Inara Jamal

Inara Jamal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inara Jamal, Legal Service, Dubai.

14/12/2025

Lənkəranlılar anlayar😃

29/11/2025

Timuçinin təhsil aldığı məktəbin 20 illiyi münasibətilə çox qəşəng piknik düzənlənmişdi.

Belə tədbirlərlər sayəsində:
🌿güclü community mühit qurulur,
🌿valideyn-müəllim münasibətləri daha yaxın olur,
🌿uşaqlar məktəbdən kənar vaxtda bir-birləri ilə vaxt keçiririb əylənir,

Belə tədbirlər həm də paylaşmağı, komanda olmağı, yeni dostlar qazanmağı hədəfləyir, multikultural diversity güclənir, ən əsası pozitiv, isti xatirələr yaradır.

@20

Bu sözü eşitmisinizsə artıq fəaliyyətə keçmək zamanıdır😎
13/05/2024

Bu sözü eşitmisinizsə artıq fəaliyyətə keçmək zamanıdır😎

Bəs siz məzuniyyətə çıxa bilmisinizmi?
02/08/2023

Bəs siz məzuniyyətə çıxa bilmisinizmi?

10/07/2023

Maaşınız gecikirsə bu video sizin üçündür.

Ailə məcəlləsinin 15ci maddəsinə görə:“Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arva...
16/01/2023

Ailə məcəlləsinin 15ci maddəsinə görə:

“Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz”.

Deyim biləsiz🤫

Gəlin yollarda bəzi yalnış/yarıtmaz nişanlanmalardan danışaq 😩Təsəvvür edin, intensiv hərəkət olan yolda sonuncu zolaqla...
14/10/2022

Gəlin yollarda bəzi yalnış/yarıtmaz nişanlanmalardan danışaq 😩

Təsəvvür edin, intensiv hərəkət olan yolda sonuncu zolaqla düz hərəkət edirsiniz və yolayrıcına çatanda qarşınıza sürpriz çıxır: sən demə həmin zolaqdan məcburi geriyə dönməlisiniz (1.18 yol nişanı).

🤷‍♀️“Əşi, mən tələsirəm, uşaq məktəbdə qalıb, bu nişan hardan çıxdı” deyib düz sürürsünüz… vəə ikinci sürpriz! Sən demə qarşıda polis sizi gözləyirmiş! 👮‍♂️Bu an adam özünü tələyə düşmüş siçan kimi hiss edir.

Bəs polis yazdığı protokola görə haqlıdırmı? 🤔
Xeyr! Çünki ovucumuzu iyləməmişik! Ekstrasens də deyilik!

İndi keçək hüquqi tərəfinə!

1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir.

Yəni el dilində desək, “göydən asılan nişan” (5.8.1,5.8.2) bizi öncədən yolayrıcında zolaqların istiqaməti ilə bağlı xəbərdar etməlidir. Yəni onlar bizə izah edir ki, ay sürücü, yolayrıcında məsələn, 3cü zolaqda yerdə məcburi geriyədönmə nişanı çəkilib xəbərin olsun. Sürücü də bunu görüb düz xətt (1.1 ) başlamamış zolağını dəyişməlidir.

“Yol nişanlarının quraşdırılmasının texniki reqlamenti" nə görə standarta uyğun olaraq, 1.18 nişanlanması intensiv hərəkət zamanı yolayrıcına çatmamış 20-30 metr qalmış iki və ya üç dəfə təkrarlanmalıdır.

Əgər bu saydıqlarım yoxdursa rahatlıqla protokoldan şikayət verə bilərsiz. Biz vermədik, siz verin 😀hüquqşünas hər kəsin dərdinə dəva olur, bir özündən başqa🥲

🤦‍♀️Bir neçə dəfə şahidi olmuşam, toy olduqdan sonra həyat yoldaşı, qaynana və s. gəlindən toy qızıllarını tələb edirlər...
13/09/2022

🤦‍♀️Bir neçə dəfə şahidi olmuşam, toy olduqdan sonra həyat yoldaşı, qaynana və s. gəlindən toy qızıllarını tələb edirlər. Səbəb müxtəlifdir:
Qaynanada qızılların daha “təhlükəsiz”saxlanması, qızılların 1 günlük toy “nümayiş” üçün “prakata” götürülməsi və s. 🫢Hətta boşanma halında da qarşı tərəf gəlinin qızılları özüylə götürməməsi üçün gizlədirlər. Ortaya sual çıxır:

🤷‍♀️Bu qızıllar kimindir?

