9 Saylı Mediasiya Təşkilatı

9 Saylı Mediasiya Təşkilatı 9 saylı Mediasya Təşkilatı professional mütəxəssislərlə çalışır.

Təlimçi olmaq — sadəcə danışmaq deyil, hər vəziyyətdə özün olaraq qala bilməkdirBu həftə həyatımda yeni bir təcrübəyə ad...
09/04/2026

Təlimçi olmaq — sadəcə danışmaq deyil, hər vəziyyətdə özün olaraq qala bilməkdir

Bu həftə həyatımda yeni bir təcrübəyə addım atdım — ilk dəfə mediatorların ixtisasartırma kursunda təlimçi kimi çıxış etdim.

Düşünürdüm ki, mövzunu bilmək, yaxşı təqdimat hazırlamaq kifayətdir. Amma anladım ki, təlimçi olmaq sadəcə bilik paylaşmaq deyil… bu, eyni zamanda insanları anlamaq, fərqli enerjiləri qəbul etmək və ən əsası — özünü idarə etməyi bacarmaqdır.

Bütün iştirakçıların məqsədi səni dinləmək və təcrübəndən yararlanmaq olmur. Bəzi iştirakçılar mövzudan kənara çıxaraq illər öncə baş vermiş hadisələri uzun-uzadı danışır, diqqəti öz üzərlərinə çəkməyə çalışırdılar. Onların əsas ehtiyacı isə “mən də buradayam” demək idi.

Digərləri isə sual verərkən əslində cavab yox, sadəcə öz fikirlərinin təsdiqini axtarırdılar. Halbuki fikirlər müxtəlif olur və hər zaman üst-üstə düşmür.

Bakı 9 saylı mediasiya təşkilatının direktoru, mediator Leyla Nəsibova ailə münaqişələri ilə bağlı fikirlərini  bölüşüb....
06/04/2026

Bakı 9 saylı mediasiya təşkilatının direktoru, mediator Leyla Nəsibova ailə münaqişələri ilə bağlı fikirlərini bölüşüb.

O qeyd qeyd ki, Azərbaycanda boşanmaların sayı getdikcə artır və görünən odur ki, bu artım davam edəcək. Bunun əsas səbəblərindən biri isə odur ki, biz cəmiyyət olaraq problemləri yalnız müzakirə edir, lakin onların kökünə enərək real həll yolları üzərində kifayət qədər işləmirik.

Mediator kimi fəaliyyət göstərdiyim üçün bu prosesləri yaxından müşahidə etmək imkanım olur. Peşəm mənə emosiyalarımı gizlətməyi öyrədib, process zamanı tam neytral qala bilirəm, amma bir vətəndaş kimi isə gördüklərim məndə ciddi narahatlıq yaradır. Xüsusilə gənc qadınların yaşadıqları çətinliklər insanı düşündürür.

Əslində hər bir münasibətdə problemlərin olması normaldır. Vacib olan həmin problemlərin necə idarə olunmasıdır. İki insan arasında ünsiyyət varsa, demək olar ki, həll olunmayan problem yoxdur. Lakin reallıqda tez-tez bunun əksini görürük. Kişilərin leksikonı söz ehtiyyatı azalır, özlərini ifadə etməkdə çətinlik çəkir, emosiyalarını düzgün idarə edə bilmir və bu da münasibətlərdə gərginliyi artırır.

📌 Mediasiya Şurası və Bakı 9 saylı mediasiya təşkilatı tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda seminar keçirilib5 m...
10/03/2026

📌 Mediasiya Şurası və Bakı 9 saylı mediasiya təşkilatı tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda seminar keçirilib

5 mart 2026-cı il tarixində Mediasiya Şurasının və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı 9 Saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün “Mediasiya və mənəvi dəyərlər” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov çıxış edərək mediasiya ilə mənəvi dəyərlər arasında əlaqəyə toxunub. O bildirib ki, cəmiyyətdə qarşılıqlı hörmət, ədalət və barış kimi mənəvi prinsiplərin qorunması mübahisələrin sivil şəkildə həllində xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Mediasiya Şurasının üzvü, Bakı 9 saylı mediasiya təşkilatının mediatoru İlham Fərzəliyev çıxış edərək mediasiyanın cəmiyyətdə barış və anlaşma mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını bildirib. O, mediasiya prosesinin prinsipləri, tərəflər arasında qarşılıqlı hörmət və etimadın qurulması, həmçinin mübahisələrin konstruktiv dialoq vasitəsilə həlli imkanları barədə ətraflı məlumat verib.

