şükürov:

Shortcuts

Share

Category