✅Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (Ailə məcəlləsi mad.34).

🤓Bu o deməkdir ki, toy zamanı və ya hər hansı özəl günlərdə qadına hədiyyə olunan qızıl və ya digər hədiyyələr qadınındır və boşanma zamanı da qadında qalır.

Gəlin məzuniyyətdən danışaq🤓🤦‍♀️O gün bir dostum deyir ki, məzuniyyətimi işdə güc-bəla ilə, 3, 5, ən yaxşı halda 10 günl...
30/08/2022

Gəlin məzuniyyətdən danışaq🤓

🤦‍♀️O gün bir dostum deyir ki, məzuniyyətimi işdə güc-bəla ilə, 3, 5, ən yaxşı halda 10 günlük alıram.

👨‍💻Qanunsuzdurmu? Əlbəttə!

✅Əmək məcəlləsi deyir ki, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti 2 həftədən az olmasın.

😊Bu o deməkdir ki, məzuniyyətlərdən birinin müddəti azı 14 gün olmalıdır.

😃 Özünüz necə, bu yay məzuniyyətə çıxa bildinizmi?

💼İşə 3 aydır girmisiniz, öyrənmisiniz ki, hamiləsiniz 🤰, hamiləliyi də p*s keçirirsiniz və qərar verirsiniz ki, bir neçə...
23/08/2022

💼İşə 3 aydır girmisiniz, öyrənmisiniz ki, hamiləsiniz 🤰, hamiləliyi də p*s keçirirsiniz və qərar verirsiniz ki, bir neçə gün məzuniyyət götürəsiniz.

👨‍💻Müdir də deyir ki, o gün işə gəlmisən artıq məzuniyyət istəyirsən, 6 ay tamam olmamış məzuniyyət verə bilmərəm.

Bəs qanun bu barədə nə deyir?

Əmək məcəlləsinin 131-ci maddəsi deyir ki, işə yeni girən şəxsin məzuniyyətdən istifadə hüququ işlədikdən 6 ay sonra yaranır. Amma…

💢qadınların hamiləliyə və doğuşa görə məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək məzuniyyətindən yararlana bilərlər. Mən şəxsən məzuniyyətimi doğuşdan sonraya saxlamışdım ki, uşaqla daha çox vaxt keçirə bilim.

Amma bu son deyil, digər kateqoriya işçilər də var:

💢on səkkiz yaşına çatmamış işçilərin;
💢müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;
💢əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
💢hərbi qulluqçu arvadının (ərinin);
💢təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
💢əlilliyi olan şəxslərin də bu hüquqdan istifadə imkanı var.

👩‍🍳Restorana hər birimiz gedirik və bəzən olur ki, bilmədən qab qırırıq. Xüsusən yanımızda uşaq 👩‍👧varsa bu qaçılmazdır....
15/08/2022

👩‍🍳Restorana hər birimiz gedirik və bəzən olur ki, bilmədən qab qırırıq. Xüsusən yanımızda uşaq 👩‍👧varsa bu qaçılmazdır. Timuçin indiyə kimi getdiyimiz yerlərdə xeyli qab ☕️qırıb və staff sağolsun, “narahat olmayın, istirahətinizə davam edin” bildirərək təmizləyiblər.

😄Düzdü, qarşıma çıxmayıb, amma ola bilər ki, qırdığınız qabın dəyərini sizdən tələb etsinlər. Bəs bu halda qanun nə deyir?

📖Mülki məcəllə 152.10-cu maddə deyir ki, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski … mülkiyyətçisinin üzərinə düşür.

🙂Bu o deməkdir ki, təsadüfi sındırılan qabın məsuliyyəti sizdə deyik, yox, əgər içib qab-qacaq savaşına çıxmısınızsa 🤦‍♀️ bunun məsrəfini siz çəkməlisiniz🤓.

Bəs heç olubmu ki, qırdığınız qaba görə restoran/kafe sahibi sizdən dəymiş zərərə görə pulunu tələb etsin? 🤔
Cavablarınızı rəy bölməsində gözləyirəm👇

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Inara Jamal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category