De Fendo

De Fendo De Fendo Vəkil Bürosu

“De Fendo” Vəkil Bürosunun vəkili Quliyev Vüqar Şahbaz oğlu - Hüquq üzrə fəlsəfə doktoru“Bankın mülkiyyətçi hüququ olmad...
21/02/2023

“De Fendo” Vəkil Bürosunun vəkili Quliyev Vüqar Şahbaz oğlu - Hüquq üzrə fəlsəfə doktoru
“Bankın mülkiyyətçi hüququ olmadan vətəndaşın istifadə hüquqlarına xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını məhkəmədə tələb etməsi iddianın bu hissədə təmin edilməsini istisna edir.”
Bankların vətəndaşlara olan iddia tələblərində cavabdeh olan vətəndaşın məhkəmə iclaslarına getməməsi onun banka olan borcunun artmasına səbəb olur. Borcun artmasının səbəbi isə ya bankın iddia tələbində göstərdiyi məbləğlərin artıq olması, tələb edilməli olmayan borcun ödənilməsini tələb etməsi və s. hallarla əlaqədar olur.

Bəzi hallarda vətəndaşlar borc götürsə belə bankın şəxsdən bu pulu tələb etmək hüququ ötmüş olur. Qanunvericlik baxımından belə vəziyyətdə mütləq borclu olan vətəndaş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verməlidir ki, borcu silinsin.

Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasına belə ərizə daxil olmadıqda məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul edir.
Həmçinin borcla bağlı bəzən əmlak ipotekaya qoyulur və bu əmlak qiymətləndirilərək tutma ipoteka predmeti olan əmlaka yönəldilir. Belə vəziyyətdə vətəndaşın da hüququ vardır ki, öz evinin həqiqi dəyəri ilə bağlı məhkəməyə sübut təqdim etsin.

Onu da qeyd etmək lazımdır ki, bank tərəfindən qoyulan əlavə iddia tələbləri ilə bəzən vətəndaşın istifadə hüquqlarına xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını da xahiş edirlər. Bu tələbə münasibətdə iddia tələbi təmin edilə bilməz.

Belə ki, Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun müvafiq maddələrinə görə girov və ipoteka məhdud əşya hüququ olmaqla ipoteka saxalayana bir sıra hüquqlar yaratsa da ipoteka predmeti olan əmlaka dair sərəncam vermək, onun gələcək müqəddəratını həll etmək hüququnu vermir. Qanunvericilikdə yalnız onun satılması ilə əmlak hüquqlarının əldə edilməsininin mümkünlüyü qeyd edilmişdir.
Bununla belə “İpoteka haqqında” Qanunda istənilən şəxsin, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilməsinin mümkünlüyünün nəzərdə tutulması ipoteka qoyana həmin əmlakı almağa da hüquq yaradır.
Bankın mülkiyyətçi hüququ olmadan vətəndaşın istifadə hüquqlarına xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını məhkəmədə tələb etməsi iddianın bu hissədə təmin edilməsini istisna edir.

“De Fendo” Vəkil Bürosunun ilk təsisçiləri, 4 dost vəkil -  Azər Tanrıverdi, İlqar Eyyubov, Arslan Mikayılov və Seymur S...
20/02/2023

“De Fendo” Vəkil Bürosunun ilk təsisçiləri, 4 dost vəkil - Azər Tanrıverdi, İlqar Eyyubov, Arslan Mikayılov və Seymur Səfərovdur. Büronun yaradılmasında məqsəd müasir tələblərə cavab verən şəraitdə vətəndaşlara daha keyfiyyətli və effektiv hüquqi xidmətin göstərilməsinin təmin edilməsi idi. Birgə səylərimiz nəticəsində “De Fendo” Vəkil Bürosu 10.02.2022-ci ildə rəsmi dövlət qeydiyyatından keçdi və ilk olaraq Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən ofisdə fəaliyyətə başladı. Fəaliyyətə başlandıqdan bir müddət sonra vəkil bürosuna yeni vəkillər üzv oldular və əksəriyyəti gənc, prespektivli vəkillərdən ibarət peşəkar komanda formalaşdı. Belə ki, komandamızda ölkənin sabiq hakimləri, hüquq üzrə fəlsəfə doktorları və hüquq sahəsində bir çox nailiyyətlərə imza atmış vəkillər, hüquqşünaslarımız çalışmaqdadır. Büroda vəkillərin sayı artdıqca konfidensiallığın qorunması və vətəndaşlar üçün daha da rahat şəraitin təmin edilməsi məsələsi gündəmə gəldi və bu məqsədlə yekdilliklə büronun fəaliyyətinin daha geniş və rahat ofisdə davam etdirilməsi qərarı verildi. İnkişaf strategiyasına uyğun olaraq büro üçün daha böyük, işıqlı və modern dizayna malik ümumi sahəsi 500 kv.m-dən çox olan 14 vəkil otağı, konfrans zalı, konfidensial otaq, istirahət otağı və terasından ibarət yeni təmirdən çıxmış ofis seçildi. Vətəndaşların və vəkillərin rahatçılığını təmin etmək üçün yeni ofisdə bütün lazımi şərait təmin edilmişdir. Hazırda “De Fendo” Vəkil Bürosu Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsində yerləşir və nəinki paytaxtımız olan Bakı şəhərinin, həm də ölkəmizin ən böyük və müasir vəkil bürolarından biridir.

Address

Ak. Həsən Əliyev Pr. 82F (Kral Şadlıq Sarayının Yanı)
Baku
AZ1000

Telephone

+994554652252

Website

Alerts

Be the first to know and let us send you an email when De Fendo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to De Fendo:

Share