Bərdə 1 saylı Mediasiya Təşkilatı

  • Home
  • Bərdə 1 saylı Mediasiya Təşkilatı

Bərdə 1 saylı Mediasiya Təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bərdə 1 saylı Mediasiya Təşkilatı, Legal Service, İsmət Qayıbov küç. 7, .

Bərdə 1 saylı Mediasiya Təşkilatı, bölgədə münaqişələrin sülh yolu ilə həllində müstəsna rol oynayan bir qurumdur. Bu tə...
17/10/2024

Bərdə 1 saylı Mediasiya Təşkilatı, bölgədə münaqişələrin sülh yolu ilə həllində müstəsna rol oynayan bir qurumdur. Bu təşkilat, insanların hüquqlarını qorumaqla yanaşı, mübahisələrin ədalətli və obyektiv şəkildə həll edilməsinə şərait yaradır. Peşəkar mediatorlardan ibarət komandası, konfliktlərin dinc yolla həll olunması üçün effektiv yanaşmalar təqdim edir.

Təşkilatın direktoru Müşfiq Mürşüd oğlu Mehdiyev, insanlara dinləmə, anlama və problemləri qarşılıqlı razılaşma yolu ilə həll etmə imkanı tanıyan bir liderdir. Onun rəhbərliyi altında, Bərdə 1 saylı Mediasiya Təşkilatı, münaqişə mədəniyyətini inkişaf etdirmək, cəmiyyətin inkişafına dəstək olmaq və insanları sülhə yönəltmək məqsədini güdür. Müşfiq müəllimin ədalətli və peşəkar yanaşması, təşkilatın bölgədəki münaqişələrin həllində etibarlı bir tərəfdaş olmasına böyük töhfə verir.

Bu qurum, yalnız hüquqi münaqişələri deyil, eyni zamanda insanlar arasında etimadı və dostluğu da gücləndirir. Bərdə 1 saylı Mediasiya Təşkilatı, bölgədə sülh və harmoniya mühitinin yaradılmasında əvəzsiz bir rol oynayır.

📌 Gov.az domenli elektron poçt ünvanları ilə təmin edlən mediasiya təşkilatlarının siyahısını təqdim edirik.ℹ️ Azərbayca...
11/09/2024

📌 Gov.az domenli elektron poçt ünvanları ilə təmin edlən mediasiya təşkilatlarının siyahısını təqdim edirik.

ℹ️ Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 4.1.1-ci yarımbəndində nəzərdə tutulan mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində əlavə bir sira tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən bütün mediatorlar və mediasiya təşkilatları barədə ətraflı məlumatlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalına inteqrasiya edilib. Qeyd edilən e-poçtlar eyni zamanda Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalında əksini tapıb.

Qeyd edilən işlər çərçivəsində Mediasiya Şurasının sorğusu əsasında Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlüksəziliyi Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən mediaisya təşkilatları rəsmi elektron poçt ünvanları ilə təmin edilib. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilmiş bu əvəzsiz dəstək nəticəsində mediasiya təşkilatlarına daxil olan müraciətlərin və eyni zamanda mediasiya təşkilatlarından olan müraciətlərin vahid və daha mötəbər domeyn üzərindən istifadəsi təmin edilib.

Mediasiya təşkilatları üzrə e-poçt ünvanları aşağıdakı kimidir ⤵️

[email protected]

18/05/2024

📌 10 may 2024-cü il tarixində Mediasiya Şurasının təşkilatçılığı, Bakı 1 saylı Mediasiya Təşkilatının rəhbəri Şahin Məmmədrzalının ekspertliyi ilə "Keyfiyyətli barışıq sazişlərinin məzmunu" mövzusu üzrə ZOOM platforması üzərindən onlayn görüş keçirilib.

Görüşdə məqsəd peşəkar mediatorların təcrübədən irəli gələn məzmunları mediatorlara çatdırması və barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə müzakirələr aparmaq və qeydlər etmək olub.

06/05/2024
11/04/2024

Address

İsmət Qayıbov Küç. 7

AZ0900

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+994773364400

Website

Alerts

Be the first to know and let us send you an email when Bərdə 1 saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bərdə 1 saylı Mediasiya Təşkilatı:

  • Want your business to be the top-listed Law Practice?

Share