Seminarda Bakı 9 saylı mediasiya təşkilatının direktoru Leyla Nəsibova da çıxış edərək mediasiyanın mübahisələrin sülh yolu ilə həllinə xidmət edən mühüm mexanizm olduğunu vurğulayıb. O qeyd edib ki, mediasiya cəmiyyətdə dialoq və qarşılıqlı anlaşma mühitinin formalaşdırılmasına töhfə verir və insanların mübahisələri məhkəməyə müraciət etmədən daha çevik və sivil şəkildə həll etmələrinə imkan yaradır.

Tədbirdə həmçinin Bakı 9 saylı mediasiya təşkilatının mediatoru Türkər Əliyeva çıxış edərək mediasiyanın praktik tətbiqi, tərəflər arasında effektiv ünsiyyətin qurulması və barışıq mühitinin yaradılması barədə fikirlərini bölüşüb.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb və mediasiya institutunun cəmiyyətdə rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Leyla Nəsibova: Bu gün od çərşənbəsində  mediasiya processində bir evin içində görünməyən alovun şahidi oldum.Bir evin i...
03/03/2026

Leyla Nəsibova: Bu gün od çərşənbəsində mediasiya processində bir evin içində görünməyən alovun şahidi oldum.

Bir evin içində yaşayan üç qadın vardı: gəlin, qaynana və baldız.
Və hər üçünün ən sevdiyi insan eyni adam idi —
gəlinin əri, qaynananın oğlu, baldızın qardaşı.

Hər qadının bir istəyi vardı.
Hiss etdiyi, amma dilə gətirə bilmədiyi bir arzu.
İstəyirdilər ki, evin kişisi onların ürəyindən keçəni özü bilsin, özü hiss etsin, özü həyata keçirsin.
Və hər kəsi xoşbəxt etsin.

Evin kişisinin isə xoşbəxt olmaq üçün tək bir arzusu vardı:
Evin qayğılarını ödəmək, aldığı kreditləri bağlamaq və sakit yaşamaq.

Çünki onun dilində sevgi — təmin etmək idi.
Məsuliyyət idi.
“Sizi qoruyuram” deməyin başqa forması idi.

Amma evin içində başqa bir kredit də yığılırdı:
Deyilməmiş sözlərin krediti.
Küsgünlüklərin faizi.
Gözləntilərin gecikmiş ödənişi.

Gəlin istəyirdi ki, əri bir dəfə desin:
“Bu evdə birinci sən varsan.”

Qaynana — evin köhnə sahibəsi — oğlunun dəyişməməsini istəyirdi.
O, qayğı göstərdiyini düşünürdü.
Hər irad onun gözündə “təcrübə”, hər müdaxilə “xeyir-dua” idi.
Amma bilmirdi ki, bəzən sevgi ilə nəzarət arasındakı xətt çox nazik olur.

Baldız evin enerjisi idi.
Amma eyni zamanda müqayisələrin səssiz hakimi.
“Bizdə belədir” cümləsi onun ən güclü arqumenti idi.

Boşanmaq üçün “böyük səbəb” yox idi.
Nə xəyanət vardı, nə də açıq düşmənçilik.
Amma bəzən ailələr böyük hadisələrdən yox, xırda susqunluqlardan yorulur.

O evdə problem sevginin olmaması deyildi.
Sevgi vardı.
Sadəcə hər kəs onu başqa dildə danışırdı.

Və bəlkə də o evin həqiqi sualı bu idi:
Eyni evdə yaşamaq ailə olmaq deməkdirmi?
Yoxsa ailə olmaq üçün əvvəlcə bir-birini eşitmək lazımdır?🌿

  ⚖️
24/01/2026

⚖️

Keçmişi dəyişə bilmərik, amma bu günə və gələcəyə təsirini anlaya bilərik 🫱🏻‍🫲🏼
19/01/2026

Keçmişi dəyişə bilmərik, amma bu günə və gələcəyə təsirini anlaya bilərik 🫱🏻‍🫲🏼

Address

72-74 Neftçi Qurban Küç
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when 9 Saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 9 Saylı Mediasiya Təşkilatı:

Shortcuts

Share

Category