Vəkil Allahverən Oruclu

Vəkil Allahverən Oruclu Şirkətlərə və vətəndaşlara bütün növ hüquq xidmətləri Qanunları bilmək və riayət etmək vacibdir, çünki qanunu bilməmək məsuliyyətdən azad etmir.

Vəkİldən təklİf
Hörmətli xanımlar və cənablar,
vətəndaşlar və əcnəbilər,
sahibkarlar, rəhbərlər və işçilər! Gündəlik həyatda, iş fəaliyyəti və biznes əməliyyatlarında qarşıya çıxan məsələlərin əksəriyyəti müxtəlif qanunvericilik aktları ilə tənzimlənir. Qanun və qaydalar geniş spektrli münasibətləri əhatə etdiyi üçün, say etibarı ilə çox, məzmun etibarı ilə mürəkkəb və spesifikdirlər. Qanunlar bar

ədə məlumatlı olmaq, onları başa düşmək və təcrübədə düzgün tətbiq etmək müfəssəl hüquq təhsili və təcrübəsi tələb edir. Belə təhsil və təcrübəyə malik olan peşəkarlar vəkillərdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi, peşəkar hüquq təhsilimə, ölkədə və xaricdə 15 illik hüquqşünas təcrübəmə əsaslanaraq, sizə hüquqi problemlərinizin həlli, hüquqlarınızın müdafiəsi, qanuni maraq və mənafeyinizin təmin edilməsi, işgüzar fəaliyyətinizin və biznes əməliyyatlarınızın hüquqi tənzimlənməsi istiqamətində xidmətlərimi təklif edirəm. Xidmətlər barədə daha ətraflı məlumatı www.vekil-oruclu.az,www.biznesleks.az saytlarından və müvafiq facebook səhifələrindən əldə edə bilərsiniz. Problemlərin tam və düzgün həlli qanuna söykənir, onları birlikdə həll edək. Hörmətlə,
Vəkil Allahverən Oruclu

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Vəkil Allahverən Oruclu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vəkil Allahverən Oruclu:

Shortcuts

Share