27/11/2023
📋 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müqavilə üzrə sınaq müddəti ilə bağlı dəyişikliklər edilmişdir. Həmin dəyişikliyə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıldıqda, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.
📋Əvvəlki redaksiyada isə, sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilmişdi.
📌Həmçinin qeyd edək ki, Əmək Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş sınaq müddəti müəyyən edilməyən hallar dəyişilməz olaraq qalır. Sözügedən maddəyə əsasən:
▪️ yaşı 18-dən az olan şəxslərlə;
▪️ müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
▪️ hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
▪️ təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
▪️ ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
▪️ iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir.